ELM VƏ TƏHSİL
Azərbaycan Milli QHT Forumu distant təhsillə bağlı ictimai müzakirə keçirib
Milli QHT Forumundan AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə keçirilən tədbirdə ayrı-ayrı nazirliklərin, ali təhsil müəssisələrinin və QHT-lərin nümayəndələri iştirak ediblər.
MQF-nin rəhbəri Rauf Zeyni distant təhsilin zamanın tələbinə çevrildiyini diqqətə çatdırıb.
Tədbirdə “Distant təhsil, onun müasir vəziyyəti, problemlər və inkişaf yolları” və digər mövzularda məruzələr dinlənilib.
Təhsil Nazirliyinin məsul işçisi Yaşar Ömərov distant təhsilin bugünkü vəziyyəti və perspektivləri barədə danışıb.
Bakı Dövlət Universiteti tələbə həmkarlar ittifaqı komitəsinin sədri Daşqın Qənbərov, Azərbaycan Texniki Universitetinin prorektoru, professor İsa Xəlilov ali təhsil müəssisələrində distant təhsilin bugünkü vəziyyətindən, problem və perspektivlərindən bəhs ediblər.
Sonra müzakirələr aparılıb.