AZƏRBAYCAN MİLLİ AEROKOSMİK AGENTLİYİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikasında elmi tədqiqatlar aparılması işinin daha səmərəli təşkil edilməsi və təkmilləşdirilməsi məqsədi ilə qərara alıram:
1. Azərbaycan Milli Aerokosmik Agentliyi Azərbaycan Respublikasının Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibindən çıxarılıb Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyinə verilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
3. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 yanvar 2003-cü il