AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ NİZAMNAMƏSİNİN TƏSDİQ EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Milli Elmlər Akademiyası haqqında” 15 may 2001-ci il tarixli 484 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
1. Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi təsdiq edilsin (əlavə olunur).
2. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 yanvar 2003-cü il