RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV AVSTRİYANIN ÖLKƏMİZDƏ YENİ TƏYİN OLUNMUŞ SƏFİRİ SİLVİA MAYER-KAYBİÇİN ETİMADNAMƏSİNİ QƏBUL ETMİŞDİR
Bakı, 22 iyun (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 22-də Avstriya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Silvia Mayer-Kaybiçin etimadnaməsini qəbul etmişdir.
Silvia Mayer-Kaybiç fəxri qarovul dəstəsinin qarşısından keçmişdir.
Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etmişdir. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etmişdir.
Görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın
bundan sonra da genişləndirilməsinin zəruriliyi vurğulanmışdır. Səfir qeyd etmişdir ki, ölkəsi ilə Azərbaycan arasında iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin inkişafı onun səfir kimi qarşısında duran ən əsas vəzifələrdəndir. Xanım Silvia Mayer-Kaybiç ölkəsinin Azərbaycanda səfirliyinin açılması üçün bütün lazımi tədbirlərin yüksək səviyyədə həyata keçirilməsi ilə bağlı Azərbaycan hökumətinə və şəxsən Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir.
######