SİYASƏT
AZƏRBAYCAN ORDUSUNUN MÖVQELƏRİ AVTOMAT VƏ PULEMYOTLARDAN ATƏŞƏ TUTULMUŞDUR
Bakı, 15 yanvar (AZƏRTAC). Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri yanvarın 14-də saat 9.05-dən 9.20-dək Xocavənd rayonunun Kuropatkino, saat 19.20-dən 19.30-dək Goranboy rayonunun Tap Qaraqoyunlu, yanvarın 15-də saat 1.15-dən 1.30-dək Ağdam rayonunun Cəvahirli, saat 5.45-dən 6.40-dək Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulmuşdur.
İtki yoxdur.