ELM VƏ TƏHSİL
Azərbaycan Layihələrin İdarə Edilməsi Assosiasiyasında "Açıq qapı" günü keçirilib
Bakı, 18 sentyabr, AZƏRTAC
Sentyabrın 18-də Azərbaycan Texniki Universitetinin nəzdindəki Layihələrin İdarə Edilməsi və İnnovasiyalar Mərkəzində "Açıq qapı" günü keçirilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Layihələrin İdarə Edilməsi Assosiasiyasının (AzPMA) keçirdiyi tədbirdə menecerlik karyerasını inkişaf etdirmək istəyən tələbə və mütəxəssislər iştirak ediblər.
AzPMA-nın prezidenti, texnika elmləri doktoru İqbal Babayevin "Layihələrin idarə edilməsi: gələcəyi öyrənirik" mövzusunda məruzəsi dinlənilib.
Bildirilib ki, ictimai qurum ötən müddət ərzində Azərbaycanda iri həcmli 20 uğurlu layihə həyata keçirib.
Tədbir iştirakçılarına İqbal Babayevin "Layihə menecerinin yol xəritəsi" kitabı təqdim olunub.
İştirakçılar karyeranı inkişaf etdirmək üzrə bir çox maraqlı və səmərəli məlumatlar alıb, təcrübəli layihə menecerlərinin bu sahə ilə bağlı mülahizə və rəylərini öyrəniblər.