İDMAN
Azərbaycan güləşçisi Hacı Əliyev dünya çempionatının favoritidir
Bakı, 26 avqust (AZƏRTAC). AZƏRTAC dvrestdagp.ru saytına istinadla xəbər verir ki, Azərbaycan idmançısı Hacı Əliyev sərbəst güləş üzrə dünya çempionatında 61 kq çəki dərəcəsində qələbəyə əsas namizəddir.
Haqlı olaraq FİLA reytinqində birinci yeri tutan Hacı Əliyev cari mövsümdə dörd startda qalib gəlib: “Dan Kolov” turniri (Bolqarıstan), Avropa çempionatı (Finlandiya), “Almaniya Qran-pri”si (Dortmund) və “Qolden Qran-pri” seriyasının finalı (Bakı).
Polşa yığmasının baş məşqçisi Yusup Abdusalamov və Serbiya yığmasının baş məşqçisi Lyubça Peşko da dünya çempionatında Hacının qalib gələcəyini düşünür.
Daşkənddə keçiriləcək bu yarışda Hacı Əliyevin rəqibləri dünya və Avropa çempionatlarının finalçısı, bolqarıstanlı Vladimir Dubov, dünya çempionatının bürünc mükafatçısı, iranlı Məsud İsmayılpur, 2013-cü il Qitələrarası Kubok yarışlarının qalibi və bu il ABŞ çempionu olmuş Cimmi Kennedi, habelə 2011-ci il dünya kubokunun sahibi, builki Rusiya çempionu Aleksandr Boqomoyev ola bilər.