RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTI İLHAM ƏLİYEV «TELİASONERA» ŞİRKƏTİNİN PREZİDENTİ LARS NİBERQİN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da Prezident sarayında «TeliaSonera» şirkətinin prezidenti Lars Niberqin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizn başçısı «TeliaSonera» şirkəti ilə ölkəmizin müvafiq strukturları arasında əməkdaşlığın uğurla inkişaf etdiyini bildirdi. Prezident İlham Əliyev Azərbaycanda telekommunikasiya sahəsində qazanılan uğurları ölkənin iqtisadi inkişafının yaxşı göstəricilərindən biri kimi dəyərləndirdi.
Lars Niberq Azərbaycanda fəaliyyət göstərdikləri 10 ildən artıq müddətdə qarşılıqlı əməkdaşlıq nəticəsində rabitə və telekommunikasiya sahəsində ölkəmizdə müasir infrastrukturun yaradılması baxımından böyük nailiyyətlərin olduğunu bildirdi.