RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV BÖYÜK BRİTANİYANIN İNGİLTƏRƏ-AZƏRBAYCAN CƏMİYYƏTİNİN SƏDRİ LORD FREYZERİN RƏHBƏRLİK ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Prezident sarayında Böyük Britaniyanın İngiltərə-Azərbaycan Cəmiyyətinin sədri lord Freyzerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Lord Freyzer bu il İngiltərə-Azərbaycan Cəmiyyətinin yaradılmasının 10 ilinin tamam olduğunu və bununla bağlı Bakıda xüsusi tədbir keçirilməsinin planlaşdırıldığını söylədi.
Görüşdə Azərbaycan-Böyük Britaniya münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, iki ölkənin müxtəlif strukturları arasındakı əməkdaşlığın ikitərəfli əlaqələrin genişləndirilməsi üçün əhəmiyyəti qeyd edildi və İngiltərə-Azərbaycan Cəmiyyətinin Azərbaycan-Böyük Britaniya münasibətlərinin inkişafına töhfə verdiyi bildirildi.