Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Azərbaycan dünya kosmik klubunun tamhüquqlu üzvüdür

Azərbaycan dünya kosmik klubunun tamhüquqlu üzvüdür

Bakı, 25 yanvar, Ruslan Manafov, AZƏRTAC 

Orbitə üçüncü peykini göndərən Azərbaycan özünün dünya kosmik klubunun üzvü imicini daha da möhkəmləndirib.

Bunu AZƏRTAC-a müsahibəsində kosmos və ekologiya məsələləri üzrə ekspert, Azərbaycan Respublikasının 2008-ci ildə ilk milli telekommunikasiya peyki olan “Azerspace-1”in buraxılışına hazırlıq üzrə İşçi qrupun üzvü, texnika elmləri doktoru, Beynəlxalq Energetika Akademiyasının, Rusiya Təbiət Elmləri Akademiyasının və Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Akademiyasının həqiqi üzvü, Azərbaycanın Əməkdar mühəndisi Fuad Hacızadə bildirib.

Həmin müsahibəni oxucuların diqqətinə təqdim edirik.

-Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanına əsasən 2010-cu il mayın 3-də “Azərkosmos” ASC yaradılıb. Bu il həmin qurumun yaradılmasının doqquz ili tamam olur. Ötən illər ərzində bu strukturun fəaliyyətini necə qiymətləndirmək olar və Azərbaycan bu sahədə hansı uğurları əldə edib?

-Azərbaycanda yüksək texnologiyaların tətbiqinin əsasının qoyulması və ölkədə kosmos sənayesinin yaradılması məqsədilə Azərbaycan Respublikasının Prezidentinin 4 noyabr 2008-ci il tarixli “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə göndərilməsi haqqında” Sərəncamında 2009-2013-cü illərdə kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramının işlənib hazırlanması nəzərdə tutulub. Bu istiqamətdə işlərin ardıcıl və sistemli aparılmasını təmin etmək, qarşıya qoyulan strateji məqsədlərə nail olmaq üçün müvafiq idarəetmə strukturunun yaradılması, kosmik sənayenin təşəkkülü və inkişafı, telekommunikasiya peyklərinin hazırlanması və orbitə göndərilməsi yolu ilə telekommunikasiya peykləri şəbəkəsinin yaradılması, kosmik informasiyanın qəbulu və işlənilməsi üzrə çoxfunksiyalı superkompüter mərkəzinin formalaşdırılması, kadrların hazırlığı mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, nanotexnologiyaların geniş tətbiqi vasitəsilə kosmik sənayenin və informasiya texnologiyalarının inkişafı da nəzərdə tutulurdu və bu sahədə ən mühüm amil yeni normativ-hüquqi aktların qəbulu ilə hüquqi bazanın təkmilləşdirilməsi idi.

Artıq bu istiqamətdə Prezident İlham Əliyevin rəhbərliyi ilə çox böyük işlər görülüb: “Azərkosmos” ASC-nin idarəetmə strukturu formalaşdırılıb, kosmik sənayenin əsasları yaradılıb, orbitə iki telekommunikasiya və bir aşağı orbitli peyk göndərilib, Bakıda və Naxçıvan Muxtar Respublikasında peyklərin istismarı və idarə edilməsi məqsədilə yerüstü infrastruktur yaradılıb və yenilənib.

“Azərkosmos” ASC kosmik fəaliyyətin göstərilməsinə dair yerli və xarici subyektlərlə müqavilələr imzalayıb. Bu qurumun iqtisadi nailiyyətləri barədə məlumatlar onun rəsmi saytında, kütləvi informasiya vasitələrində və nəzarətedici idarələrin hesabatlarında əks olunub. Qeyd etmək lazımdır ki, bu məlumatlarda müsbət istiqamətdə inkişaf göstəriciləri yer alıb.

Ötən ilin sonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019-2022-ci illərdə yerli peyklərin xidmətlərinin inkişafı üzrə Dövlət Proqramını təsdiq edib. Bu sənəd yaxın 3 ildə müxtəlif dövlət strukturları və özəl şirkətlər tərəfindən peyklərin məlumatlarının istifadəsinin inkişafı sahəsində, xüsusən ətraf mühitin qorunması, ekologiya, kənd təsərrüfatı, fövqəladə hallar, şəhərsalma, nəqliyyat kommunikasiyalarının çəkilməsi və s. kimi bir sıra mühüm iqtisadi vəzifələrin həllinə yeni təkan verəcək. Yüksəkixtisaslı yerli kadrların hazırlanması və onların ixtisaslarının artırılması, maddi-texniki bazanın möhkəmləndirilməsi məsələləri də böyük əhəmiyyət kəsb edir. Proqramda alınan informasiya imkanlarının genişləndirilməsi yolu ilə Yerin səthinin məsafədən müşahidəsi, təbii ehtiyatlardan istifadə və digər tətbiqi vəzifələrin yerinə yetirilməsi üzrə elmi-tədqiqat işlərinin aparılmasına da xüsusi yer ayrılıb.

Azərbaycan Prezidenti İlham Əliyev 2015-ci il noyabrın 9-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqdakı nitqində deyib: “Doğrudan da ölkədə yeni sənaye istiqaməti, yeni elmi sahə yaradılmışdır. Əlbəttə ki, bu sahədə ilk növbədə beynəlxalq əməkdaşlıq daha da dərinləşməlidir. Çünki bu sahə bizim üçün yenidir. Xarici tərəfdaşlarla mütləq müxtəlif tədbirlər - seminarlar, konfranslar, elmi-praktik tədbirlər keçirilməlidir. Biz kadr potensialının hazırlanması işində daha da fəal olmalıyıq. Çünki bu yeni kosmik sənaye artıq yaradılıbdır. Azərbaycan dünyanın sayı o qədər də çox olmayan kosmik klubuna da üzv olmuşdur. Bu, bizim siyasətimizi əks etdirir. Biz gələcəyə bu cür baxırıq: müasirlik, dinamik inkişaf, texnologiyaların tətbiqi. Bunlar olmasa biz istədiyimiz qədər inkişaf edə bilmərik. Biz isə istəyirik ki, inkişaf etmiş ölkələrin sırasına daxil olaq və imkanlar da var”.

-2018-ci il sentyabrın 26-da Azərbaycanın üçüncü peyki olan “Azerspace-2” telekommunikasiya peyki Fransız Qvianasında yerləşən kosmodromdan - Qviana Kosmik Mərkəzindən uğurla orbitə buraxılıb. Bundan əvvəl daha iki peyk buraxılıb. Bu peyklərin hamısı, onların texniki parametrləri və gəlirləri haqqında nə söyləmək olar?

-Həqiqətən, həmin il sentyabrın 26-da Azərbaycanın sayca üçüncü və telekommunikasiya sahəsində xidmətlər göstərən ikinci peyki olan “Azerspace-2” Fransız Qvianasında yerləşən kosmodromdan - Qviana Kosmik Mərkəzindən uğurla orbitə buraxılıb. Peykin kosmik fəzaya göndərilməsi Fransanın “Arianespace” şirkətinə məxsus “Ariane 5” daşıyıcı raketi ilə həyata keçirilib.

“Azerspace-2” ABŞ-ın “Space Systems/Loral” (SSL) şirkəti tərəfindən yüksək etibarlı “SSL 1300” peyk platforması əsasında istehsal olunub. 2018-ci il dekabrın 18-də bu peyk özünün sınaq orbitinə çatıb və burada təxminən iki ay müddətində test istismarı keçdikdən sonra özünün artıq bir qədər fərqli orbital mövqeyi - 45 dərəcə şərq uzunluğu mövqeyində olan son geostasionar orbitində yerləşəcək. Peykin dəyəri 190 milyon dollara yaxındır. Onun fəaliyyət müddəti təxminən 20 il təşkil edəcək və ölkə iqtisadiyyatına 400 milyon dollar gəlir gətirəcək. İqtisadi aspekti ilə yanaşı, “Azerspace-2”nin orbitdə fəaliyyəti ölkənin informasiya təhlükəsizliyini və müstəqilliyini də təmin edəcək.

Artıq məlumdur ki, “Azerspace-2”nin xidmət dairəsi genişlənəcək və bir sıra Avropa ölkələrini, həmçinin Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrikanı əhatə edəcək. Peyk regionda dövlət və özəl qurumlara şəbəkə xidmətləri sahəsində artmaqda olan tələbləri qarşılamaq üçün yüksək texniki imkanlar, əlverişli əhatə zonası və keyfiyyətli xidmət təklif edəcək. Yeni peyk “Azərkosmos”un xidmət spektrinin və fəaliyyət coğrafiyasının genişləndirilməsi ilə yanaşı, həm də birinci telekommunikasiya peyki - “Azerspace-1” peykinin orbitdəki ehtiyatı olacaq. Bu da öz növbəsində, “Azərkosmos”a bugünədək ehtiyat peykin olmaması səbəbindən iştirak edə bilmədiyi irihəcmli beynəlxalq tenderlərdə iştirak etmək imkanı yaradacaq. Bir sözlə, “Azerspace-2” “Azərkosmos” ASC-nin təbiətinə görə kifayət qədər mühafizəkar və yüksək rəqabətli peyk xidmətləri bazarındakı dəyər təklifini və mövqeyini gücləndirəcək.

“Azerspace-2” peyki hələ orbitə buraxılmamış artıq onun tutumlarının 46 faizi dünyanın peyk xidmətləri üzrə aparıcı şirkəti olan “Intelsat” şirkətinə satılıb. Bu müqavilə üzrə ödənişlər layihə dəyəri və maliyyələşmə xərclərinin 60 faizinin geri qaytarılmasını təmin edəcək. Hazırda peykin qalan tutumlarının satışı ilə əlaqədar digər ölkələrlə aktiv biznes danışıqları aparılır.

Beləliklə, Azərbaycan 2018-ci il sentyabrın 26-da üçüncü peykini kosmosa buraxmaqla dünya kosmik klubunda öz imicini xeyli möhkəmləndirib. Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı deyib: “Bu, ölkəmizin növbəti qələbəsi, dövlətimizin növbəti uğurudur. Son beş ildə Azərbaycan orbitə üç peyk çıxara bilib. Bu gün Azərbaycan dünya kosmik klubunun üzvüdür və dünya kosmik sənayesində öz mövqeyini möhkəmləndirir. Orbitə peyklərin çıxarılması dövlətimizin gücünü, bizim siyasətimizi nümayiş etdirir”.

“Azerspace-1” peykinə gəldikdə, demək lazımdır ki, bizim bu ilk peykimiz 2013-cü il fevralın 8-də orbitə buraxılıb. Mən bu ilk milli telekommunikasiya peykinin buraxılması üzrə İşçi qrupunun üzvü olmuşam və bununla fəxr edirəm. Azərbaycanın ilk telekommunikasiya peyki “Azerspace-1” Fransız Qvianasının Kuru kosmodromundan orbitə buraxılıb. Bu peyk əlverişli 46° şərq uzunluğu orbital mövqeyində yerləşdirilib. “Azerspace-1” rəqəmsal televiziya xidmətlərinin göstərilməsi, “VSAT” multixidmət şəbəkələrinin yaradılması və hökumət rabitəsinin təmini üçün nəzərdə tutulub. Peykin xidmət dairəsinə Avropa, Qafqaz, Mərkəzi Asiya, Yaxın Şərq və Afrika ölkələri daxildir.

“Azərkosmos” ASC 2016-cı ildə “DCS Telecom” və “Don Telecom” kimi aparıcı beynəlxalq peyk operatorları ilə telekommunikasiya xidmətlərinin göstərilməsi üzrə kontrakt imzalayıb. Bu sənədə əsasən, həmin şirkətlər Yaxın Şərq və Afrika regionlarında səs və məlumatların ötürülməsi, video, mobil rabitə, şəbəkə və digər xidmətlər üzrə “Azerspace-1”in resurslarından istifadə edəcək. “Azərkosmos” ASC Türkiyənin bir sıra radiokanalları ilə də kontraktlar imzalayıb.

Rəsmi məlumatlara görə, “Azerspace-1”in ümumi dəyəri 233 milyon dollardır. “Azərkosmos” ASC bu peykin istismarından 420 milyon dollar təmiz gəlir əldə etməyi nəzərdə tutur.

Azərbaycanın ikinci peyki aşağı orbitli (640 kilometr hündürlüyü olan orbit) “Azersky” (“Spot 7”) peykidir. Bu peyk kosmik sənaye sahəsində Azərbaycan və Fransa strateji əməkdaşlığı çərçivəsində buraxılıb və 2014-cü il dekabrın 2-də “Bakutel-2014” sərgisi çərçivəsində "Azərkosmos" ASC və Fransanın "Airbus Defence and Space" şirkəti arasında imzalanmış saziş əsasında Azərbaycanın idarəetməsinə verilib.

“Azersky” peykinin buraxılması Hindistanın kosmik mərkəzində həyata keçirilib. Bu peyk Yerin səthinin məsafədən müşahidəsi üçün nəzərdə tutulub. “Azərkosmos” ASC bu peykin 1,5 metr ağ-qara və 6 metr optik diapazonda yüksək keyfiyyətli təsvirlərinin idarə edilməsi və kommersiya hüquqlarını qəbul edib. “Azersky” peykindən və Fransanın “Spot-6” peykindən təsvirlərin quraşdırılmış potensialının qəbulu gündəlik 6 milyon kvadrat kilometr təşkil edir. Bu o deməkdir ki, Yer kürəsindəki hər bir məntəqəni yüksək keyfiyyətli təsvirlərlə gündəlik izləmək mümkündür.

“Azersky” müdafiə və təhlükəsizlik, fövqəladə halların çevik aşkar olunması, təbii ehtiyatların tədqiqi, dənizin müşahidəsi, dəniz naviqasiyası, ətraf mühitin qorunması, şəhərsalmanın planlaşdırılması, xəritəçəkmə, kənd təsərrüfatı və turizm sahələri üzrə geniş əlavələr spektrinə malikdir.

Qeyd etmək lazımdır ki, Azərbaycan aşağı orbitli peykin buraxılışını həyata keçirən iyirminci ölkədir. Ümumilikdə, orbitə 50 bu cür peyk buraxılıb. “Azersky” peyki ölkəmizə 150 milyon avroya başa gəlib.

-Azərbaycan kosmik fəzanı fəth edir. Bu, təkcə dövlətin nüfuzunun artırılması baxımından deyil, həm də iqtisadi cəhətdən də əhəmiyyətlidir...

-Kosmosun fəthi iqtisadiyyatın səviyyəsinin və milli təhlükəsizliyin müəyyən olunmasının amilidir. Dövlətin iqtisadi inkişafının və hərbi gücünün artırılması kosmik tədqiqatlar sahəsində fundamental elmi biliklərin genişləndirilməsini tələb edir. Aerokosmik məkanda yerləşdirilən cihazlar və komplekslər tədqiq olunan obyektlər haqqında genişmiqyaslı və keyfiyyətcə yeni məlumatların alınmasına əlverişli imkanlar yaradır. Aerokosmik laboratoriyada Yerin, dünya okeanlarının təbii ehtiyatlarının, planetlərin və digər mühüm obyektlərin öyrənilməsi üçün böyük imkanlar mövcuddur.

Bizim dövlətimiz dünya xəritəsində bir uğur nümunəsidir. Xarici və daxili siyasət, iqtisadiyyatla bağlı bütün nailiyyətlər onun müstəqilliyinin möhkəmlənməsinə xidmət edir. Dövlətimizin başçısı bununla bağlı deyib: “Azərbaycan qarşıya qoyduğu bütün vəzifələri uğurla icra edir. Bizim yolumuz inkişaf yoludur, tərəqqi yoludur və bu gün Azərbaycan dünyada müasir texnologiyaların inkişafında öz dəyərli sözünü deyir. “Azerspace-2” telekommunikasiya peykinin orbitə çıxarılması bizim növbəti tarixi qələbəmizdir. Bundan sonra da Azərbaycan yalnız uğurlar, qələbələr yolu ilə gedəcək”.

Bütün bunlar Azərbaycanın dünya siyasətində kosmik uğurlarla nüfuzunun daha da artırılmasından xəbər verir. Heç də az əhəmiyyətə malik olmayan iqtisadiyyata gəldikdə isə, yuxarıda bununla bağlı danışmışıq.

-Azərbaycanın kosmik sahədə elmi tədqiqatları barədə nə deyə bilərsiniz?

-Yerin məsafədən müşahidəsi, onun təbii ehtiyatlarının öyrənilməsi, ümumilikdə kosmos elmi sahəsində elmi tədqiqatlar dövlətin inkişaf göstəricisidir. Fundamental və tətbiqi elm sahələrində gündəlik vəzifələr həddindən çoxdur. Onların arasında kooperasiya və səylərin birləşdirilməsini, birgə texniki vasitələr və texnologiyaların istifadəsini tələb edən beynəlxalq məsələlər də var. Yuxarıda qeyd etdiyimiz 2019-2022-ci illər üçün Dövlət Proqramında bu sahədə beynəlxalq əməkdaşlıqdan, beynəlxalq elmi layihələrdə müştərək iştirak məsələlərindən də bəhs olunub.

Hazırda Azərbaycan Respublikasında bir sıra dövlət strukturlarında, özəl firmalarda, birgə kommersiya təşkilatlarında peyk informasiyalarının istifadəsi məsələləri ilə məşğul olurlar. Lakin bunlar daimi tətbiqi və kommersiya xarakteri daşımır. Fundamental elmi tədqiqatlar isə çox az aparılır. Azərbaycanda 1975-ci ildən Aerokosmik Agentliyi fəaliyyət göstərir. Bu qurum ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb. Hələ Sovet İttifaqı dövründə və müstəqillik illərində bu agentlik uzun müddət fundamental elmi tədqiqatlar, kosmik aparatlar üçün cihazların hazırlanması ilə məşğul olub. Açığını desək, bu işlər uğurla aparılıb: Azərbaycan alimləri və mütəxəssislərinin hazırladığı bir neçə cihaz “Mir” orbital stansiyasında quraşdırılıb, namizədlik və doktorluq dissertasiyaları müdafiə olunub, elmi əsərlər və monoqrafiyalar dərc edilib. Burada indi də elmi jurnal nəşr olunur, agentliyin əməkdaşı olmayanların da elmi məqalələri dərc edilir. Agentlikdə doktorantura da fəaliyyət göstərir, habelə uzun illər burada dissertasiyaların müdafiəsi üzrə şura olub.

Lakin reallıq kosmik sahədə aparılan elmi tədqiqatlara daha rasional və perspektivli, deyərdim ki, vətənpərvər və dövlətçilik prizmasından yanaşma tələb edir. Bu yaxınlarda Azərbaycan Moskvada keçirilən kosmik sahədə fəaliyyətlə bağlı əməkdaşlıq məsələlərinə dair MDB ölkələri icra hakimiyyətləri orqanlarının nümayəndələrinin V iclasında iştirak edib. Tədbirdə Azərbaycan və Rusiya ilə yanaşı, Belarus, Qazaxıstan, Qırğızıstan və Ukrayna nümayəndələri də təmsil olunublar. İclasın yekun protokolunda “GLONASS” siqnal sisteminin istifadə olunduğu yerüstü infrastrukturun inteqrasiyasının zəruriliyi, MDB dövlətlərinin kosmos və iri fəlakətlər üzrə Beynəlxalq Xartiyaya qoşulması, fövqəladə halların kosmik monitorinqinə dair dövlətlərarası sistemin və regionlararası peyk rabitəsi sisteminin yaradılmasının vacibliyi öz əksini tapıb. “Birləşmiş Kosmik Tədqiqatlar İnstitutu” adlı hökumətlərarası elmi-tədqiqat təşkilatının yaradılması haqqında Sazişin layihəsinin hazırlanması təklifinə də xüsusi diqqət yetirilib. Bu institutun yaradılması ideyasını hələ 2011-ci ildə MDB ölkələri kosmik agentliklərinin elmi-nəzəri konfransında çıxış edən Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun rəhbəri, akademik Lev Zelyonı irəli sürüb. Onun sözlərinə görə, sözügedən institut MDB məkanında kosmos mövzusu ilə məşğul olan elmi-tədqiqat institutlarının səylərini özündə birləşdirə bilər. Birləşmiş Kosmik Tədqiqatlar İnstitutunun yaradılması qərarına Azərbaycan da qoşulub. Bu kontekstdə Milli Elmlər Akademiyasında Milli Aerokosmik Agentliyin bazasında aerokosmik tədqiqatlar üzrə müvafiq strukturun yaradılması məqsədəuyğun olardı. Əminəm ki, AMEA və “Azərkosmos” ASC-nin arasında kooperasiya, imkanların və səylərin rasional istifadəsi dövlətimizin qarşısında duran perspektivli iqtisadi və elmi vəzifələrin gələcəkdə də uğurla yerinə yetirilməsinə imkan verəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Şolts: 35 min Alman hərbçisi lazım gələrsə, müttəfiqlərə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH

Şotlandiya Milli Partiyasına yeni lider seçilib

Nazir: Ülviyyə Fətəliyevanın Avropa çempionluğu şahmatın inkişafına töhfə verəcək

Alman dili fənni üzrə sertifikatlaşdırma imtahanına dair vebinar keçiriləcək

Ulu Öndər Heydər Əliyev Ukraynada böyük sevgi ilə anılır - AZƏRTAC-ın VİDEOREPORTAJI

Lionel Messi MLS-də yeni rekorda imza atıb

Ümummilli Lider Heydər Əliyevin Şərq siyasəti - elmi sessiya

Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb

Şəhid qardaşı: Otuz ildir ki, gözümüz yollarda idi

BMU məzunları ilə növbəti görüş təşkil olunub

DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb

Si Cinpin Avropa siyasətçilərini anti-Çin ritorikasından çəkindirməyə çalışır