Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Azərbaycan Milli Elmlər Akademiyası, Respublika Ağsaqqallar Şurası və gənc alimlər ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayırlar

Bakı, 26 may, Pərvanə İmanova, AZƏRTAC

Mayın 26-da Bakıda Azərbaycan Milli Elmlər Akademiyası(AMEA) və Respublika Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilən “Ölkənin ictimai-siyasi həyatında AMEA, Respublika Ağsaqqallar Şurası və gənc alimlərin rolu” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə görkəmli dövlət xadimi Heydər Əliyevin zəngin və çoxşaxəli fəaliyyətindən danışıb. Bildirilib ki, Azərbaycanın dövlətçilik ənənələrinin qurulmasında, müstəqilliyinin və iqtisadi-siyasi əsaslarının möhkəmləndirilməsində, ölkəmizin beynəlxalq birliyin bərabərhüquqlu üzvünə çevrilməsində, demokratik imicinin yüksəldilməsində Ümummilli Liderin müstəsna xidmətləri olub.

AMEA-nın rəhbəri dahi şəxsiyyət Heydər Əliyevin bütün fəaliyyəti dövründə elm, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət və qayğısından söz açıb, ölkənin elmi-ictimai həyatında akademiyanın rolundan bəhs edib. Diqqətə çatdırılıb ki, Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi illər ölkəmizin tarixinə elmin və təhsilin, mədəniyyətin tərəqqi dövrü kimi daxil olub. Həmin illərdə müdrik rəhbər Heydər Əliyev Azərbaycan elminin tərəqqisinə mane olan bir sıra amilləri aradan qaldırıb, mövcud potensialı ölkənin gələcək inkişafının elmi əsaslar üzərində qurulmasına, respublikanın mədəni intellektual resurslarının gücləndirilməsinə səfərbər edib.

Akademik A.Əlizadə ölkənin ictimai-siyasi həyatında və Azərbaycan dövlətinin müxtəlif sahələrinin inkişafında ağsaqqalların rolunu xüsusi qeyd edib. Bildirilib ki, ümummilli lider Heydər Əliyev ölkəmizin ictimai-siyasi, elmi-mədəni həyatında mühüm qərarların qəbul edilməsi zamanı daim ağsaqqallarla görüşlər keçirər, həmişə onların fikirlərinə hörmətlə yanaşardı. Bu gün cəmiyyətimizin müxtəlif sahələrində əzmlə çalışan ağsaqqallarımızın, ziyalı nəslin həyat və fəaliyyəti gənclərimiz üçün bir örnəkdir.

Sonra Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov “Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətinin banisidir. İctimai-siyasi həyatda respublika ağsaqqallarının rolu” mövzusunda məruzə ilə çıxış edib.

F.Heydərov Ulu Öndərin dövlətimiz və xalqımız qarşısındakı tarixi xidmətlərindən söz açıb. Bildirilib ki, siyasi müdrikliyinə, zəngin dövlətçilik və idarəçilik təcrübəsinə əsaslanaraq milləti parçalanmaqdan, ölkəni məhv olmaqdan qurtarıb tez bir zamanda Azərbaycanın dünyəvi, demokratik dövlət kimi dünyada öz layiqli yerini tutmasına nail olmuş ümummilli lider Heydər Əliyevin nurlu xatirəsi daim xalqımızın qəlbində yaşayacaqdır.

Diqqətə çatdırılıb ki, Ulu Öndərin siyasəti hazırda onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün ölkəmiz regionun ən qüdrətli dövlətləri sırasında özünə layiqli yer tutub. “Bakı-2015” ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi Azərbaycanın dünyada tanıdılmasının parlaq nümunəsidir. Ölkəmizdə dinindən, dilindən, mənsubiyyətindən asılı olmayaraq müxtəlif xalqların nümayəndələri mehriban və sülh şəraitində yaşayırlar.

F.Heydərov Azərbaycan elminin, mədəniyyətinin, incəsənətimizin, milli-mənəvi dəyərlərimizin dünyada tanıdılmasında Heydər Əliyev Fondunun xidmətlərini xüsusi qeyd edib.

Ulu Öndərin hakimiyyətə qayıdışından sonra ölkə həyatının bütün sahələrində ağsaqqalların rolunun daha da artdığını deyən F.Heydərov məhz ümummilli lider Heydər Əliyevin sayəsində ağsaqqalların ölkənin ictimai-siyasi həyatında fəal iştirakının təmin edildiyini vurğulayıb. Bildirilib ki, Azərbaycan xalqının milli dəyərlərininin parlaq nümunəsi kimi, tarix boyu ağsaqqallar cəmiyyətdə yüksək hörmət və nüfuz sahibi olublar. Hər zaman öz müdrikliyi ilə seçilən ağsaqqallarımız Azərbaycan dövlətçiliyinin çətin günlərində də xalqın ön sıralarında olub, insanlara ən doğru yolu göstəriblər.

Tədbirdə AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli “Azərbaycan Respublikasının ictimai-siyasi həyatında Milli Elmlər Akademiyasının rolu” mövzusunda məruzəsində ulu öndər Heydər Əliyevin AMEA-nın inkişafındakı tarixi xidmətlərindən, alimlər, ziyalılar ilə keçirdiyi görüşlərdən söz açıb. Akademik bildirib ki, Ümummilli Lider hər zaman Azərbaycan elmi qarşısında dayanan əsaslı problemlərə toxunaraq və onların aktuallığını əsaslandıraraq alimlərimizə dövlətimiz, xalqımız üçün daha gərəkli strateji məsələlərlə məşğul olmağı tövsiyə edib, elmin inkişaf strategiyasının əsas müddəalarını irəli sürüb.

Akademik İ.Həbibbəyli Ulu Öndərin Azərbaycan tarixi, ədəbiyyatı və mədəniyyətinin öyrənilməsi, öyrədilməsi, müxtəlif problemlərinin tədqiqi, tarix, mədəniyyət və ədəbiyyat sahəsində xidməti olan şəxsiyyətlərin xalqa tanıdılması, tanınmış insanların adlarının əbədiləşdirilməsi istiqamətində genişmiqyaslı fəaliyyətindən danışıb. Qeyd edilib ki, müdrik rəhbərin qayğısının nəticəsidir ki, bu gün də ədəbiyyat və mədəniyyətimizin müxtəlif problemlərinə aid geniş tədqiqatlar aparılır, fundamental əsərlər yazılır.

AMEA-nın vitse-prezidenti bildirib ki, müdrik dövlət xadimi Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra akademiyaya dövlət statusu verilib. Akademiya “Milli Elmlər Akademiyası “statusunu Ulu Öndərin Sərəncamı ilə qazanıb.

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov respublikanın ictimai-siyasi həyatında gənc alimlərin rolundan danışıb. O, Azərbaycan gənclərinin yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında Ulu Öndərin xidmətlərindən bəhs edib. Bildirilib ki, bu gün Azərbaycanda aparılan gənclər siyasəti gənc nəslin, o cümlədən elmi gəncliyin inkişafına hərtərəfli dəstək verilməsi Heydər Əliyev siyasətinin davamıdır və bu siyasət Prezident İlham Əliyevin gənclər siyasəti ilə bağlı konsepsiyada əksini tapır. Müxtəlif sahələrdə fəaliyyət göstərən intellektual səviyyəli gənclərin elmi-ictimai fəaliyyətlərinin inkişafına xidmət edən mühüm layihələrin həyata keçirilməsi Heydər Əliyev siyasətinin təməl prinsiplərinə söykənir. F.Salmanov qeyd edib ki, akademiyada fəaliyyət göstərən gənclərin dünyanın tanınmış elmi-tədqiqat mərkəzləri ilə əməkdaşlığı, nüfuzlu beynəlxalq statuslu tədbirlərdə Azərbaycan elmini təmsil etmələri görkəmli dövlət xadimi Heydər Əliyevin mirası və Azərbaycan gəncliyinin uğurudur. Ulu Öndərin müəyyənləşdirdiyi elm siyasətinə gənc alimlərimiz daim sadiqdirlər və bu siyasətin yaşaması üçün lazım olan bütün fədakarlığı göstərirlər.

Akademik Rasim Əliquliyev ölkəmizdə informasiya və kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyini bildirib, bu sahədə əldə olunan uğur və nailiyyətlərdən söz açıb. Qeyd edilib ki, dövlətimizin başçısı tərəfindən ölkəmizdə informasiya cəmiyyətinin qurulması istiqamətində mühüm addımlar atılır, müxtəlif layihələr həyata keçirilir.

Tədbirdə akademik Teymur Bünyadov, xalq şairi Zəlimxan Yaqub və digər çıxış edənlər dahi rəhbər Heydər Əliyev haqqında fikir və mülahizələrini bölüşüb, Ulu Öndərin əsasını qoyduğu məqsədyönlü siyasətin və ənənələrin uğurla davam etdiriləcəyini bildiriblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mərkəzi Bankda banklararası bazarda mövcud olan meyillər müzakirə olunub

Türkiyədə milli rəqslərimizin daha geniş təbliği ilə bağlı layihələr həyata keçiriləcək

Telefon rabitəsi xidmətləri zamanı tariflərdən əlavə ödənişlərin tələb edilməsi aşkar edilib

Stokholm 2026-cı ildə yelkənli idman üzrə dünya çempionatına ev sahibliyi edəcək

Dmitri Peskov: Qərb NATO əsgərlərini Rusiya hərbçiləri ilə qarşı-qarşıya gətirmək istəyir

® “Kapital Bank”ın dəstəyi ilə “GreenTech” startap və yaşıl texnologiyalar” müsabiqəsi keçirilib

“Tesla” Hindistan şirkətini məhkəməyə verib

Gürcüstan Qərbin riyakar siyasətini yaxşı xatırladığı üçün yenidən şirin vədlərə aldanmaq istəmir ŞƏRH

Azərbaycanın U-19 millisinin seçmə mərhələdəki oyunlarının vaxtı açıqlanıb

Tokio Olimpiadasının mükafatçısı Bakıda qızıl medal qazanıb

Bundan sonra Everestə qalxmaq icazə ilə mümkün olacaq

Demokratların Nümayəndələr Palatasındakı lideri Ukraynaya qoşun göndəriləcəyini istisna etmir

Mobil telefondan çox istifadə edənlərdə xərçəng xəstəliyinin yaranma ehtimalı daha böyükdür

Keniyada daşqınlar 228 nəfərin həyatına son qoyub

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb

“Şagirdlərin qiymətləndirilməsi” işçi qrupunun növbəti təlim görüşləri olub

“Bilimdən Zəfərə” layihəsi 70-ə yaxın şəhid övladını əhatə edib

Azərbaycanın 22 samboçusu Avropa çempionatında iştirak edəcək

Prezident İlham Əliyev Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatorunu qəbul edib YENİLƏNİB VİDEO

Baş Prokurorluq: Ağdərə rayonunda sümük fraqmentləri aşkarlanıb

Birinci sinfə elektron qeydiyyatla bağlı vətəndaş müraciətləri cavablandırılır

Almaniya Kiyevə “Patriot”, IRIS-T və “Skynex” sistemləri verəcək

Prezident Azərbaycanla Albaniya arasında iqtisadi əməkdaşlıq haqqında Sazişi təsdiqləyib

Rəvan Həsənov: Özünün multikulturalizm modelini yaradan Azərbaycan sülh şəraitində birgə yaşayışın parlaq nümunəsidir

EURAS-ın prezidenti BANM-də master-klas keçib

Azərbaycan “Vindzor Kral Atçılıq Şousu”nda uğurla çıxış edib VİDEO

“AzerGold” ölkə ərazisində geoloji tədqiqat işlərini şaxələndirib

Onun uşaqları atasız böyüyür... Culian Assanjın ən yaxın iş yoldaşı AZƏRTAC-a danışdı

ANAMA: Ötən həftə 2046 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib VİDEO

Krımda Rusiyaya məxsus hərbi qayıq vurulub

Paytaxt məktəbləri üzrə I sinfə qəbulla bağlı 28 min 337 sorğu yerləşdirilib

Qaxda Kürmükoba bayramı qeyd olunub

Ötən ay Bakı metrosundan 20 milyondan çox sərnişin istifadə edib

Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir

Azərbaycanla Albaniya arasında viza tələbi qarşılıqlı olaraq aradan qaldırılıb

“Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qərbin gətirdiyi “demokratiya” müharibə, qaçqın, inqilab, xaos kimi anlayışlarla assosiasiya olunur - ŞƏRH

DİA-da təlim: Dövlət idarəçiliyi və siyasi şüur müasir çağırışlar kontekstində

Türkmənistanda Azərbaycanın kulinariya nümunələri təqdim edilib

Avropa çempionu olan Ülviyyə Fətəliyevaya mahnı həsr edilib

“Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında iqtisadi əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Rusiyada qeyri-strateji nüvə silahının hazırlanması və tətbiqi təlimi olacaq

“Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Ər-arvadın əmlakının bölünməsi proseduru nədən ibarətdir?

Azərbaycan Tibb Universiteti Avropanın qabaqcıl tibb müəssisələri ilə əməkdaşlığı genişləndirir

Turizm və Menecment Universitetinin tələbələri üçün məlumat sessiyası

® “Azərlotereya” “Bakı Marafonu-2024”də

Bir neçə küçənin işıqforlarında velosiped bölmələrinin quraşdırılması başa çatdırılıb

Yuri Syomin: Ümid edirəm ki, “Qəbələ” yenidən əvvəlki günlərinə qayıdacaq

Аzərbаycаn Rеspublikаsının İnzibаti Хətаlаr Məcəlləsində dəyişiklik еdilməsi hаqqındа
Azərbaycan Respublikasının Qanunu

Çin Xalq Respublikasının Sədri Fransada səfərdədir

Sinay yarımadasında firon III Tutmosun evinin qalıqları tapılıb

Apreldə 150 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb VİDEO

Quş qripinə qarşı epizootoloji monitorinqlər aparılacaq

Hindistanın Manipur ştatında hava şəraiti ilə əlaqədar məktəblər bağlanıb

UNEC ilə Türkiyənin Ege Universiteti arasında ikili diplom proqramı müzakirə olunub

“SpaceX” kosmik turizm üçün müraciətləri qəbul etməyə başlayıb

“Urbanda görüşərik” layihəsi çərçivəsində növbəti tədbir: “Qiraət axşamı”

İmtahanda istifadə olunmuş test tapşırıqlarının düzgün cavabları DİM-in saytında yerləşdirilib

Dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi elan edilir

DYP mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Həmkəndlisini qəsdən öldürməyə cəhd edən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Belqorodda PUA hücumu nəticəsində 6 dinc sakin həlak olub

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatı görüşünün vaxtı bəlli olub

Qəzzada İsrail ordusunun daha üç əsgəri ölüb

Fiziki məhdudiyyəti olan sərnişinlərin metrodan istifadə sayı artıb

AQTA bitki zərərvericiləri ilə mübarizəyə dair yeni videoçarx hazırlayıb

TDT Ağsaqqallar Şurasının üzvü türk dövlətlərinin hazırkı əlaqələrini intibahın dirçəlişi kimi qiymətləndirib

Bu ilin dörd ayı ərzində DSMF-də 188 mindən çox vətəndaş qəbul edilib

Rusiyanın Əməkdar artisti Bakı Xoreoqrafiya Akademiyasında ustad dərsləri keçib

® “Naxçıvan sağlamlıq günləri” çərçivəsində şəhid və qazi ailələrinin üzvləri üçün tibbi-sosial xeyriyyə aksiyası keçirilib

® “STP Şirkətlər Qrupu”nda istehsalat göstəriciləri artıb

Tarix Muzeyinə şəhid mayor Vüsal Vəliyevə həsr olunmuş kitab hədiyyə edilib

“Sumqayıt” heç-heçə rekordunu təkrarlayıb

Qanada britaniyalıların müstəmləkəçilik dövründə talan etdikləri ləl-cəvahirat sərgisi açılıb

Denis Şmıqal: Qərb Ukraynaya qoşun göndərsə, minnətdar olarıq

Braziliyada daşqınlar: 78 nəfər həlak olub, 105 nəfər itkin düşüb

UNESCO: Qlobal ekoloji məsələləri işıqlandıran jurnalistlərin 70 faizi hücuma məruz qalıb

Nizami Cəfərov: Ortaq türk əlifbasının yaradılması istiqamətində aparılan işlər zamanın tələbidir

Binəqədi rayonunda “Makarov” tapançası satmaq istəyən şəxs saxlanılıb

Faktiki hava: Şahdağa və Gədəbəyin dağlıq ərazilərinə qar yağıb

“Qarabağ” yeni rekorda imza atıb

Bakı metrosunda QR bilet istifadəçilərinin sayı 45 faizə yaxın artıb

AMEA-nın prezidenti: Türk dövlətlərinin ortaq əlifbasının yaradılması dövrün və zamanın çağırışıdır

“Neftçi” 10 ildən sonra antirekordunu təkrarlayıb

DİN: Həftə sonunda 2 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Cənub bölgəsinin bir sıra rayon və kəndlərində elektrik enerjisinin verilişi müvəqqəti məhdudlaşdırılır

Türk Dilçilik Cəmiyyətinin prezidenti: Hazırda tarixi anlar yaşayırıq

Bakının kənd və qəsəbələri arasında minifutbol turnirində finala çıxan komandalar bəlli olub

Madonnanın pulsuz konsertinə 1,6 milyon nəfər gəlib

Şirvan-Salyan üzrə riyaziyyat-məntiq olimpiadası və fənn müsabiqələrinin yarımfinal mərhələsi keçirilib

Monqolustanda meşə yanğınları artır

Ali məktəblərə qəbul imtahanının I cəhdində iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı başa çatır

Premyer Liqa: “Səbail” turun son oyununda autsayderi qəbul edəcək

Energetika naziri Ağcabədidə vətəndaşlarla görüşəcək

Moskva Dövlət Universitetinin Bakı filialı magistraturaya qəbul elan edir

Türk Akademiyasının prezidenti: Ortaq əlifbanın yaradılması istiqamətində səylərimizi davam etdiririk

Dünya birjalarında neft bahalaşıb

Bakıda Türk Dünyası Birgə Əlifba Komissiyasının ikinci iclası keçirilir

Bu gün akademik Rəfiqə Əliyevanın anım günüdür