SİYASƏT
AZƏRBAYCAN HƏRBÇİLƏRİ NATO-NUN TƏDBİRLƏRİNDƏ İŞTİRAK EDƏCƏKLƏR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramı çərçivəsində noyabrın 17-dən 21-dək Türkiyənin İzmir şəhərində “Cooperative Lancer-Longbov 2009” təliminin ilkin planlaşdırma konfransı, noyabrın 19-dan 22-dək Bakıda hərbi təlim və təhsil sahəsində Silahlı Qüvvələrə yardım üzrə ekspertin qərargah görüşü, noyabrın 19-da Brüsseldə Avratlantik Tərəfdaşlıq Şurasının Hərbi Komitəsinin baş qərargah rəisləri səviyyəsində görüşü, noyabrın 24-dən dekabrın 5-dək Budapeştdə müəllimlər üçün təkmilləşdirilmiş hərbi terminologiya kursu keçiriləcəkdir.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, həmin tədbirlərdə Silahlı Qüvvələrimizin nümayəndələri də iştirak edəcəklər.