Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan nizamişünaslığının inkişafında Heydər Əliyev mərhələsi

Azərbaycan nizamişünaslığının inkişafında Heydər Əliyev mərhələsi

Bakı, 9 may, AZƏRTAC

Azərbaycanın ictimai fikir və bədii təfəkkür tarixinin görkəmli nümayəndələrindən biri olan Şeyx Nizaminin xatirəsinin əbədiləşdirilməsi istiqamətində son illər mühüm işlər həyata keçirilib. Bu gün qətiyyətlə demək olar ki, Azərbaycan nizamişünaslığı elmi şəkildə formalaşıb.

Müasir Azərbaycan nizamişünaslıq elminin inkişaf mərhələlərinə nəzər salsaq görərik ki, bu sahənin müasir səviyyəyə yüksəlməsi xalqımız üçün heç də asan başa gəlməyib. Bu mənada nizamişünaslıq elmi Nizami Gəncəvinin özü qədər qədim tarixə malikdir.

Bu fikirlər AMEA-nın Gəncə Bölməsində Nizami Gəncəvi Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarovun “Azərbaycan nizamişünaslığının inkişafında Heydər Əliyev mərhələsi” məqaləsində yer alıb.

AZƏRTAC məqaləni təqdim edir.

Ötən əsrin əvvəllərində Məhəmməd Axundovun, Orucəli Həsənovun, Firudin bəy Köçərlinin, Salman Mümtazın, Əliabbas Müznibin və başqa ədiblərimizin Nizami Gəncəvi ilə bağlı apardıqları tədqiqatlar müasir nizamişünaslıq elminin bünövrəsini qoyub. Belə ki, 1909-cu ildə M.Axundovun Gəncədə çap etdirdiyi “Şeyx Nizami” kitabı nizamişünaslıq tarixində dahi şairimizin irsinə verilən ən mühüm töhfə idi. Yaxud Nizami Gəncəvinin əsərlərinin ana dilinə tərcümə olunmasına qarsı çıxan dairələrə F.Köçərlinin söylədiyi “İnsaf deyil ki, onun möcüznüma kəlamları Avropa dillərinə tərcümə olunub intişar tapsın, bizlər isə onu öz dilimizdə eşidib feyzyab olmaqdan məhrum qalaq”. Firudin bəy Köçərlinin toxunduğu bu problemi S.Mümtaz da təqdir edir və ona özünəməxsus şəkildə münasibət bildirərək yazırdı: “Dahilik rütbəsini alan Nizami kimi bir nadireyi-dəhri dünya bəyənərək təqdir etdiyi kimi, hökumətimiz də təqdir və təhsin etmək istəyir. Azərbaycanın böyük oğullarını Azərbaycan Cümhuriyyəti təqdir etməyəcək, bəs kim edəcəkdir? Bu, hökumətimizin ən birinci vəzifəsidir ki, edir”.

İstər F.Köçərlinin, istərsə də S.Mümtazın fikirlərini təhlil etdikdə, keçən əsrin əvvəllərində dahi şairimizə münasibətin birmənalı olmadığını sezə bilirik. Xüsusilə S.Mümtazın Nizami Gəncəvi ilə bağlı söylədiyi və günümüz üçün də aktual olan Azərbaycan şairi tendensiyasını tutarlı dəlillərlə isbat edib problemə milli məfkurəmiz nöqteyi-nəzərindən yanaşması o dövrdəki nankorlara ən mühüm cavab idi. Belə ki, fars dilində yazdığına görə dahi şairimizin mənşəyini təhrif edənlərə söylədiyi “O əsrlərdə İran və Turanın yetirdiyi türk məşahirlərinin hansı biri türkcə yazmışdır ki, Nizami də yazaydı? Əbu Nəsir Faryabi, Əbu Əli Sina, Cəlaləddin Rumi, Şeyx Məhəmməd Şəbüstəri həm türk ola-ola farsca yazmışlar, bunların səbəbləri araşdırmalı və tədqiq edilməlidir” fikir istiqaməti bugünkü nizamişünaslar üçün də bir üfüq təşkil etməkdədir.

Sadaladığımız bu mülahizələr, fikirlər təkcə XX əsrin 20-ci illəri ilə məhdudlaşmırdı. Xüsusən XX əsrin 30-cu illərindən etibarən başlayan kütləvi repressiyalar da haqqında bəhs etdiyimiz nizamişünaslığın ikinci mərhələsinə mənfi təsirsiz ötüşmədi, çünki S.Mümtaz kimi bir çox vətənpərvər nizamişünaslar amansız rejimin qurbanları oldular. Amma bütün bunlara baxmayaraq, nizamişünas alim Zəhra Allahverdiyevanın qeyd etdiyi kimi, “salamat qalmağa macal tapanların əzmi ilə ən ağır illərdə 1937-39-cu illərdə Nizami irsinin təbliği və öyrənilməsi geniş vüsət aldı”.

M.Rəfili, M.S.Ordubadi, H.Araslı və M.Mübariz həmin ideologiyanın öndəgedənləri idilər. Məhz bu ədiblərin gərgin fəaliyyətləri sayəsində 40-cı illərdən başlayaraq nizamişünaslıq özünün çiçəklənmə dövrünü yaşamağa başladı. Ən mühümü də bu idi ki, adını çəkdiyimiz alimlər təkcə Nizami irsini araşdırmır, eyni zamanda özlərindən sonrakı dövrlər üçün gənc nizamişünaslar yetişdirirdilər. M.Ə.Rəsulzadə, R.Əliyev, M.Arif, M.Cəlal, M.Arif, C.Xəndan, Ə.Sultanlı, T.Kərimli, X.Yusifli, H.Araslı və başqa alimlərimiz məhz onların açdığı milli ideoloji cığırla elm səhnəsinə çıxan alimlər idilər.

Qədirşünas ədiblərimizin, mütəfəkkirlərimizin həyata keçirdikləri fundamental tədqiqatlar, araşdırmalar, əlbəttə ki, sonrakı dövrlərdə bünövrə rolunu oynayacaq, ikinci mərhələ nizamişünaslığının inkişafında böyük əhəmiyyət daşıyacaq. Haqqında bəhs etdiyimiz Azərbaycan nizamişünaslığının bu qədər genişşaxəli inkişafı isə məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, keçən əsrin 80-ci illərində Ümummilli Liderimizin Nizami Gəncəvinin 840 illik yubileyində söylədiyi “Nizami Gəncəvi elə dahidir ki, onun yubileyi hər il keçirilməlidir” fikri Şeyx Nizamiyə olan milli münasibətin ən bariz təzahürü idi. Məqaləmizin əsas ideyasını da böyük azərbaycanlı Heydər Əliyevin Nizami Gəncəvi sevgisi təşkil edir. Hesab edirəm ki, Ulu Öndərin 2000-ci il mayın 24-də Gəncəyə səfəri zamanı dahi şairimizin məqbərəsi önündə söylədiyi nitq bu baxımdan ən gözəl nümunə ola bilər: “...Təbiidir ki, ilk öncə Nizaminin məqbərəsinə gəlmişəm. Bu məqbərənin tarixi böyükdür. İlk dəfə burada, Nizami Gəncəvinin qəbri üzərində abidə 1948-ci ildə tikilibdir. O vaxtlar Nizami Gəncəvinin 800 illik yubileyi keçirilirdi. Ancaq o vaxt yaranmış məqbərə Nizamiyə layiq deyildi. İkincisi, siz yəqin xatırlayırsınız, gəncəlilər bilir ki, burada, yaxınlıqda gil-torpaq kombinatı tikildi. Kombinatın işləməsi üçün əsas xammal alunit idi, texnologiyası da çox yüksək səviyyəli deyildi. Ona görə də orada - gil-torpaq kombinatında alunitin işlədilməsi zamanı toz çıxırdı və Nizami Gəncəvinin məqbərəsini də toz basırdı. Xatirinizdədirmi? Bu bizi narahat edirdi. 70-ci illərdə mən Azərbaycana rəhbərlik etdiyim zaman bir çox ziyalılarımız - şairlərimiz, alimlərimiz gəlib Nizami Gəncəvinin məqbərəsini belə halda görəndə mənə bir neçə təklif verdilər. Təkliflər ondan ibarət idi ki, Nizami Gəncəvinin qəbrini başqa yerə köçürmək lazımdır. Bu, ziyalıların xatirindədir. Mən çox fikirləşdim ki, axı necə ola bilər? 800 il bundan öncə bizim dahi şairimiz Nizami Gəncəvini burada torpağa veriblər. 800 ildən artıqdır ki, bu torpaqdadır, bu yerdə yatır. İndi onu narahat edib başqa bir yerə köçürmək nə qədər düzgün olar? Eyni zamanda, bizim ziyalılarımız - şairlərimiz, mədəniyyət xadimlərimiz mənə sübut edirdilər ki, əgər köçürmək mümkün deyilsə... Özlüyündə köçürmək çətin bir şey deyildi, texniki və ya maliyyə cəhətdən elə bir problem yox idi. Amma mənəvi baxımdan, tarixi-mənəvi baxımdan bu, nə qədər düzgün ola bilərdi? Ona görə bu məsələ məni çox düşündürürdü. Bir neçə il bu işlə məşğul olmuşdum. Hər il də ziyalılarımız dəstə-dəstə gəlib mənə deyirdilər ki, gedib Gəncədə Nizaminin məqbərəsini elə görürük, ürəyimiz ağrıyır. Doğrudan da, bax, oradan buranı toz vururdu və qurtarmaq bilmirdi. Təbiidir ki, həmin gil-torpaq kombinatını Nizaminin qəbrinin yanında tikən adamlar böyük tarixi səhv buraxıblar, böyük günah eləyiblər. Gəncənin ətrafında nə qədər istəsən yer var, onu harada istəsəniz tikmək olardı. Onu yaradanlar da bilirdilər ki, bu istehsal elə bir şeydir ki, toz buraxır. Onu bizim ən böyük, ən müqəddəs tarixi abidəmiz olan Nizami Gəncəvinin qəbrinin, məqbərəsinin yanında yerləşdirmək, mən deyərdim ki, vaxtilə mənəvi cinayət olmuşdur...

Amma bütün bunlara baxmayaraq, Nizaminin məqbərəsini qorumaq bizim müqəddəs vəzifəmizdir. Siz də bunu etməlisiniz, biz də etməliyik. Gərək elə olsun ki, indiki nəsil də, gələcək nəsil də vaxtilə buraxılmış səhvləri buraxmasınlar. Mən bu gün böyük hisslərlə Nizaminin məqbərəsini bir daha ziyarət etdim. Onu da sizə deyə bilərəm ki, Nizaminin 800 illiyi 1948-ci ildə keçirilmişdi. Amma 840 illik yubileyini mən böyük təntənə ilə keçirdim, yəni bu tədbiri həyata keçirməyə nail oldum. O vaxt buna da imkan vermirdilər. Mən Moskvada Kommunist Partiyası Mərkəzi Komitəsinin qarşısında bu məsələni qaldıranda - çünki onlarsız bu işi görə bilməzdik - dedilər ki, “840 il yuvarlaq rəqəm deyildir. 800 illiyi qeyd eləmisiniz, 850 illik də ola bilər. Amma 840 olmaz, çünki sonra deyəcəksiniz ki, 845, nə bilim, 847”. Xatirimdədir, Mərkəzi Komitənin ikinci katibi var idi - Suslov, Brejnevin dövründə ikinci katib idi - mənə dedi ki, bu, mümkün deyildir. Mən isə dedim ki, siz Nizami Gəncəvini tanıyırsınızmı? Dedi ki, tanıyıram, yaxşı tanıyıram - Suslov keçmiş işçi idi, Stalinin yanında da işləmişdi, 1948-ci ildə onun yubileyinin keçirilməsindən də xəbərim var. Dedim, yəqin ki, tamam xəbəriniz yoxdur. Nizami Gəncəvi elə dahidir ki, onun nəinki 840 illiyini, onun yubileyini hər il keçirmək lazımdır. Beləliklə, biz buna nail olduq, o vaxt Nizami Gəncəvinin 840 illik yubileyini keçirdik. Azərbaycanda, sonra Moskvada çox təntənə ilə keçirdik. O vaxt, yubiley ərəfəsində də qərar verdik ki, buradakı məqbərə yenidən qurulsun, Nizamiyə layiq bir səviyyəyə çatdırılsın. Mən məmnunam ki, bunu etdik. Amma indi içərisinə də, çölünə də baxanda hesab edirəm ki, bundan da yaxşı edə bilərdik. Güman edirəm, əgər vaxt çatsa, biz bunu edəcəyik. Amma vaxt çatmasa, gələcək nəsillər bu məqbərəni bundan da gözəl edəcəklər. Mənim buna şübhəm yoxdur. Bütün Azərbaycan xalqı Nizami Gəncəvi ilə fəxr edir. Ancaq gəncəlilər xüsusi iftixar hissi keçirirlər. Birincisi, ona görə ki, Nizami gəncəlidir, Gəncənin adını dünyada məşhur edibdir, bu torpaqda yaşayıbdır, bu torpaqda yazıbdır. Onun yazdığı əsərlər bütün dünyada məşhurdur. Təsəvvür edin, 850 il bundan öncə bu qədər böyük əsərlər yaratmaq!.. Bu əsərlər təkcə şeirdən ibarət deyildir, onların hər birində böyük elm var, böyük fəlsəfə, dahi fikirlər var. Buna görə onun əsərləri də yaşayır, özü də yaşayır.

Nizaminin xatirəsinə mənim bir xidmətim də olubdur. İndi burada fürsətdən istifadə edib onu da demək istəyirəm. Nizami Gəncəvinin əsərlərinin bir qismini 1948-ci ildə onun 800 illik yubileyi keçiriləndə rus dilinə tərcümə etmişdilər. Biz onun 840 illik yubileyini keçirəndə əsərlərinin tamamilə rus dilinə tərcümə olunması və Moskvada - əgər burada ədəbiyyatçılardan varsa, bilirlər, Moskvada “Xudojestvennaya literatura” nəşriyyatı var idi. O, ən yüksək səviyyəli, tarixi şəxsiyyətlərin kitablarını nəşr edirdi - böyük tirajla nəşr olunması barədə qərar qəbul etdik. Bu, asan bir iş deyildi. Mən buna da nail oldum, bu qərar da qəbul edildi. Ancaq elə oldu ki, bu qərar həyata keçirilənə qədər mən Bakıdan Moskvaya işə keçdim. Təbiidir ki, orada da mənim səlahiyyətlərim böyük idi. Bu işə nəzarət etdim və Moskvada “Xudojestvennaya literatura” nəşriyyatında Nizami Gəncəvinin beş cilddən ibarət poemalarının çox nəfis şəkildə nəşr edilməsinə nail oldum. Bunun böyük əhəmiyyəti var. Çünki Nizamini biz tanıyırıq, Şərq ölkələri tanıyır. Amma lazımdır ki, Avropa da yaxşı tanısın. Avropada da tədqiqatçılar tanıyırlar, bir çox kitabxanalarda onun kitabları var. Ancaq rus dili böyük dil, Rusiya böyük ölkə olduğuna görə - o vaxtlar biz Sovet İttifaqının tərkibində idik - bu əsərlərin rus dilində yaxşı, yəni yüksək səviyyədə nəşr olunması o vaxt bizim üçün böyük bir nailiyyət, böyük bir hadisə idi. Mən qürur hissi keçirirəm ki, Nizaminin yolunda az iş görməmişəm. Onun xatirəsini əbədiləşdirmək, irsinin daha da təbliğ olunması, yayılması üçün, kitablarının nəşri üçün çox iş görmüşəm. Buna görə də mən Nizami Gəncəvinin qarşısında öz borcumu yerinə yetirmişəm”

Ulu Öndərin klassik irsimizin, xüsusilə Nizami Gəncəvinin əziz xatirəsi ilə bağlı başqa bir həyat dərsi də Oqtay Salamzadənin “Əsrlərin sirri” romanıdır. Mərhum Oqtay Salamzadə yazırdı: “Dahi şəxsiyyət, ümummilli liderimiz Heydər Əliyevlə 1989-cu ildə Moskvadakı görüşümüz zamanı Nizami Gəncəvinin həyatından bəhs edən “Əsrlərin sirri” kitabımı ona hədiyyə edərkən, o, mənə dedi ki, Nizami ilə kifayətlənmə, Füzulidən də yaz, çünki onun da ədəbi irsi bizim üçün əvəzsizdir. Füzulinin təsiri altında Üzeyir Hacıbəyli, alimlər, rəssamlar gözəl əsərlər yaradıblar. Sən də milli mədəniyyətimizə “Əsrlərin sirri” kimi əsərlə yanaşı, Füzuli fəlsəfəsindən və sevgi iztirabından bəhs edən bir əsər bəxş et! Füzuli bizim mənliyimizdir!”.

Nizami Gəncəvinin irsinin öyrənilməsi, təbliği və bu sahədə nizamişünas alimlərin yetişdirilməsi məqsədilə Ulu Öndərin təşəbbüsü ilə 1975-ci il sentyabrın 22-də və 1978-ci il yanvarın 4-də “Nizami məqbərəsinin qorunması”, 1979-cu il yanvarın 1-də “Nizami Gəncəvinin ədəbi irsinin öyrənilməsini, nəşrini və təbliğini yaxşılaşdırmaq” tədbirləri haqqında, 1981-ci ildə iyulun 28-də isə dahi mütəfəkkirin 840 illik yubileyi barədə Azərbaycan KP MK-nın xüsusi qərarlarının qəbul edilməsi onlarla nizamişünas ziyalıların yetişməsinə yol açdı.

Akademik İsa Həbibbəylinin də qeyd etdiyi kimi, nizamişünaslıq dünya elmi olsa da, Azərbaycan dünya nizamişünaslığının mərkəzidir. Dünya ölkələrində Nizami Gəncəvi haqqında yazılanlar tərəzinin bir gözünə, Azərbaycanda aparılan tədqiqatlar, çap olunan kitablar və tərcümələr tərəzinin o biri gözünə qoyulsa, Azərbaycan nizamişünaslığı ağır gələr.

Bu gün qətiyyətlə deyə bilərik ki, nizamişünaslıq elminin sadaladığımız inkişaf mərhələləri daha çox sovet təbliğatı ilə məhdudlaşırdısa, artıq nizamişünaslıq elminin inkişafında həlledici mərhələni müstəqillik dövründə Azərbaycan dövlətinin birbaşa iradəsi və qayğısı təşkil edir və bilavasitə dahi şairimizin doğma vətəni Gəncə ilə əhatələnib.

Belə ki, Prezident İlham Əliyevin “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında” 2011-ci il 23 dekabr tarixli Sərəncamı, Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında 2021-ci il 5 yanvar tarixli Sərəncamı nizamişünaslığın inkişafı və klassik ədəbi irsimizin azərbaycançılıq məfkurəsi işığında tədqiqinin genişləndirilməsinə təkan verib. Bunun nəticəsi olaraq Beynəlxalq Nizami Gəncəvi Mərkəzinin yaradılması, Mərkəzin birbaşa təşəbbüsü ilə Nizami Gəncəvi işığında 2011-ci ildən ənənəvi olaraq Qlobal Bakı Forumunun keçirilməsi, Nizami Gəncəvi adına Qızıl Medalın təsis edilməsi, İngiltərənin Oksford Universitetində Nizami Gəncəvi Mərkəzinin fəaliyyətə başlaması müasir Azərbaycan nizamişünaslığının tarixi nailiyyətidir. Bununla da Azərbaycan Respublikasının tarixində ilk dəfə olaraq xalqımız bütün yaradıcılığı boyu ümumbəşəri ideyaların carçısı olan dahi şairimiz Nizami Gəncəvinin yubileylərini dahi mütəfəkkirin öz yurdunda, müstəqil dövlətimizlə, Azərbaycan və dünya nizamişünasları ilə birgə qeyd edib və qeyd etməkdə davam edir.

Yazımızın sonunda tarixi bir məqama toxunmaq istəyirik. Səfərə gedərkən yolu Gəncədən düşmüş S.Ə.Şirvani məqbərəsi tamamilə dağılmış N.Gəncəviyə xitabən bu şeiri yazırdı:

Ey Şeyx Nizami, ey nizamı dağılan,

Ey Gəncədə izzü ehtişamı dağılan.

Olmuşmu səninlə mən kimi aləmdə,

Beyti, evi, məktəbi, kəlamı dağılan?

Bəli, bu, o dövrdə belə olub. Biz isə XXI əsrdən hər iki mütəfəkkirə səslənərək deyirik: sizdən sonrakı nəsillər, müstəqil dövlətimiz və vətəndaşları Nizami Gəncəvi dühasına laqeyd qalmadılar, əksinə, bu dühanın işığına toplaşaraq dahi şairimizin yubileyini dünya miqyasında təntənə ilə qeyd etdilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dünya çempionatı: Kanada Qətəri 6 cavabsız qolla məğlub edib

BMT: Afrika daha sürətlə istiləşir

Aİ-də su resurslarının iqtisadi təhlükəsizlik məsələsi kimi qiymətləndirilməsi təklif olunur

Pentaqon Avropanı Ukraynaya ABŞ silahlarının alınmasını genişləndirməyə çağırıb

Almaniya və Ukrayna ballistik raketlərə qarşı hava hücumundan müdafiə sistemi istehsal edəcək

Peyklər günəş panellərindən yaradılmış şəhər boyda nəhəng at təsvirini qeydə alıb

“Volkswagen” 2030-cu ilədək 50 min iş yerini ixtisar edəcək

Makron: Yaxın Şərqdə müharibənin tam başa çatdığını demək hələ tezdir

Konqoda “Ebola” virusundan ölənlərin sayı 232 nəfərə çatıb

Dünya çempionatı: İsveçrə Bosniya və Herseqovinanı məğlub edib

İran Hörmüz boğazında 60 gün müddətində xidmət haqları tələb etməyəcək

Şəkidə Avropa çempionatının mükafatçısı ilə görüş olub

Azərbaycanın zəngin qastronomik irsi Sofiyada təqdim olunub

Küveyt neft istehsalı həcmini qısa vaxtda əvvəlki səviyyəyə çatdırmağı planlaşdırır

Türkiyə Milli Təhlükəsizlik Şurası Cənubi Qafqazda sülh, sabitlik və əməkdaşlığın gücləndirilməsi səylərini müzakirə edib

Misir, Türkiyə, Sudan XİN başçıları və ABŞ Prezidentinin müşaviri arasında görüş olacaq

Astarada avtomobil dərəyə aşıb: Ölən və yaralananlar var

Tramp: ABŞ sülhə sadiqdir

Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb VİDEO

AZAL: Hava şəraiti ilə əlaqədar Bakı–Naxçıvan reysləri ləğv edilib

Nigerdə hava limanına hücum nəticəsində 11 təhlükəsizlik əməkdaşı ölüb

Dünya çempionatı: Çexiya və CAR ilk xallarını qazanıb

Musiqişünas Fərəh Tahirova: Avstriyada Azərbaycan musiqisinə çox böyük maraq var

Azərbaycan və İran arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub

Mərkəzi Komandanlıq: ABŞ qüvvələri İranla bağlı bütün dəniz nəqliyyatına qarşı blokadanı götürüb

Rumıniya və Bolqarıstan Qara dənizdə birgə dəniz təhlükəsizliyi mərkəzi yaradır

İsveç ilə Aİ-nin iqlim hədəfləri arasındakı fərq artır

Corc Ceykob Kuvakad: Bu səfər Azərbaycanı yaxından tanımaq baxımından dəyərli bir fürsət oldu

Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər qarşılıqlı hörmət və dostluq əsasında inkişaf edir

Ceyhun Bayramovla Məhəmməd İshaq Dar arasında regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb

Azərbaycan ilə IGAD-a üzv olan Afrika dövlətləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan və Latviya Xarici İşlər nazirlikləri arasında strateji dialoq aparılıb

Azərbaycan ilə Rumıniya arasında strateji tərəfdaşlıq münasibətlərinin mövcud vəziyyəti müzakirə edilib

Maliyyə naziri Sahil Babayev Rumıniya nümayəndə heyəti ilə tərəfdaşlıq və iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edib

Vens ABŞ ilə İran arasında 60 günlük danışıqlar dövrünün rəsmi olaraq başladığını elan edib

Vens: Beynəlxalq su yolları ödənişsiz olmalıdır

AZPROMO WAIPA ilə investisiya təşviqi sahəsində təcrübə mübadiləsi barədə fikir mübadiləsi aparıb

BƏƏ Azərbaycanın Körfəz regionunda əsas strateji tərəfdaşlarından biridir

Su qıtlığı səbəbindən Yunanıstanın iki adasında fövqəladə vəziyyət elan olunub

Bu saata olan əsas xəbərlər

Vens: Hörmüz boğazından 12,5 milyon barel neft nəql olunub

Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” III konqres-festival işə başlayıb - YENİLƏNİB VİDEO

Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” III konqres-festival işə başlayıb - YENİLƏNİB VİDEO

Avropa Ebola virusuna qarşı mübarizədə Afrikaya dəstəyi gücləndirir

Gürcüstanda çaylardakı daşqın ehtimalı ilə əlaqədar əhaliyə xəbərdarlıq edilib

Süni intellekt və insan hüquqları üzrə Bakı Bəyannaməsi qəbul edilib

Rusiya XİN: Qərb hərbi proqramlar vasitəsilə Ermənistana təsirini gücləndirməyə çalışır

“4Sİ Akademiyası - Milli Proqram”ın müddəti daha bir il artırılıb

Ombudsmanların Bakı Sammiti: Süni intellektin istifadəsi şəffaflıq, ədalət və bərabərlik prinsipləri ilə birbaşa əlaqəlidir

Zaxarova: Rusiya Xəzəryanı ölkələr arasında əməkdaşlığın bərpa olunmasına ümid edir

Slovakiyada uşaqlara sosial şəbəkə qadağası təklif olunub

Ağciyər Xəstəlikləri Mərkəzinin Bakı Şəhər İxtisaslaşdırılmış Xəstəxanasının açılışı olub

Fatih Birol: Neft qiymətlərində davamlı eniş müşahidə edə bilərik

Rumıniyalı müşavir: Azərbaycan “Yaşıl Enerji Dəhlizi” layihəsi çərçivəsində Avropanın mühüm enerji tərəfdaşı kimi çıxış edir

Qlobal neft ticarətinin 2050-ci ilədək 25 faiz artacağı proqnozlaşdırılır

Azərbaycan nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib RƏY

Prezident İlham Əliyevin iştirakı ilə Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib YENİLƏNİB-3 VİDEO

Azərbaycan–Macarıstan Aqrar Universitetinin yaradılması imkanları nəzərdən keçirilib

Prezidentin çıxışı Azərbaycanın gələcək inkişaf modelinin strateji istiqamətlərini ortaya qoyur ŞƏRH

BDU ilə Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti arasında anlaşma memorandumu imzalanıb

Ekspert: Azərbaycan dünya reytinqlərində keyfiyyətli ali təhsil məkanı kimi formalaşır

Ombudsmanlar rəqəmsal mühitdə hüquqların qorunmasına dair fikir mübadiləsi aparıblar

“Azərbaycanda kənd təsərrüfatı” mövzusunda fotomüsabiqə elan edilib

“Qərbi Azərbaycana qayıdış” konqres-festivalı çərçivəsində Prezident Kitabxanasının elektron layihəsi təqdim olunub

Azərbaycan Ordusunda hərbiləşdirilmiş kros üzrə birincilik keçirilib

ADU-nun rektoru: Kolumbiyanın ali təhsil müəssisələri ilə əməkdaşlıq perspektivləri daha səmərəli olacaq

İsveç səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Professor: Azərbaycan Cənubi Qafqazda və Türk dünyasında geosiyasi əhəmiyyətini daha da gücləndirib

Arslan Növrəsli: Zövqlü musiqiçi yetişdirmək üçün tələbə peşəkar musiqi nümunələrini dinləməlidir VİDEO

Arslan Növrəsli: Zövqlü musiqiçi yetişdirmək üçün tələbə peşəkar musiqi nümunələrini dinləməlidir VİDEO

Uandayi: Azərbaycanın zəngin təcrübəsinin Keniya ilə bölüşülməsi ölkəmizin enerji mənbələrinin səmərəli istifadəsinə mühüm töhfə ola bilər

Şeirimizdə və yazılı abidələrimizdə insan haqları - elmi sessiya

Çində Əjdaha Qayıqları Bayramı günlərində dəmir yolu ilə 83 milyon sərnişinin daşınacağı gözlənilir

NATO nüvə potensialının modernləşdirilməsi ilə bağlı razılığa gəldiyini bəyan edib

Rusiya Ermənistana etiraz notası göndərib

“Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” V gənclər düşərgəsi başa çatıb

OPEC+ 2030-cu ildən sonra bazar payını artıracaq

Baş Qərargah rəisi MDB iştirakçı dövlətləri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edib

Nazir müavini: Azərbaycan Orta Dəhlizin inkişafında mühüm rol oynayır

Anar Axundov: Azərbaycan rəqabətqabiliyyətli güzəştlər təqdim edən sənaye zonaları şəbəkəsi formalaşdırıb VİDEO

Anar Axundov: Azərbaycan rəqabətqabiliyyətli güzəştlər təqdim edən sənaye zonaları şəbəkəsi formalaşdırıb VİDEO

Çempionlar Liqası: “Neftçi”nin rəqibi bəlli olub

Türk İnvestisiya Fondu ilə maliyyə institutları üzrə əməkdaşlığın genişləndirilməsi imkanları dəyərləndirilib

Azərbaycanın mötəbər beynəlxalq tədbirə ev sahibliyi etməsi ölkəmizin nüfuzunu daha da yüksəldir - ŞƏRH

Qlobal neft tələbatı 2050-ci ildə gündəlik 124,1 milyon barelə çatacaq

Norveç dünyada ilk gəmi tunelini tikir

Müəllimlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin ikinci günü yekunlaşıb

Neftçalada Xəzər dənizinə 50 min ədəd nərə cinsli balıq körpəsi buraxılıb

Nazir müavini: Azərbaycan üçün yaşıl keçid təkcə ekoloji prioritet deyil, həm də böyük investisiya imkanları deməkdir

2050-ci ildə qlobal enerji istehlakının 23 faiz artacağı gözlənilir - HESABAT

“İstedadın ilk addımları” sərgisi balaca rəssamların yaradıcılıq dünyasını təqdim edib

Azərbaycan ilə Rumıniya arasında iqtisadi və ticarət əməkdaşlığının əsas istiqamətləri dəyərləndirilib

Ekspert: Uşaqlarda rəqəmsal təhlükəsizlik mədəniyyətinin formalaşdırılması vacibdir

Azərbaycan dünya trendindən geri qalmır – ŞƏRH

AzMİU və Ankara Universiteti daşınmaz əmlakın idarə edilməsi üzrə ikili diplom proqramına başlayır

Xaricdə təhsil üzrə yeni imkanlar sərgi iştirakçılarının diqqətinə çatdırılır

Azərbaycan və Monteneqro ombudsmanları əməkdaşlıq əlaqələrini genişləndirir VİDEO

Azərbaycan və Monteneqro ombudsmanları əməkdaşlıq əlaqələrini genişləndirir VİDEO

Büdcə vəsaitlərinin 3,5 faizi kənd təsərrüfatı sahəsinin maliyyələşdirilməsinə xərclənib

Bakı Sammitində şəxsi məlumatların qorunması ilə bağlı çağırışlar səsləndirilib

Azərbaycanın kamandan oxatanı IV Avropa Oyunlarında iştirak üçün kvota qazanıb

Bakıda İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı Konfransının sessiyası keçiriləcək

AMEA-da elmi fəaliyyətin bal sistemi ilə qiymətləndirilməsi üzrə yeni model

Qazaxıstan vətəndaşları mal və xidmətlərin ödənişi üçün vahid QR koddan istifadə edə biləcəklər