RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV NATO BAŞ KATİBİNİN CƏNUBİ QAFQAZ VƏ ORTA ASİYA ÜZRƏ XÜSUSİ NÜMAYƏNDƏSİ ROBERT SİMMONSU QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 14-də Prezident sarayında NATO Baş katibinin Cənubi Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmonsu qəbul etmişdir.
Dövlətimizin başçısı ölkəmizin NATO ilə fəal əməkdaşlıq etdiyini vurğuladı. Brüsselə səfərini xatırladan Azərbaycan Prezidenti həmin səfər zamanı NATO Baş katibi ilə səmərəli fikir mübadiləsi aparıldığını bildirdi.
NATO Baş katibinin Cənubi Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmons Azərbaycan Prezidentinin Brüsselə səfərinin uğurla keçdiyini dedi və NATO-nun Baş katibi Yaap de Hoop Sxefferin salamlarını Prezident İlham Əliyevə çatdırdı.
Dövlətimizin başçısı NATO Baş katibinin salamlarına görə minnətdarlığını bildirdi və onun da salamlarını Baş katibə çatdırmağı xahiş etdi.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər barədə fikir mübadiləsi aparıldı.