MƏDƏNİYYƏT
Azərbaycan ilə Çin arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş rəsm müsabiqəsi başlayır
Bakı, 31 mart, AZƏRTAC
Çinin Azərbaycandakı səfirliyi, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) və Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu Çin dili və mədəniyyətini sevən, iki ölkə arasında əməkdaşlıq əlaqələrinin inkişaf proseslərini yaxından izləyən şəxsləri “Dostluq və gələcək” mövzusunda rəsm müsabiqəsinə dəvət edir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan ilə Çin arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunan müsabiqənin keçirilməsində məqsəd iki xalq arasında dostluq münasibətlərinin inkişafını dəstəkləməkdir.
Müsabiqəyə rəsmlərin qəbulu aprelin 1-dən 30-dək aparılacaq. Mükafatlandırma mərasimi mayın 25-27-də təşkil olunacaq. Rəsm işləri müsabiqənin mövzusuna uyğun olmalıdır. Rəsmlər yağlı boya, akvarel, karandaş ilə çəkilə bilər.
Müsabiqə azyaşlılar və böyüklər olmaqla iki qrup üzrə aparılacaq. Hər iki qrupun qalibləri mükafatlandırılacaq.
İştirakçılar işlərini [email protected] elektron poçt ünvanına göndərməlidirlər.
Müsabiqənin şərtləri ilə bu linkə keçid etməklə tanış olmaq olar.
Əlavə məlumat almaq üçün bu nömrələrlə - (+994) 505986215; (+994) 558634131 əlaqə saxlamaq olar.