Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Azərbaycan hökuməti ilə Beynəlxalq Maliyyə Korporasiyası 3 əməkdaşlıq sazişi və 3 anlaşma memorandumu imzalayıb YENİLƏNİB

Bakı, 8 may, AZƏRTAC

Mayın 8-də Bakıda “Azərbaycan investisiya mühiti və aqrobiznes rəqabətliliyi” layihəsinin icrasına dair Azərbaycan hökuməti ilə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında əməkdaşlıq sazişləri və anlaşma memorandumlarının imzalanması mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, imzalanma mərasimində Azərbaycan Respublikası Baş nazirinin birinci müavini, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın sədri Yaqub Eyyubov çıxış edərək Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə ölkəmizdə aparılan uğurlu və məqsədyönlü siyasət, eləcə də son illər ərzində bir çox sahələrdə, xüsusilə iqtisadi sahədə həyata keçirilən kompleks islahatlar nəticəsində Azərbaycanda maliyyə sabitliyi və iqtisadi artımın bərpa olunduğunu, əhalinin rifah halının yüksəldiyini, bütün istiqamətlərdə əhəmiyyətli irəliləyişlərin əldə edildiyini deyib. Baş nazirin birinci müavini bildirib ki, bu islahatların müsbət nəticələri ölkəmizin beynəlxalq reytinqlərdəki mövqelərində öz əksini tapıb, mötəbər reytinq hesabatı olan Dünya Bankının "Doing Bussines 2019" hesabatında Azərbaycanın mövqeyi əvvəlki ilin hesabatı ilə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb, kiçik investorların maraqlarının qorunması indikatoru üzrə dünyada 2-ci yerə, biznesə başlama indikatoru üzrə isə ilk onluqda yüksəlmiş Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsi elan olunub.

“Ölkə iqtisadiyyatının inkişafı üçün böyük əhəmiyyət kəsb edən strateji layihələrin icrası nəticəsində əldə olunan yüksək uğurlar aparılan islahatların düzgünlüyünün real göstəricisidir. Bu islahatlar cəmiyyətin bütün təbəqələrinin, o cümlədən biznes subyektlərinin mənafelərini bariz ifadə edir. Biznes mühiti sahəsində əldə olunmuş sürətli inkişafın davamlılığını təmin etmək və rəqabət mühitini möhkəmləndirmək, eləcə də beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyini daha üst səviyyəyə yüksəltmək məqsədilə 2016-cı il iyulun 13-də ölkə başçısının müvafiq Sərəncamı ilə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya yaradılıb. Komissiya çərçivəsində dövlət-biznes dialoqu platforması formalaşdırılaraq 280 nümayəndədən ibarət 19 istiqamət üzrə işçi qrupları təsis edilib”, - deyə Yaqub Eyyubov bildirib.

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın sədri qeyd edib ki, iqtisadi islahatların aparılması və sosial-iqtisadi inkişafın daha da sürətləndirilməsi sayəsində beynəlxalq təşkilatlarla, xüsusilə Dünya Bankı qrupuna daxil olan Beynəlxalq Maliyyə Korporasiyası ilə səmərəli əməkdaşlıq əlaqələri yaradılıb və bu təşkilatla birgə uzunmüddətli layihələr həyata keçirilməkdədir: “Biznes mühitinin əlverişliliyinin daha da artırılması, xüsusilə azad rəqabət mexanizminin inkişafı və bu sahədə şəffaflığın yüksəldilməsi üzrə həyata keçirilən kompleks tədbirlər çərçivəsində Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlıq əlaqələrinin yeni mərhələyə qaldırılması və daha da genişləndirilməsi ilə bağlı Prezident İlham Əliyevin tapşırığı ilə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya daxilində müvafiq dövlət qurumlarını və Beynəlxalq Maliyyə Korporasiyasını təmsil edən xüsusi işçi qrupu yaradılıb. İşçi Qrupu tərəfindən Beynəlxalq Maliyyə Korporasiyasının “Azərbaycan investisiya mühiti və aqrobiznes rəqabətliliyi” layihəsi çərçivəsində bu gün imzalanan əməkdaşlıq sazişləri və anlaşma memorandumlarının yekun layihələrinin hazırlanması işləri operativ qaydada icra olunub və beynəlxalq müqavilələr üzrə dövlətdaxili prosedurlar qısa müddətdə yekunlaşıb”.

Baş nazirin birinci müavini deyib ki, “Azərbaycan investisiya mühiti və aqrobiznes rəqabətliliyi” layihəsinin tərkib hissəsi olan, imzalanması nəzərdə tutulan saziş və memorandumların icrası üzrə tədbirlərin 2020-ci ilin sonunadək başa çatdırılması nəzərdə tutulub. Bu tədbirlər İsveçrə İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi və Avstriyanın Maliyyə Nazirliyi tərəfindən maliyyələşdiriləcək. Layihənin məqsədi ən qabaqcıl beynəlxalq təcrübədən istifadə etməklə investisiya mühiti sahəsində islahatın aparılmasında, iqtisadiyyatın rəqabətədavamlılığının artırılmasında, daha da şaxələndirilməsində Azərbaycan hökumətinə və aidiyyəti dövlət qurumlarının məsləhət xidmətləri vasitəsilə lazımi dəstək göstərilməsindən ibarətdir: “Bugünkü tədbirdə Beynəlxalq Maliyyə Korporasiyası ilə ayrı-ayrı dövlət qurumları arasında imzalanan saziş və memorandumların tətbiqi qarşılıqlı əməkdaşlığı yeni mərhələyə yüksəltməklə müsbət nəticələrə xidmət edəcək. İslahatların aparılmasında Beynəlxalq Maliyyə Korporasiyası ilə sıx əməkdaşlıq çərçivəsində mühüm beynəlxalq sazişlərin imzalanması və həyata keçirilməsi, vətəndaşların və sahibkarların məmnunluğunun artırılması bu sahədə şəffaflığın təmin olunması ilə yanaşı, sosial-iqtisadi islahatların beynəlxalq səviyyədə təqdim olunmasına da öz müsbət tövsiyəsini verəcək”.

Beynəlxalq Maliyyə Korporasiyasının ölkə üzrə nümayəndəliyinin rəhbəri Aliyə Əzimova diqqətə çatdırıb ki, IFC Azərbaycan hökuməti ilə əməkdaşlıq sazişləri və anlaşma memorandumları imzalayaraq iqtisadiyyatın şaxələndirilməsinə, iş yerlərinin açılmasına yardım etmək məqsədilə ölkənin investisiya mühitini yaxşılaşdırmaq və aqrobiznesin rəqabətliliyini artırmaq səylərini dəstəkləyəcək. Eyni zamanda, əməkdaşlıq sazişləri lisenziyalaşdırma və yoxlamaların aparılması qaydalarını sadələşdirməyə, eləcə də Azərbaycan hökumətinə investisiya siyasəti və təşviqi çərçivəsini inkişaf etdirməyə, birbaşa xarici investisiyaların cəlbi siyasətini icra etməyə yardım edəcək. Layihə məşğulluğun önəmli mənbəyi olan və qeyri-neft iqtisadi artımı sövq etmək üçün həlledici əhəmiyyət kəsb edən kənd təsərrüfatı və aqrobiznes sahələrində mövcud olan çağırışları aradan qaldırmağa da kömək edəcək.

İsveçrənin Cənubi Qafqaz üzrə Əməkdaşlıq Ofisinin regional direktor müavini Simon Haberli qeyd edib ki, sağlam biznes mühiti və əlverişli investisiya şəraiti özəl sektorun inkişafı və iqtisadi artım üçün əsas şərtlərdir: "Biz davam edən islahatların indiki mərhələsində şahidi oluruq ki, özəl sektorun inkişafı Azərbaycan üçün əsas prioritetdir və ölkə rəhbərliyinin tam dəstəyindən yararlanır. İsveçrə bundan sonra Azərbaycan hökumətinin yeni iqtisadi model yaratmaq cəhdlərini dəstəkləməyə hazırdır".

"Dayanıqlı və davamlı iqtisadiyyat qurmaq üçün ölkə yeni artım mənbələrindən yararlanmalıdır. Hökumətin bu istiqamətdə addımları bizi sevindirir. Bizim məsləhətçi proqramımız yerli bizneslərə böyüməkdə və xarici investisiyaları cəlb etməkdə dəstək verməyə, tənzimləmə normalarını yerli və özəl şirkətlər üçün daha rahat etməyə yönəlir. Bu tədbirlər sahibkarlıq subyektlərinə öz fəaliyyətlərini genişləndirməyə və daha çox sayda iş yerlərini açmağa kömək edir", - deyə IFC-nin Cənubi Qafqaz və Rusiya Federasiyası üzrə baş regional rəhbəri Yan Van Bilsen diqqətə çatdırıb.

Sonra Azərbaycan hökuməti ilə Beynəlxalq Maliyyə Korporasiyası arasında 3 əməkdaşlıq sazişi və 3 anlaşma memorandumu imzalanıb. Sənədləri Azərbaycan tərəfdən Baş nazirin birinci müavini Yaqub Eyyubov, iqtisadiyyat naziri Şahin Mustafayev, kənd təsərrüfatı naziri İnam Kərimov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzov, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, Beynəlxalq Maliyyə Korporasiyası tərəfdən isə IFC-nin regional direktoru Yan Van Bilsen imzalayıblar.

İmzalanan sənədlərin əhəmiyyətini şərh edən Azərbaycan Respublikası Prezidentinin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi xidmətinin baş məsləhətçisi Vüsal Şıxəliyev deyib ki, IFC ilə imzalanmış sazişlərin tətbiqində biznes subyektləri, xüsusilə aparıcı konsaltinq şirkətlərinin nümayəndələri tamhüquqlu üzv kimi iştirak etmək imkanı əldə ediblər. Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya ilə IFC arasında anlaşma memorandumunun imzalanmasında əsas hədəflərdən biri də biznes fəaliyyətinin tənzimlənməsinin sadələşdirilməsi və investisiya mühitinin daha da yaxşılaşdırılmasına yönəlmiş müfəssəl islahatların həyata keçirilməsində komissiya vasitəsilə Azərbaycan hökumətinin səylərini dəstəkləməkdir.

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov İqtisadiyyat Nazirliyi ilə Beynəlxalq Maliyyə Korporasiyası arasında imzalanan sazişin üç komponenti əhatə etdiyini deyib: "Birinci komponent sahibkarlıq fəaliyyətinin dövlət tənzimləməsinin təkmilləşdirilməsi, ümumilikdə dövlət qurumları tərəfindən yoxlamaların aparılması sistemində islahatların davam etdirilməsi, risk əsaslı yoxlamalar vasitəsilə biznes qeydiyyatı sahəsində islahatların aparılması və risk meyarları əsasında yoxlamalara keçidin təmin olunmasını, ikinci komponent birbaşa investisiyalar üzrə milli strategiyanın hazırlanması, investisiya siyasəti və təşviqi sahəsində hüquqi və inzibati çərçivəni təkmilləşdirilməsi, beynəlxalq standartlara uyğunlaşdırılmasını, üçüncü komponent isə "Doing Business" göstəricilərini biznesin həyata keşirilməsi üzrə Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılması məqsədilə aparılan islahatlara dəstək göstərilməsini nəzərdə tutur".

Nazir müavini, həmçinin bildirib ki, Azərbaycanda 72 layihə üzrə IFC vasitəsilə 500 milyon ABŞ dolları çərçivəsində dövlət zəmanəti olmayan kredit, həmçinin Bakı-Tbilisi-Ceyhan layihəsinə 250 milyon dollar kredit ayrılıb.

Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev IFC ilə Kənd Təsərrüfatı Nazirliyinin imzaladığı sazişə əsasən, layihənin 2-ci komponenti üzrə - yeni aqrobiznes sektorunun rəqabət qabiliyyətinin gücləndirilməsi istiqamətində işlər görüləcəyini bildirib: "Dünya Bankı ilə bu istiqamətdə hazırda 20-dən çox dəyər zəncirləri qurulub. Bütün bunlar bizə imkan verir ki, bugünkü layihə çərçivəsində aqrobiznes sektorunun rəqabət qabiliyyətinin gücləndirilməsi üçün həm normativ hüquqi bazanın təkmilləşdirilməsi, eyni zamanda, bu sahənin inkişafı üçün yeni maliyyə mexanizmlərinin hazırlanmasına nail olaq".

Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Rüfət Rüstəmzadə isə bildirib ki, bu gün imzalanan saziş agentlik üçün ən əsas prioritetlərdən biridir, eyni zamanda, institusional potensialın gücləndirilməsi və artırılmasını nəzərdə tutur. Bu hədəf çərçivəsində biz sıra istiqamətlər üzərində öz işimizi qurmaq niyyətindəyik. Əsas məsələlərdən biri yoxlamalardır ki, onlar üçün meyarlar və metodologiya hazırlanmasını nəzərdə tutmuşuq.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov hazırda ölkəmizdə genişmiqyaslı sosial-iqtisadi islahatlar getdiyini vurğulayıb. Bildirib ki, bu islahatlar artıq öz bəhrəsini verir. Aparılan sosial islahatların vacib hissəsi də əmək bazarının tənzimlənməsinin təkmilləşdirilməsidir. IFC ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında imzalanan anlaşma memorandumu bir neçə istiqaməti əhatə edir ki, bunlardan ən əsası əmək müfəttişlərinin iş qabiliyyətinin və bacarığının artırılmasıdır. Bu, çox vacib məqamdır.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib ki, dövlət başçısının tapşırığı əsasında mərkəz indiyədək 20-dək dövlət proqramlarının monitorinq və qiymətləndirilməsini yüksək səviyyədə həyata keçirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyənin bir sıra rayonlarında təkrar bələdiyyə seçkiləri keçiriləcək

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Şolts: 35 min Alman hərbçisi müttəfiqlərinə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH

Şotlandiya Milli Partiyasına yeni lider seçilib

Nazir: Ülviyyə Fətəliyevanın Avropa çempionluğu şahmatın inkişafına töhfə verəcək

Alman dili fənni üzrə sertifikatlaşdırma imtahanına dair vebinar keçiriləcək

Ulu Öndər Heydər Əliyev Ukraynada böyük sevgi ilə anılır - AZƏRTAC-ın VİDEOREPORTAJI