Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN-FRANSA ƏLAQƏLƏRİ YÜKSƏK SƏVİYYƏDƏDİR VƏ DOSTLUQ XARAKTERİ DAŞIYIR
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV FRANSA BEYNƏLXALQ ƏLAQƏLƏR İNSTİTUTUNUN DİREKTORUNU QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev sentyabrın 4-də Prezident sarayında Fransa Beynəlxalq Əlaqələr İnstitutunun direktoru Tyeri dö Monbrialı qəbul etmişdir.

Dövlətimizin başçısı HEYDƏR ƏLİYEV qonağı mehribanlıqla salamladı və onunla 1995-ci ildə Parisdə görüşdüyünü xatırlayaraq dedi ki, o vaxt sizi Azərbaycana dəvət etmişdim. Nəhayət, yeddi ildən sonra mənim bu dəvətimi həyata keçirirsiniz. Mən 1995-ci ildən sonra sizin ölkədə bir neçə dəfə olmuşam. Amma siz vaxt tapıb Azərbaycana gələ bilməmisiniz. Mən sizi tənqid etmirəm. Bilirəm ki, öz planlarınız var. Hər halda hesab edirəm ki, keçmişi yada salmaq pis olmur.

Səmimi qəbula görə minnətdarlığını bildirən və Prezident Heydər Əliyev ilə görüşdən böyük şərəf duyduğunu söyləyən TYERİ DÖ MONBRİAL dedi:

- Cənab Prezident, mən bilirdim ki, Sizin çox güclü, əfsanəvi yaddaşınız var. Bunu hamı bilir. Bundan əlavə qeyd edim ki, Sizin həm də çox incə yumor hissiniz var və onu bu gün bir daha nümayiş etdirirsiniz. Sizinlə birinci dəfə 1995-ci ildə görüşmüşük. O zaman Siz mənim bir təklifimi qəbul etdiniz. Mən bu şərəfə nail oldum. O zaman mənim təklifimlə Siz şam yeməyi zamanı fikir mübadiləsinə razı oldunuz. Bunu yaxşı xatırlayıram. Həmin görüşdən çox təsirləndim, Sizin şəxsiyyətiniz məni həddindən çox mütəəssir etdi.

İkinci dəfə isə 1997-ci ilin fevral ayı idi. Siz mənim institutumda mühazirə oxumağa razılıq verdiniz və Azərbaycanın xarici siyasəti və beynəlxalq vəziyyəti haqqında mühazirə oxudunuz. Bu da bütün dinləyicilərin çox böyük marağina səbəb oldu. Ümid edirəm ki, Siz yenə də tezliklə Fransaya, Parisə gələcəksiniz.

HEYDƏR ƏLİYEV: Həmin görüş 1997-ci ilin fevralında yox, yanvar ayında idi.

TYERİ DÖ MONBRİAL: Cənab Prezident, Sizin doğrudan da əfsanəvi yaddaşınız bir daha təsdiqini tapır.

Mən üç gündür Azərbaycandayam. Amma elə bir təsir içərisindəyəm ki, sanki çoxdandır buradayam. 1993-ci ildən bəri Azərbaycanda gördüyünüz işlərin hamısını çox böyük heyranlıqla təsdiq etməliyəm. Sizin qarşınızda duran vəzifənin nəhəngliyini və mürəkkəbliyini çox gözəl dərk edirəm. Əlbəttə, cətinliklərin bir hissəsi də qarşılaşdığınız qaçqınlar problemindən əmələ gəlir. Amma məsuliyyətlə deməliyəm, burada olduğum müddətdə bir daha əmin oldum ki, Azərbaycanda bütün bu məsələləri həll etmək üçün çox yüksək peşəkarlığa malik insanlar var. Onlar qarşılarında duran vəzifələri həyata keçirmək üçün çalışırlar.

Cənab Prezident, məni qəbul etdiyinizə görə Sizə bir daha ürəkdən təşəkkürümü bildirirəm. Hətta düşünürəm, bəlkə burada bir qədər də qalım. Sizə söz verirəm ki, Azərbaycana bir də qayıdacağam.

HEYDƏR ƏLİYEV: İnşaallah. Sizin Azərbaycana gəlməyinizdən çox məmnunam. Mənə məlumat veriblər ki, siz burada bir neçə yerdə olmus, görüşlər keçirmisiniz. Səfir Eleonora xanım da sizi daim müşayiət edir. Mən başa düşdüm ki, sizi o qədər sevir ki, müşayiət etməyi şəxsən öz üzərinə götürübdür.

TYERİ DÖ MONBRİAL: Cənab Prezident, Sizə deyim ki, əgər dünyanın bütün böyük ölkələrinə xanım Hüseynova kimi səfirlər təyin etsəniz, Azərbaycanın təbliğat məsələsi çox yüksək səviyyədə olacaqdır.

HEYDƏR ƏLİYEV: İş bundadır ki, ikinci beləsi yoxdur. Çox təşəkkür edirəm ki, bizim səfirimiz haqqında belə xoş sözlər deyirsiniz. Həqiqətən, bizim səfirimiz orada Azərbaycanı layiqincə təmsil edir.

Məni sevindirən odur ki, siz gəlib Azərbaycanı öz gözlərinizlə gördünüz. Doğrudur, bu qısa müddətdə hər şeyi görmək mümkün deyil. Ancaq gördükləriniz, habelə keçirdiyiniz görüşlər, güman edirəm, sizdə Azərbaycan haqqında düzgün təəssürat yaradıbdır. Bizim xarici siyasətimizdə əsas məqsədlərdən biri hər yerdə təkcə ölkənin rəhbərliyində yox, həm də müxtəlif təbəqələrində Azərbaycan haqqında doğru, düzgün, obyektiv, ədalətli təəssürat yaratmaqdır.

Fransa ilə Azərbaycanın əlaqələri çox yüksək dostluq münasibətləri xarakteri daşıyır. Sizə bildirmək istəyirəm ki, 1993-cü ildə Azərbaycana Prezident seçiləndən iki ay sonra mənim xarici ölkəyə ilk səfərim Fransaya olubdur. Mən bunu Prezidentlik bioqrafiyamda xüsusi qeyd edirəm. O vaxt sizin ölkənin Prezidenti mərhum Mitteran idi. Cənab Mitteran ilə keçmişdə, mən Moskvada işlədiyim zaman bir neçə görüşümüz olmuşdu və yaxın tanışlığımız var idi. O, mənim Prezident seçilməyimə dərhal münasibət göstərmişdi və məni dəvət etmişdi. Mən 1993-cü ilin oktyabr ayında Prezident seçildim, dekabr ayında artıq Fransada rəsmi səfərdə idim.

O vaxt Prezident Mitteranla orada, Yelisey sarayında Azərbaycanla Fransa arasında ilk sənədlərini imzaladıq. Ondan sonra da bu dostluq əlaqələri davam edibdir və inkişaf edibdir. Prezident Şirak ilə də bizim dərhal çox yaxşı əlaqələrimiz yarandı. Mən onunla dostluq əlaqələrimi xüsusi qiymətləndirirəm, buna çox əhəmiyyət verirəm. Təkcə bu deyil, ümumiyyətlə, Fransa ilə Azərbaycan arasında ümumi maraqlar çoxdur. Buna görə də biz əməkdaşlıq edirik. Fransanın iri neft şirkətləri Azərbaycanda bizim müqavilələrdə böyük pay alıblar, burada işləyirlər, investisiya qoyurlar və beləliklə, bizim iqtisadi əlaqələrimiz də çox inkişaf edibdir.

Prezident Şirak Ermənistan-Azərbaycan münaqişəsinin həll olunmasında xüsusi səylər göstərir. Parisdə onun iştirakı ilə biz iki prezidentin- Ermənistan və Azərbaycan prezidentlərinin görüşü keçirildi. Doğrudur, biz hələ də münaqişənin aradan qaldırılmasına nail ola bilməmişik. Amma çalışırıq. Mən bu barədə Fransanın fəaliyyətini xüsusi qeyd edirəm.

Siz bizim elm adamları ilə, yaradıcı adamlarla tanış oldunuz. Bugünkü Azərbaycanın Avropa səviyyəsinə nə qədər yaxın olduğunu, güman edirəm, gördünüz. Bu da qeyri-adi bir haldır ki, Avropaya aid olan bir ölkə kimi Azərbaycan bu qədər inkişaf edib, Avropaya yaxınlaşıbdır. Mən Avropa dəyərlərinin Azərbaycanda bərqərar olmasını deyirəm. Biz Fransa ilə münasibətlərimizə xüsusi əhəmiyyət veririk. Bu münasibətləri bundan sonra da inkişaf etdirəcəyik.

Sizin institutunuz bu barədə bizə çox yardım edə bilər. Siz mənim orada olan görüşümü dediniz. Mən Azərbaycan haqqında çox şeyləri bəyan edəndə bəziləri bunu təəccüblə qarşılayırdılar. Çünki bunu bilmirdilər. Biz bu işi davam etdirməliyik. Güman edirəm ki, siz buradakı təəssüratlarınız haqqında öz institutunuzda, elmi mərkəzinizdə geniş məlumat verəcəksiniz. Sizin verdiyiniz məlumatlar mənim orada dediklərimdən daha çox təsir bağışlaya bilər. Ümidvaram ki, siz bunu edəcəksiniz.

TYERİ DÖ MONBRİAL: Əlbəttə, mən bunu mütləq edəcəyəm. Yalnız öz əməkdaşlarım, institutum qarşısında yox, başqa yerlərdə də.

Burada çoxlarına demişəm ki, bundan sonra mənim ürəyimdə Azərbaycanın xüsusi yeri olacaqdır, özü də Mən deyirəm, başımda yox, məhz ürəyimdə olacaqdır.

X X X

Qəbulda Prezidentin Katibliyinin rəisi Dilarə Seyidzadə, Prezidentin İcra Aparatının şöbə müdiri Novruz Məmmədov, Azərbaycanın Fransadakı səfiri Eleonora Hüseynova iştirak edirdilər.

AZƏRTAC

Foto Oqtay Aydınoğlunundur

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan müdafiə naziri Belarusa rəsmi səfər edib

Rusiya XİN: Ruslar quru yolu ilə İrandan Azərbaycana keçə bilərlər

Kürdəmirdə yolda hərəkətin təhlükəsizliyini pozmaq cəhdinin qarşısı alınıb

İran dövlət televiziyası fəaliyyətini bərpa edib

Çaykovski adına Dövlət Akademik Böyük Simfonik Orkestri filarmoniyada konsert proqramı ilə çıxış edib

Sadiq Qurbanov: İğdır-Naxçıvan qaz boru kəmərinin Naxçıvanın inkişafında mühüm rolu olacaq

Fatima Şbibane: Kitablar vasitəsilə Azərbaycanın bir çox şairlərini tanıdım

Bakıda “Sportfest-2025” adlı idman festivalının bağlanış mərasimi keçirilib

Zaqatalada azyaşlı yük avtomobilinin altında qalıb

Yalçın Rəfiyev: Bonn sessiyasında COP29 Sədrliyinin 7 tədbiri keçiriləcək

Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal qazanıb

Azərbaycan “Qlobal Dayanıqlı İnkişaf Konqresi”ndə təmsil olunur

Azərbaycan 2027-ci ildə ilk dəfə Xizək alpinizmi üzrə dünya çempionatına ev sahibliyi edəcək

“Hüquqlarımızı bilək, ayrı-seçkiliyə məruz qalmayaq!” adlı maarifləndirici vəsait hazırlanıb

Türkiyəli ekspert: Ermənistanın yeganə xilas yolu Azərbaycan və Türkiyə ilə sülhdür

Niderland mətbuatı Azərbaycanın xarici siyasət prioritetlərindən yazıb

"Neftçi" qambiyalı futbolçusu ilə vidalaşıb

Bonnda Muxtar Babayev Braziliyanın COP30 gənc iqlim çempionu ilə görüşüb

Braziliya hökumətinin rəsmisi: Azərbaycan bizim üçün çox önəmli tərəfdaşdır

İran dövlət televiziyası raket zərbəsinə məruz qalıb

“Astara” dövlət sərhədindən buraxılış məntəqəsində Belarus vətəndaşlarının təxliyəsi həyata keçirilib

Tilman Qrav: “Şuşa” kompozisiyasını yeni tərtibatda Şuşada yenidən təqdim etmək istərdim

Rafael Fiziyev "Qarabağ" klubunun bazasında olub

UNEP-in rəsmisi: Dövlətlər temperatur artımını 1,5 dərəcə Selsi səviyyəsində saxlamaq istiqamətində səylərini artırmalıdır

Britaniyanın xarici kəşfiyyat xidmətinə tarixdə ilk dəfə olaraq qadın rəhbər təyin edilib

Metin Yener: İğdır-Naxçıvan qaz kəməri Azərbaycanla Türkiyə arasında münasibətləri daha da möhkəmləndirdi VİDEO

Metin Yener: İğdır-Naxçıvan qaz kəməri Azərbaycanla Türkiyə arasında münasibətləri daha da möhkəmləndirdi VİDEO

Türkiyə Prezidenti rusiyalı və iranlı həmkarları ilə Yaxın Şərqdə vəziyyəti müzakirə edib

Şimali İrlandiyada son iğtişaşlarla bağlı 29 nəfər saxlanılıb

Fransalı tarixçi: Qarabağda minalarla bağlı vəziyyət mülki insanların öz evlərinə qayıtmalarına mane olur

Naxçıvanda İğdır–Naxçıvan qaz boru kəməri üzrə paralel auditin yekun hesabatları təqdim edilib

AZAL ilə “Uzbekistan Airways” arasında kod-şerinq müqaviləsi imzalanıb

İran-İsrail qarşıdurmasında dördüncü gün

Şuşada “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilib VİDEO

Şuşada “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilib VİDEO

Pakistan İranla sərhəd-keçid məntəqələrini bağlayıb

Şəhid övladları üçün 4-cü "YAŞAT" düşərgəsi başlayıb

Ukraynaya həlak olmuş daha 1245 hərbçinin meyiti qaytarılıb

Parisdə “Gizli ölüm toxumları” kitabının təqdimatı olub VİDEO

Parisdə “Gizli ölüm toxumları” kitabının təqdimatı olub VİDEO

SOCAR “SportFest” tədbirində tərəfdaş qismində iştirak edir

AEBA İran-İsrail qarşıdurmasında tərəfləri təmkin nümayiş etdirməyə çağırıb

Qazaxıstanın hakim partiyasının saytında ölkə nümayəndə heyətinin Şuşa konfransında iştirakı barədə informasiya yerləşdirilib

"Latsio" Pedro ilə yeni müqavilə imzalayıb

Elçin Məsiyev Portuqaliya millisinin oyununa təyinat alıb

Marneulidə “Narkomaniyaya yox deyirik” adlı aksiya keçirilib

AZAL bir sıra aviareysləri ləğv edib

Azərbaycanın xarici işlər naziri özbəkistanlı həmkarı ilə bölgədə yaranmış vəziyyəti müzakirə edib

Bir qrup Tacikistan vətəndaşı İrandan təxliyə olunub VİDEO

Bir qrup Tacikistan vətəndaşı İrandan təxliyə olunub VİDEO

Ankara liseylərinin şagirdlərinə TDT-nin fəaliyyət prinsipləri barədə məlumat verilir

Azərbaycan Astanada MDB ölkələri DİN nümayəndələrinin iclasında iştirak edib

ÇXR Sədri Si Cinpin Qazaxıstana səfərə gəlib

Rəsmi Astana: Qazaxıstan vətəndaşları Azərbaycan və Türkmənistan vasitəsilə İranı tərk ediblər

Türkiyənin 18 vilayətində antiterror əməliyyatı keçirilib

Bonn İqlim Sammitinin sessiyalarında Bakıda razılaşdırılmış maliyyə paketinin necə icra olunacağı müzakirə ediləcək

Möminə xatun türbəsinin bərpa və konservasiyasının aparılması ilə bağlı müqavilə imzalanıb VİDEO

Möminə xatun türbəsinin bərpa və konservasiyasının aparılması ilə bağlı müqavilə imzalanıb VİDEO

Lənkəranda polisdən əməliyyat - 18 kiloqram narkotik vasitə aşkarlandı VİDEO

Lənkəranda polisdən əməliyyat - 18 kiloqram narkotik vasitə aşkarlandı VİDEO

İran-İsrail qarşıdurması və dünya bazarında neftin qiyməti-TƏHLİL

İsmayıllıda həyətində çətənə kolu yetişdirən şəxs tutulub

İrandan 41 Azərbaycan vətəndaşı təxliyə olunub, səfirlik və konsulluq fəaliyyətini davam etdirir

FIDE reytinqinin ikincisini məğlub edən Azərbaycan şahmatçısı: Ümid edirəm ki, karyeramda belə qələbələr davamlı olar

Ukraynalı alim: Heydər Əliyevin gəlişi ilə Azərbaycan postimperial siyasi boşluqdan aydın edilmiş vəzifələrə inamla çıxdı

Ciorcia Meloni Almaniya Kansleri və britaniyalı həmkarı ilə görüşüb

Alimlər Avropada güclü meşə yanğınları təhlükəsi fonunda yeni strategiya təklif edirlər

Bakı şəhəri və Abşeron yarımadasının bəzi ərazilərində su təchizatında müvəqqəti fasilə yaranacaq

Azərbaycanın daha bir cüdoçusu dünya çempionatında mübarizəyə başlayır

ABŞ Cənubi Çin dənizindəki təyyarədaşıyanı Yaxın Şərq sularına göndərib

Parisdə “İRS” Nəşriyyat Evinin kitablarının təqdimatı keçirilib VİDEO

Parisdə “İRS” Nəşriyyat Evinin kitablarının təqdimatı keçirilib VİDEO

Tomas Müller "Bavariya"nın tarixində ən çox qol vuran üçüncü futbolçudur

Xəzər dənizində zəlzələ qeydə alınıb

Cinayət törətməkdə şübhəli bilinən 96 nəfər saxlanılıb

Si Cinpin Qazaxıstana səfərə yola düşüb

Hidrometeorologiya Xidməti: Qeyri-sabit hava şəraiti iyunun 18-i gündüzədək davam edəcək

Hidrometeorologiya Xidməti: Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 17 sm artıb

Azərbaycan Bonnda keçirilən İyun İqlim Sammiti - SB62-də COP29 rəhbərliyi ilə təmsil olunur VİDEO

Azərbaycan Bonnda keçirilən İyun İqlim Sammiti - SB62-də COP29 rəhbərliyi ilə təmsil olunur VİDEO

Türkiyədə avtomobil aşıb, üç nəfər ölüb

Peruda zəlzələ baş verib, ölən var

Alimlər beyin təsvirində inqilabi imkanların əsasını qoyublar - ARAŞDIRMA

Münster şəhərində Milli Qurtuluş Gününə həsr olunmuş dərs keçirilib

Gənc azərbaycanlı qız Almaniyada şahmat üzrə çempion olub

İzmirdə yanğın olub, xəstəxanadakılar təxliyə edilib

Rusiyanın Böyük Simfonik Orkestrinin növbəti qrupu İrandan Azərbaycana təxliyə olunub

Heydər Əliyev Mərkəzinin parkında Milli Qurtuluş Günü münasibətilə konsert olub

İran - İsrail gərginliyi: qarşılıqlı raket atışları bu gecə də davam edib

Riyad Məmmədov Moskva Caz Festivalında çıxış edib

Bu ilin məzunları sırasında uşaq evi sosial xidmət müəssisələrinin bir qrup sakini də var

Rusiya vətəndaşlarının İrandan təxliyəsi mərhələli şəkildə həyata keçirilir

Azərbaycanın sərbəst güləşçiləri Avropa çempionatını 6 medalla başa vurublar

Böyük Britaniya Yaxın Şərqə hərbi təyyarələr yerləşdirir

“Bavariya” klublararası dünya çempionatına darmadağınla başlayıb

Almaniyada ilk dəfə Milli Veteranlar Günü qeyd olunub

Ukraynaya daha 1200 nəfər həlak olmuş vətəndaşın cənazəsi qaytarılıb

Kahramanmaraşda “Dəmir Yumruq” abidəsinin ucaldılması planlaşdırılır

Bəzi yerlərdə leysan, yüksək dağlıq ərazilərdə sulu qar yağacaq - XƏBƏRDARLIQ

Fahrettin Altun: Azərbaycanın Milli Qurtuluş Gününü və Şuşa Bəyannaməsinin dördüncü ildönümünü ən səmimi duyğularımla təbrik edirəm

AZAL Türkiyənin Çukurova Beynəlxalq Hava Limanına ilk reysini həyata keçirib

Gəncənin MDB-nin idman paytaxtı seçilməsi ilə bağlı sertifikat şəhər rəhbərliyinə təqdim edilib

Bakıda klassik avtomobillərin yürüşü və çövkən yarışı keçiriləcək

Bolqarıstandan olan deputat: Şuşada olmaqdan böyük şərəf duyuram

Rəcəb Tayyib Ərdoğan Azərbaycanı təbrik edib

Azərbaycan Ordusunda Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər keçirilib

Cennaro Qattuzo İtaliya millisinin baş məşqçisi olub

İranda 2 nəfər casus ələ keçirilib