Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Azərbaycan Prezidenti İlham Əliyev Xalq Artisti Arif Məlikova “Heydər Əliyev” ordeni təqdim etmişdir VİDEO

Bakı, 13 sentyabr (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də Xalq Artisti, Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Arif Məlikova Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlərinə görə “Heydər Əliyev” ordeni təqdim etmişdir.

Prezident İlham ƏLİYEV dedi: Hörmətli Arif müəllim, mən sizi ad gününüz, yubileyiniz münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Sizə cansağlığı, uzun ömür arzulayıram. Siz Azərbaycan musiqi mədəniyyətinə böyük töhfə vermisiniz. Siz böyük bəstəkar, gözəl müəllim, gözəl vətəndaşsınız. Sizin əsərləriniz Azərbaycan xalqının qəlbində yaşayır. Əminəm ki, həmişə yaşayacaqdır. Siz bir çox simfoniyaların müəllifisiniz, gözəl mahnıların müəllifisiniz. Əlbəttə, artıq 50 ildən çoxdur müxtəlif ölkələrdə nümayiş etdirilən “Məhəbbət əfsanəsi” baleti hesab edirəm ki, sizin yaradıcılığınızın zirvəsidir.

Siz, eyni zamanda, pedaqoq, müəllim kimi öz işinizi davam etdirirsiniz. Gənc bəstəkarların hazırlanmasında sizin böyük rolunuz vardır. Siz Azərbaycan xalqının fəxrisiniz. Böyük bəstəkar və Azərbaycan musiqisinin klassikisiniz. Bu, həqiqətdir.

Bir məsələni də vurğulamaq istəyirəm ki, sizin həmişə çox açıq-aydın və birmənalı vətəndaşlıq mövqeyiniz olmuşdur. Siz bütün dövrlərdə həqiqəti, ədaləti müdafiə etmisiniz. Bütün dövrlərdə öz mövqeyinizi bildirmisiniz. Yəni, bu, hər bir ziyalı, hər bir vətəndaş üçün örnək olmalıdır. Hər bir insanın, xüsusilə cəmiyyətdə böyük nüfuza malik olan insanların vətəndaşlıq mövqeyi olmalıdır. Xalqımız, millətimiz üçün ən ağır günlərdə - 20 Yanvar faciəsi baş verdikdə siz Azərbaycan xalqının haqq səsini dünyaya çatdırdınız. O vaxt Azərbaycan müstəqil dövlət deyildi, bizim informasiya çatdırmaq imkanlarımız çox məhdud idi, Sovet İttifaqında azad mətbuat yox idi. Bax, sizin kimi tanınmış insanlar vasitəsilə Azərbaycan xalqının haqq səsi dünyaya çatdırılırdı. Bunu mən xüsusi vurğulamaq istəyirəm ki, əsl ziyalını fərqləndirən cəhətlərdən biri də onun vətəndaşlıq mövqeyidir, öz xalqına bağlılığıdır, öz dövlətinə sədaqətidir.

Sovet dövründə və müstəqillik dövründə sizin fəaliyyətiniz yüksək qiymətləndirilmişdir. 1998-ci ildə siz Azərbaycan dövlətinin o vaxtkı ən böyük ordeni olan “İstiqlal” ordeni ilə təltif edilmisiniz. Ulu öndər Heydər Əliyev tərəfindən bu orden sizə verilmişdir.

Ulu öndər Heydər Əliyev ilə sizi şəxsi əlaqələr bağlayırdı. Mən bilirəm ki, hər iki tərəfdən böyük hörmət göstərilirdi. Sizin dostluq münasibətləriniz, hesab edirəm ki, cəmiyyət üçün də çox əhəmiyyətli idi.

Bu gün siz 80 illik yubileyinizi hər zaman olduğu kimi, böyük ruh yüksəkliyi ilə, çox yaxşı fiziki formada qarşılayırsınız. Mən buna çox sevinirəm. Bu gün müstəqil dövlətimizin ən ali ordeni olan “Heydər Əliyev” ordenini sizə təqdim etmək istəyirəm. Bu gün mənim Sərəncamımla siz “Heydər Əliyev” ordeni ilə təltif edilirsiniz. İcazə verin, bu ali mükafatı sizə təqdim edim.

X X X

Dövlətimizin başçısı “Heydər Əliyev” ordenini Xalq Artisti Arif Məlikova təqdim etdi.

X X X

Arif MƏLİKOV dedi: Bilirsiniz, deyir, “Ot kökü üstə bitir”. Mən şübhə etmirdim ki, Sizinlə belə söhbət olanda bu qədər dəqiq və dünya düşüncəsindən ortaya gələn məsələlər vardır. Bu qədər sözlərinizdən sonra mən fəxrlə bir şeyi deyə bilərəm ki, bu gün nə Azərbaycanda, nə də başqa ölkələrdə yaşayan bəstəkarın 60-dan çox premyerası olub, ikinci, mən bununla fəxr edirəm. Çünki o proqramın üstündə mən mütləq yazıram, mən azərbaycanlıyam. Fəxr edirəm ki, “Məhəbbət əfsanəsi” ilə, bütün əsərlərimlə mən öz Vətənimə, öz torpağıma borcluyam. Bu, təbiidir. Bunu Sizin sözlərinizdən sonra deyirəm. Əgər Allah bizim ömrümüzü bir az da uzatsa, hələ qabaqda böyük əsərlər yazmaq üçün düşüncələr var və onların üzərində çalışıram.

Bilirsiniz, o qədər gözəl sözlər dediniz. Mən doğrudan da Sizin atanızla yaxın olmuşam. Siz dediniz, “İstiqlal” ordenini mənim boynuma asıb. Bu, mənim üçün fəxrdir. Amma ondan böyüyü də şəxsən onun mənim sənətimə verdiyi qiymət və onun təhlilidir. Mən sözümdə və sənətimdə çalışacağam ki, o şeyləri doğruldum. Sizə təşəkkür edirəm.  

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev Xalq Artisti Arif Məlikova “Heydər Əliyev” ordeni təqdim etmişdir VİDEO

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Şolts: 35 min Alman hərbçisi müttəfiqlərinə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH

Şotlandiya Milli Partiyasına yeni lider seçilib

Nazir: Ülviyyə Fətəliyevanın Avropa çempionluğu şahmatın inkişafına töhfə verəcək

Alman dili fənni üzrə sertifikatlaşdırma imtahanına dair vebinar keçiriləcək

Ulu Öndər Heydər Əliyev Ukraynada böyük sevgi ilə anılır - AZƏRTAC-ın VİDEOREPORTAJI

Lionel Messi MLS-də yeni rekorda imza atıb

Ümummilli Lider Heydər Əliyevin Şərq siyasəti - elmi sessiya