RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV GÜRCÜSTANIN KVEMO-KARTLİ REGİONUNUN QUBERNATORU ZURAB MELİKİŞVİLİNİN RƏHBƏRLİK ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 21-də Prezident sarayında Gürcüstanın Kvemo-Kartli regionunun qubernatoru Zurab Melikişvilinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Görüşdə Azərbaycan ilə Gürcüstan arasında münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, iki ölkənin müxtəlif regionlarının əməkdaşlığının əlaqələrimizin daha da genişləndirilməsinə öz töhfəsini verdiyi bildirildi və bu səfərin münasibətlərimizin bundan sonra da inkişafına xidmət göstərəcəyinə əminlik ifadə olundu.