İQTİSADİYYAT
Azərbaycan, İran və Gürcüstan dəmir yollarının rəhbərləri tranzit yüklərin daşınması perspektivlərini müzakirə ediblər
Bakı, 23 dekabr, AZƏRTAC
İran İslam Respublikasının paytaxtı Tehranda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, İran İslam Respublikasının Dəmir Yolunun baş direktoru Mohsen Purseyid Ağayi, Gürcüstan Dəmir Yolları SC-nin baş direktoru Mamuka Baxtadze arasında üçtərəfli görüş keçirilib.
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə üç dövlətin tranzit potensialını artıraraq, Qara dəniz hövzəsindən, Gürcüstan dəniz limanları vasitəsilə tranzit yüklərin Gürcüstan və Azərbaycan üzərindən Fars körfəzinə catdırılması perspektivləri müzakirə olunub.
İclasın yekununda dəmir yollarının rəhbərləri üçtərəfli əməkdaşlığı təsdiq edən protokol imzalayıblar.