İQTİSADİYYAT
Azərbaycan ilə Latviya arasında ticarət dövriyyəsi 2,5 dəfə artmışdır
Bakı, 28 noyabr (AZƏRTAC). Ticarət əlaqələri Azərbaycan və Latviya arasındakı ikitərəfli əməkdaşlığın əsas istiqamətlərindəndir. Ötən il Azərbaycan ilə Latviya arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 2,5 dəfə artmışdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri iqtisadi inkişaf naziri Şahin Mustafayev noyabrın 28-də Bakıda keçirilmiş Azərbaycan-Latviya biznes forumunda demişdir.
Bildirilmişdir ki, hər iki ölkə arasında iqtisadi sahədə möhkəm hüquq bazası yaradılmış, 30-a yaxın sənəd imzalanmışdır. Azərbaycan-Latviya əlaqələrinin genişlənməsində indiyədək 4 iclası keçirilmiş Hökumətlərarası Komissiyanın fəaliyyəti əhəmiyyətli rol oynayır.
Azərbaycanda xidmət, sənaye, ticarət, bank və sığorta sahələrində Latviya investisiyalı 17 şirkət fəaliyyət göstərir.