SİYASƏT
AZƏRBAYCAN İLƏ ABŞ ARASINDA ENERJİ SEKTORUNDA ƏMƏKDAŞLIĞIN İNKİŞAF PERSPEKTİVLƏRİ MÜZAKİRƏ OLUNMUŞDUR
Bakı, 15 yanvar (AZƏRTAC). Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, yanvarın 15-də nazir Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan ABŞ Prezidentinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar ilə görüşmüşdür.
Görüşdə Azərbaycan ilə ABŞ arasında enerji sektorunda əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunmuş, həmçinin Xəzər regionunda həyata keçirilən enerji layihələri ətrafında fikir mübadiləsi aparılmışdır.
Qarşılıqlı maraq doğuran digər məsələlər də görüşdə müzakirə edilmişdir.