RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV LİTVA DÖVLƏT TƏHLÜKƏSİZLİYİ DEPARTAMENTİNİNBAŞ DİREKTORU ARVİDAS POTSYUSU QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Prezident sarayında Litva Dövlət Təhlükəsizliyi Departamentinin Baş direktoru Arvidas Potsyusu qəbul etmişdir.
Söhbət zamanı ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi vurğulandı, Litva Prezidenti Valdas Adamkusun Azərbaycana səfərinin və səfər zamanı imzalanmış sənədlərin Azərbaycan-Litva əlaqələrinin inkişafında mühüm rol oynadığı qeyd olundu.