İQTİSADİYYAT
Azərbaycan ilə Polşa arasında standartlaşdırma sahəsində əməkdaşlıq haqqında saziş imzalanmışdır
Bakı, 30 noyabr (AZƏRTAC). Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) və Polşanın Standartlaşdırma üzrə Komitəsi (PSK) arasında standartlaşdırma sahəsində əməkdaşlıq haqqında saziş imzalanmışdır.
SMPDK-nın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki,
sazişi qurumun sədri Ramiz Həsənov və PSK-nın prezidenti Tomaş Şveytser imzalamışlar.
Sənədə əsasən, tərəflər ticarətdə texniki maneələrin aradan qaldırılması və ölkələrarası iqtisadi əlaqələrin gücləndirilməsi məqsədi ilə milli standartların Avropa və beynəlxalq standartları ilə uyğunlaşdırılması sahəsində əməkdaşlıq edəcəklər.