RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV BÖYÜK BRİTANİYANIN ENERGETİKA ÜZRƏ DÖVLƏT NAZİRİ MALKOLM UİKSİN RƏHBƏRLİK ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 21-də Prezident sarayında Böyük Britaniyanın energetika üzrə dövlət naziri Malkolm Uiksin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında iqtisadi, o cümlədən energetika sahəsində əməkdaşlığın uğurla inkişaf etdirildiyi bildirildi, Azərbaycanın təşəbbüsü və birbaşa iştirakı ilə həyata keçirilən qlobal neft və qaz layihələrinin reallaşdırılması işində ölkələrimizin uzun illər səmərəli əməkdaşlıq etdiyi vurğulandı, bu əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə əminlik ifadə olundu.