RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ATƏT-İN DEMOKRATİK TƏSİSATLAR VƏ İNSAN HÜQUQLARI BÜROSUNUN RƏHBƏRİ YANEZ LENARÇİÇİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun rəhbəri Yanez Lenarçiçi qəbul etmişdir.
Yanez Lenarçiç dövlətimizin başçısına müraciətlə dedi: “Sizi seçkilərdə qazandığınız inamlı qələbə münasibətilə təbrik etməkdən məmnunluğumu bildirirəm”. O, prezident seçkilərinin mühüm bir hadisə olduğunu və bu seçkiləri ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun rəhbərliyi ilə ATƏT-in üzvü olan 40-dan artıq ölkənin 400-dək nümayəndəsinin müşahidə etməsinin önəmini vurğuladı.
Təbrikə görə minnətdarlığını bildirən dövlətimizin başçısı prezident seçkilərinə mümkün qədər daha çox müşahidəçinin cəlb edildiyini və onlara ən yaxşı şəraitin yaradıldığını qeyd etdi. Prezident İlham Əliyev ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun rəhbəri Yanez Lenarçiçin başçılıq etdiyi nümayəndə heyətinin bu səfərinin qarşılıqlı əlaqələrin genişləndirilməsi və seçkilərin qiymətləndirilməsi baxımından əhəmiyyətli olduğunu bildirdi.
######