RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ABŞ-IN EN-Bİ-Sİ TELEVİZİYASININ MÜXBİRİ PRESTON MENDENHOLLA MÜSAHİBƏ VERMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 6-da Prezident sarayında ABŞ-ın EN-Bİ-Sİ televiziyasının müxbiri Preston Mendenholla müsahibə vermişdir.
Dövlətimizin başçısı İlham Əliyev ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanın müasir inkişafında xüsusi rolu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ölkəmizdə enerji sahəsində əldə edilmiş nailiyyətlər və digər məsələlər barədə suallara ətraflı cavab vermişdir.