ELM VƏ TƏHSİL
Azərbaycan dili və ingilis dili fənləri üzrə buraxılış imtahanları üçün tapşırıq nümunələri müzakirə edilib
Bakı, 16 noyabr, AZƏRTAC
Noyabrın 16-da Dövlət İmtahan Mərkəzində Azərbaycan dili və ingilis dili fənləri üzrə işçi qruplarının növbəti iclasları keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, iclasların gündəlik məsələləri müvafiq fənlər üzrə 9 illik və 11 illik təhsil bazalarında buraxılış imtahanı modelləri üçün tapşırıq nümunələrinin elmi-metodik baxımdan müzakirəsi olub.
Müzakirəyə təqdim olunan hər bir tapşırıq mövzu, mürəkkəblik dərəcəsi, hansı altstandart üzrə bilik və bacarıqları yoxlamağa imkan verməsi baxımından təhlil edilib. İştirakçılar müzakirə edilən məsələlərlə bağlı təkliflər veriblər.
Noyabrın 23-də müzakirələr davam etdiriləcək.