SİYASƏT
AZƏRBAYCAN İLƏ QƏTƏR ARASINDA DİPLOMATİK VƏ XÜSUSİ PASPORTLARA MALİK ŞƏXSLƏRİN VİZA TƏLƏBLƏRİNDƏN AZAD OLUNMASI HAQQINDA SAZİŞ IMZALANACAQDIR
Bakı, 12 yanvar (AZƏRTAC). Yanvarın 11-dən Qətərdə rəsmi səfərdə olan Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri Elmar Məmmədyarov “Əl-Cəzirə” kanalına müsahibə vermişdir.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, səfər çərçivəsində yanvarın 12-də E.Məmmədyarovun Qətər Dövlətinin Əmiri Şeyx Həməd bin Xəlifə Al-Tani, bu ölkənin maliyyə və iqtisadiyyat naziri Yusif Hüseyn Kamal, İnformasiya Birliyinin prezidenti, Əmirin informasiya məsələləri üzrə müşaviri Şeyx Həməd bin Samir Al-Tani və “Al-Diyar Al-Qatari” şirkətinin icraçı direktorunun əməliyyatlar üzrə müavini İsa Al-Fadala ilə görüşləri nəzərdə tutulmuşdur.
Qətər Dövlətinin Əmiri Şeyx Həməd bin Xəlifə Al-Tani ilə görüşdən sonra isə “Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında diplomatik və xüsusi pasportlara malik şəxslərin viza tələblərindən azad olunmaları haqqında Saziş”in imzalanması gözlənilir.