MƏDƏNİYYƏT
Azərbaycan Dövlət xor kapellasının ifasında tanınmış bəstəkarların operalarından ariyalar səslənmişdir
Bakı, 16 may (AZƏRTAC). Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Dövlət xor kapellası geniş konsert proqramı ilə çıxış etmişdir.
AZƏRTAC xəbər verir ki, kollektivin bədii rəhbəri və baş dirijoru Xalq Artisti Gülbacı İmanovadır.
Gecədə xor kapellasının ifasında Azərbaycan və Qərbi Avropa bəstəkarlarının operalarından ariyalar səslənmişdir.
Azərbaycan Dövlət xor kapellası ölkəmizin ən tanınmış yaradıcı kollektivlərindəndir. 1966-cı ildə yaradılmış kapellanın ifaçılıq imkanları olduqca genişdir. Kapellanın repertuarında mindən artıq əsər vardır. Son illər ərzində kapellanın repertuarı əsalı sürətdə genişləndirilmişdir. Kapella Azərbaycan musiqisinin xarici ölkələrdə layiqincə təmsil etmişdir.