İQTİSADİYYAT
“Azərbaycan Hava Yolları” Bakıdan Dehliyə aviareyslər yerinə yetirəcək
Bakı, 11 iyun, AZƏRTAC
AZAL iyunun 25-dən Bakıdan Hindistanın ən böyük şəhərlərindən biri olan Dehliyə müntəzəm və çarter reysləri həyata keçirəcək.
“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, AZAL-ın reysləri həftədə bir dəfə - çərşənbə axşamı günləri ekonom və biznes sinif konfiqurasiyalı “Boeing-757” təyyarələri ilə yerinə yetiriləcək. Cari ilin payızından etibarən uçuşların sayı həftədə iki dəfəyədək artırılacaq.
Uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportu Terminal 1-dən həyata keçiriləcək.
Bu istiqamət üzrə aviabiletləri AZAL-ın kassalarında, rəsmi agentliklərində, şirkətin www.azal.az saytında bronlaşdırmaq və əldə etmək mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]