İDMAN
Azərbaycan idmançılarının London Olimpiadasındakı uğurları ölkədə idmanın inkişafına göstərilən yüksək qayğının və diqqətin nəticəsidir
Tokio, 21 avqust (AZƏRTAC). Azərbaycan idmançılarının XXX Yay Olimpiya Oyunlarında nümayiş etdirdikləri peşəkarlıq yalnız ölkəmizdə deyil, onun hüdudlarından uzaqlarda da yüksək qiymətləndirilir.
UNESCO-nun keçmiş baş direktoru Koişiro Maatsura AZƏRTAC-ın xüsusi müxbirinə bildirmişdir ki, Azərbaycan idmançılarının London Yay Olimpiya Oyunlarında nümayiş etdirdiyi peşəkarlıq onu heyran etmişdir. Öz yüksək idman əzmkarlığı və zəhmətsevərliyi ilə seçilən Azərbaycan idmançılarını ürəkdən təbrik edirəm. Onların qazandığı qızıl, gümüş və bürünc medallar gərgin əməyin bəhrəsidir. Eyni zamanda, bu, Azərbaycan Prezident İlham Əliyevin idmana göstərdiyi yüksək qayğı və diqqətin nəticəsidir. Mən böyük uğur münasibətilə başda Azərbaycan Prezidenti olmaqla bütün xalqınızı təbrik edirəm.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio