Azərbaycan istehsalı olan BARS kamikadze dronu ilk dəfə “ADEX 2026”da nümayiş etdirilir
Bakı, 30 sentyabr, AZƏRTAC
Azərbaycan istehsalı olan BARS yüksəksürətli kamikadze dronu ilk dəfə Bakıda keçirilən “ADEX 2026”da nümayiş olunur.
AZƏRTAC xəbər verir ki, bu silah dronların zərərsizləşdirilməsinə xidmət edir.
Qeyd edək ki, sentyabrın 30-da Bakı Ekspo Mərkəzində Qafqaz regionunun nəhəng hərbi-texnoloji platforması olan və müdafiə sənayesinin qlobal güclərini bir araya gətirən “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və paralel olaraq keçirilən “Securex Caspian” 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin rəsmi açılış mərasimi keçirilib.
“ADEX 2026” və “Securex Caspian” sərgilərində bu il ümumilikdə 53 ölkə təmsil olunur. 30 ölkədən 280 şirkət və təşkilat sərgilərdə iştirak edir.
Sərgi oktyabrın 2-dək davam edəcək.
Müxbir - Günel Türksoy
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [18:41]
"ADEX 2026": İki qardaş ölkənin birgə istehsalı olan zərbə PUA-sı
- 30.09.2026 [18:21]
“Hürkuş” yeni nəsil təlim təyyarəsi ilk dəfə “ADEX 2026”da
- 30.09.2026 [18:08]