Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVƏ DÜNYADA ÇOX BÖYÜK NÜFUZA MALİK MİXAEL ZUKKOV FONDUNUN ALİ MÜKAFATI TƏQDİM OLUNMUŞDUR
MÜKAFATIN TƏQDİM EDİLMƏSİ MƏRASİMİNDƏ AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVƏ DÜNYADA ÇOX BÖYÜK NÜFUZA MALİK MİXAEL ZUKKOV FONDUNUN ALİ MÜKAFATI TƏQDİM OLUNMUŞDUR MÜKAFATIN TƏQDİM EDİLMƏSİ MƏRASİMİNDƏ AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

- Hörmətli cənab Zukkov!

Hörmətli xanımlar və cənablar!

Əziz dostlar, əziz qonaqlar!

Bu gün mənim həyatımda çox əlamətdar bir gündür. Mixael Zukkov Fondu tərəfindən mənə verilmiş bu yüksək mükafat, əminəm ki, Azərbaycanda son illər ərzində görülən işlərə verilən mükafatdır. Bu mükafat mənim üçün çox əzizdir, çox qiymətlidir.

Zukkov Fondu dünyada çox böyük hörməti olan qeyri-hökumət təşkilatıdır. Dünyanın müxtəlif ölkələrində çox böyük işlər görür və təbiətin qorunması işində bu fondun çox böyük xidmətləri vardır. O cümlədən Azərbaycanda biz Zukkov Fondunun fəaliyyətini çox yüksək qiymətləndiririk. Ona görə Zukkov Fondu kimi mötəbər beynəlxalq təşkilatın mükafatını almaq, əlbəttə ki, böyük şərəfdir. Eyni zamanda, - yəqin cənab Zukkovun çıxışından da bunu gördünüz, - Mixael Zukkov Azərbaycanın böyük dostudur, Azərbaycanı sevən bir insandır. Onun Azərbaycan cəmiyyətini belə gözəl bilməsi, kağıza baxmadan bütün milli parkların adlarını sadalaması, nəinki sadalaması, o milli parklardakı mövcud vəziyyətlə tanışlığı, əlbəttə, bizim hamımızı çox sevindirir. Ancaq təbiətin dostu, ancaq insanların dostu, ancaq xeyirxah insanlar bu yüksək keyfiyyətlərə malikdirlər. Ona görə, bu baxımdan da Fondun mükafatı mənim üçün çox əziz və qiymətlidir. Sizi əmin etmək istəyirəm ki, gələcək fəaliyyətimdə də Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşması, ətraf mühitin qorunması üçün əlimdən gələni əsirgəməyəcəyəm.

Azərbaycan indi inkişaf mərhələsindədir. Bizim iqtisadi inkişafımız çox sürətlidir. Azərbaycanda bütün sahələrdə böyük işlər görülür. Bu yaxınlarda Avropa Yenidənqurma və İnkişaf Bankının hesabatında Azərbaycan iqtisadi artım sürətinə görə dünyada birinci ölkə kimi qeyd olundu. Biz ümumi daxili məhsulun artımına görə dünyada lider dövlətik. Əlbəttə, biz bunu çox böyük qürur hissi ilə deyirik. Çünki dünyada hansısa sahədə birinci olmaq böyük nailiyyətdir. Xüsusilə iqtisadiyyatın əsas göstəricisi olan ümumi daxili məhsulun artımına görə. Bu onu göstərir ki, ölkənin həm bugünkü iqtisadi durumu müsbətdir, eyni zamanda, böyük perspektivləri var. Nəzərə alsaq ki, biz yüksək iqtisadi inkişaf sürətini gələcəkdə də saxlamaq niyyətindəyik, əlbəttə, qısa müddət ərzində, növbəti bir neçə il ərzində Azərbaycan hərtərəfli inkişaf edəcəkdir.

Sənaye istehsalının artımı, məncə, Azərbaycan bu göstəriciyə görə də dünyada lider dövlətdir. Bu il sənaye istehsalı təxminən 40 faiz artıbdır. Ancaq bununla bərabər, - təbii ki, müsbət tərəflər ilə yanaşı, müəyyən narahatlıq doğuran cəhətlər də var. Çünki hər bir sürətli inkişaf istər-istəməz ətraf mühitin qorunmasına mənfi təsir göstərə bilər. Sənayeləşmə prosesi gedəndə, əlbəttə ki, yeni müəssisələr fəaliyyətə başlayır, yeni iş yerləri açılır. Bunlar bizim üçün çox vacib məsələlərdir. Ancaq eyni zamanda, gərək elə edək ki, bizim təbiətimizə minimum zərbə dəysin. Məhz buna görə biz çalışırıq ki, öz ekoloji tədbirlərimizi geniş kontekstdə həyata keçirək.

Azərbaycanın böyük ehtiyacları var. Biz insanların həyat səviyyəsini yaxşılaşdırmaq üçün müxtəlif tədbirlər görürük - iqtisadi islahatlar, infrastruktur layihələrinin həyata keçirilməsi, yeni iş yerlərinin açılması və digər məsələlər. Ancaq bununla bərabər, ekoloji məsələlərə çox böyük diqqət göstərilir. Yeni milli parkların, qoruqların, yasaqlıqların yaradılması bu məqsədi güdür. Bu yaxınlarda Azərbaycanda çox böyük və konkret ekoloji proqram qəbul edilibdir və mən xüsusi Sərəncam imzalamışam. Proqramda müəyyən olunan bütün tədbirlər Azərbaycanda ətraf mühitin qorunmasına xidmət göstərir.

Bir daha demək istəyirəm ki, proqram çox konkretdir, çox dəqiqdir, icrası üçün maliyyə mənbələri də müəyyən olunubdur. Azərbaycanın dövlət büdcəsindən bu işlərə maliyyə vəsaiti ayrılacaq və Azərbaycanda ən böyük narahatlıq doğuran ekoloji məsələlər qısa müddət ərzində öz həllini tapmalıdır.

Nəzərə alsaq ki, Azərbaycan dünyada neft-qaz hasil edən ölkə kimi tanınır və dünyada sənaye üsulu ilə ilk neft hasilatı məhz Azərbaycanda başlanmışdır, o cümlədən dünyada dənizdə mövcud olan yataqlarda ilk quyular Azərbaycanda, Xəzər dənizində qazılmışdır, təsəvvür etmək çətin deyil ki, bu, ekoloji vəziyyətə çox mənfi təsir göstərmişdir. Sovet İttifaqı zamanı neft-qaz hasilatında, təbii ki, ekoloji məsələlərə o qədər də böyük diqqət göstərilmirdi. Ona görə bizim qarşımızda çox böyük vəzifələr durur. Biz, ilk növbədə, neftlə çirklənmiş əraziləri, xüsusilə Abşeron yarımadasında yerləşən köhnə mədənləri təmizləməliyik. Neft gölməçələrini təmizləməliyik. Xəzər dənizinin ekoloji vəziyyətini normallaşdırmalıyıq. Düzdür, bu, təkcə bizdən asılı deyil, çünki Xəzər dənizinin sahillərində beş ölkə yerləşir. Amma əgər hər bir ölkə öz üzərinə düşən vəzifəni ləyaqətlə icra etsə, Xəzər dənizinin ekoloji vəziyyəti xeyli dərəcədə yaxşılaşacaqdır.

Bakı buxtasını təmizləməliyik. Yəni bizim qarşımızda çox böyük vəzifələr dayanır, bunları həyata keçirmək üçün böyük maliyyə vəsaiti lazımdır. Biz də artıq bunu ayırırıq və əminəm ki, Azərbaycanı, ölkəmizi, insanlarımızı narahat edən ekoloji məsələlər çox qısa müddət ərzində, beş il ərzində öz həllini tapacaqdır. Bu, çox böyük proqramdır. Çox ciddi vəzifələr qoyulubdur. Ancaq mən şübhə etmirəm ki, biz buna nail olacağıq. Bunu etmək üçün bütün vasitələr var. İlk növbədə, siyasi iradə var və bu iradə bizim qərarlarımızda, qəbul edilmiş proqramlarda öz əksini tapıbdır. Digər tərəfdən, Azərbaycanın maliyyə vəziyyəti, maddi imkanları yaxşılaşdıqca, əlbəttə, bu işlərə böyük həcmdə maliyyə vəsaitinin cəlb olunması məsələsi həll ediləcəkdir.

Mən bu gün Almaniyadan gəlmiş nümayəndə heyətinin üzvləri ilə görüşmüşəm və geniş fikir mübadiləsi olmuşdur. Qeyd etdim ki, biz uzun illər ərzində ekoloji məsələlərin həlli üçün lazım olan vəsaitin ayrılmasına dair beynəlxalq təşkilatlarla danışıqlar aparmışdıq. Bəzi hallarda danışıqlar həddindən artıq çox çəkmişdir. Xüsusilə nəzərə alsaq ki, neft-qaz sahəsində görülən işlərə Azərbaycan milyardlarla dollar kreditlər almışdır və bu kreditlərin alınmasında heç bir problem, çətinlik olmamışdır. Lakin ekoloji məsələlərə ayrılan vəsaitə böyük ehtiyatla yanaşılır. Çünki ekoloji məsələlərə qoyulan vəsait qısa müddət ərzində xeyir gətirmir. Ona görə biz qərara gəldik ki, bu məsələləri daxili imkanlarımız hesabına həll edək və proqram da qəbul olundu. Proqram qəbul olunandan demək olar ki, dərhal sonra beynəlxalq maliyyə təşkilatları - Dünya Bankının nümayəndələri, digər beynəlxalq təşkilatlar Azərbaycana gəlmişlər. Bir tərəfdən, proqramın qəbul olunmasını alqışlamışlar, digər tərəfdən, bizimlə bərabər bu işlərdə iştirak etmək arzularını bildirmişlər.

Bu, bizim üçün çox önəmlidir. Bu gün Almaniyadan gələn dostlarımızla fikir mübadiləsi əsnasında mən bunu qeyd etdim. Çünki indi bizə müasir ekspertiza, Almaniyanın, dünyanın, Avropanın inkişaf etmiş ölkələrinin təcrübəsi lazımdır, məsləhətlər lazımdır. Biz ayrılan vəsaitdən maksimum dərəcədə səmərəli istifadə etməliyik ki, bu məsələlər məqsədyönlü şəkildə öz həllini tapsın. Çox şadam ki, bizim təşəbbüslərimizə çox böyük dəstək var. Almaniyadan böyük nümayəndə heyətinin, Zukkov Fondunun rəhbərinin Azərbaycana gəlməsi və bu yüksək mükafatı Azərbaycan Prezidentinə təqdim etməsi - bunlar hamısı bir-biri ilə bağlıdır.

Bir daha demək istəyirəm ki, Zukkov Fondu dünyada çox böyük nüfuza malik olan təşkilatdır və onun verdiyi mükafatlar, bir tərəfdən, görülmüş işlərə verilən qiymətdir, digər tərəfdən isə, gələcək fəaliyyətə verilən avansdır. Mən əminəm ki, biz gələcəkdə birlikdə çalışaraq, Azərbaycanda ətraf mühitin qorunması sahəsində çox böyük işlər görəcəyik.

Azərbaycanın böyük təbii sərvətləri var və bu təbii sərvətlər hesabına, onların səmərəli işlənilməsi hesabına indi ölkəmiz dünyada analoqu olmayan sürətlə inkişaf edir. Ancaq bizim təbii sərvətlərimiz təkcə neft-qaz deyildir. Bizim təbiətimiz, çaylarımız, Xəzər dənizimiz, dağlarımız, havamız bizim təbii sərvətimizdir. Bu amillər ölkəyə özünəməxsus imic gətirir, insanların sağlamlığına müsbət təsir göstərir. Ekologiya, sağlamlıq, sosial məsələlər - bütün bunlar bir-biri ilə sıx bağlıdır. Biz bu məsələlərə yanaşanda çalışırıq ki, bunları kompleks şəkildə həll edək.

Azərbaycanın böyük imkanları var və daha da böyük olacaqdır. Ən böyük sərvət insanların sağlamlığıdır, insanların normal həyat səviyyəsidir, normal şəraitidir. Bu məqsədlə indi Azərbaycanda müxtəlif bölgələrdə 10 müasir diaqnostika və müalicə mərkəzləri tikilir, ən yeni avadanlıqla təchiz olunur. Bu məqsədlə Azərbaycanda son üç il ərzində 700-dən çox məktəb tikilib ki, bizim uşaqlarımız kiçik yaşlarından normal şəraitdə oxusunlar, böyüsünlər, tərbiyə alsınlar. Bu məqsədlə Azərbaycanın şimal-qərbindən Bakıya və ətraf rayonlara böyük su kəməri çəkilir. Bu da rəmzi xarakter daşıyır.

Biz uzun illər üzərində çalışdığımız Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisinə nail olduq. Bu, həm böyük iqtisadi, həm siyasi, həm də regional məna daşıyan böyük layihədir, dünyada analoqu olmayan layihədir. Bu kəmərin fəaliyyəti nəticəsində əldə olunan və olunacaq gəlirləri biz insan kapitalına çeviririk. Biz ilk növbədə hansı layihələri həyata keçirməyə başladıq?! Bakıya su kəmərinin çəkilməsi, xəstəxanaların tikintisi, müasir infrastrukturun yaradılması, ən çətin vəziyyətdə yaşayan soydaşlarımızın, yəni qaçqınlar və məcburi köçkünlərin problemlərinin həlli. İndi onlar üçün böyük işlər görülür, ən yüksək səviyyəyə uyğun şəkildə yeni şəhərciklər, qəsəbələr salınır.

Biz bu gün öz siyasətimizi çox açıq şəkildə həm bəyan edirik, həm də aparırıq. Bizim sözümüzlə əməlimiz arasında heç bir ziddiyyət yoxdur. Hər şey insanlar üçün, hər şey ölkənin güclənməsi üçündür. Nə lazımdırsa, onu da edirik və edəcəyik.

Bu işlərdə, əlbəttə, ekoloji məsələlər ön planda olmalıdır. Təbii ki, ölkənin çox böyük sosial problemləri, iqtisadi çətinliklər olduğu zaman bəzən ekoloji məsələlərə böyük diqqət göstərilmir. Ancaq harada diqqət göstərilir? İnkişaf etmiş ölkələrdə. İnkişaf etmiş ölkələrlə az inkişaf etmiş, yaxud inkişaf etməmiş ölkələr arasında olan fərqlər müxtəlifdir. Bu da təbiidir. Ancaq bir fərq mütləqdir. O da ekoloji məsələlərə münasibətdir. İnkişaf etmiş ölkələrdə ekoloji məsələlərə münasibət ən yüksək səviyyədədir. Bu, ölkələrin səviyyəsini, siyasətini, mədəniyyətini əks etdirir. Azərbaycan öz qarşısında vəzifə qoyub ki, biz də inkişaf etmiş ölkəyə çevrilməliyik. Bunu etmək üçün bütün imkanlar var və bu barədə çox danışmaq istəmirəm. Bunu edəcəyik.

Ekoloji məsələlərə diqqət, münasibət, eyni zamanda, ölkənin ümumi siyasətinin, ümumi mədəniyyətinin təzahürüdür. Son nəticədə ən önəmli sahə budur. Neft-qaz tükənən sərvətlərdir. Onların müvəqqəti önəmi var. Ancaq təbiət, ətraf mühit - bu, daimi sərvətdir. Əsrlər boyu, minilliklər boyu təbiət olub, kainat olub, dünya olubdur. Bizim vəzifəmiz ondan ibarətdir ki, bunu qoruyaq. Özümüz üçün, gələcək nəsillər üçün, ölkəmizin yaşaması üçün qoruyaq. Ona görə biz bu məsələlərə çox böyük önəm veririk. Çalışırıq ki, ekoloji proqramların icrasında Azərbaycan qabaqcıl yerlərdə olsun.

Eyni zamanda, bizi narahat edən məsələlər də kifayət qədərdir. Onlardan ən başlıcası Azərbaycanın böyük ərazisinin işğal altında olmasıdır. Ərazimizin 20 faizi Ermənistanın işğalı altındadır və uzun illər ərzində o ərazilərdə ekoloji vəziyyət çox acınacaqlıdır. O torpaqları zəbt edən işğalçı qüvvələr orada nəinki bizim tarixi, mədəni, dini abidələrimizi darmadağın, yerlə-yeksan ediblər, onlar bizim təbiətimizə də qəsd ediblər. Orada bizim ağaclarımız kəsilir, torpağımız qəsdən yandırılır və bunu sübut edən kifayət qədər dəlillər var.

Bir müddət bundan əvvəl ATƏT-in faktaraşdırıcı missiyası monitorinq aparmaq üçün Azərbaycanın işğal olunmuş torpaqlarına gəlmişdir. Onların məruzəsi çox dəhşətli bir məruzə idi. Hər şey - bütün evlər, binalar, bizim tarixi abidələrimiz dağılıbdır. Eyni zamanda, qiymətli ağaclar kəsilir və məhz bu ağacların qırılması hesabına işğal olunmuş ərazilərdə bir neçə böyük mebel fabriki tikilibdir. O fabriklər ki, onlar məhz Azərbaycanın, bizim təbiətimizin, kəsilən ağacların hesabına fəaliyyət göstərir. Onlardan əldə olunan gəlir heç vaxt heç kimə xeyir gətirməyəcəkdir. Çünki o, Azərbaycanın qanı hesabına, təbiətimizə qəsd hesabına əldə olunur. Vəhşi qəsbkarlar təbiətimizə də təcavüz ediblər. Son müddət ərzində Ermənistan tərəfindən törədilən yanğınlar onların iç üzünü bir daha bütün dünyaya göstərdi. Onlar bilirlər ki, gec-tez o torpaqlardan çıxacaqlar, anlayırlar ki, artıq o vaxt uzaqda deyildir. Bizim oradakı bütün binalarımızı söküb-dağıtdıqları azmış kimi, torpağımızı da yandırırlar. İndi bir neçə illər lazım olacaq ki, biz o torpaqları bərpa edək. Ona görə Azərbaycan bu məsələni beynəlxalq təşkilatlarda qaldırıbdır. Birləşmiş Millətlər Təşkilatında biz bu məsələni qaldırırıq və rica edirik ki, bütün təşkilatlar, qeyri-hökumət təşkilatları da buna çox böyük diqqət göstərsinlər. Çünki bu, dözülməz bir faktdır. Bu, XXI əsrdə yaşayan insanlara xas olan əməllər sayıla bilməz!

Əziz dostlar, bir daha qeyd etmək istəyirəm ki, mənim üçün çox əlamətdar gündür. Mən bu mükafatı çox yüksək qiymətləndirirəm. Əminəm ki, Zukkov Fondu ilə uzun illər davam edən əməkdaşlığımız daha da möhkəmlənəcəkdir. Avropa ölkələri ilə bütün sahələrdə, o cümlədən ekologiya, ətraf mühitin qorunması sahəsində əməkdaşlığımız daha da möhkəmlənəcəkdir. Biz artıq dünəndən Avropaya qonşu olmuşuq. Dünən Brüsseldə Avropa İttifaqı ilə Azərbaycan arasında qonşuluq siyasətinə dair tədbirlər planı imzalanıbdır. Biz siyasi cəhətdən qonşuyuq və gələn ilin əvvəlindən Bolqarıstan Avropa İttifaqına üzv olandan sonra, demək olar ki, coğrafi cəhətdən də qonşu olacağıq.

Mənim bu yaxınlarda, keçən həftə Avropa İttifaqında çox uğurlu görüşlərim olubdur. Bu, qarşımızda yeni imkanlar, yeni üfüqlər açır. Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq çoxşaxəlidir. Ümid edirəm ki, ekoloji məsələlər bu əməkdaşlığın önəmli hissəsini təşkil edəcəkdir.

Mənim fəaliyyətimi belə yüksək qiymətləndirdiyinizə görə sizə bir daha öz təşəkkürümü bildirirəm və hamınıza uğurlar arzulayıram. Azərbaycana tez-tez gəlin. Siz Azərbaycanın dostlarısınız və bu dostluq bundan sonra da davam edəcəkdir.

Cənab Zukkov mükafatla bərabər mənə çek də təqdim etdi. Burada 15 min avro məbləğində pul mükafatı da nəzərdə tutulubdur. Mən də bu məbləği Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşmasına yönəldirəm. Sağ olun, təşəkkür edirəm.

(Dövlətimizin başçısının nitqi böyük diqqətlə dinlənildi və alqışlarla qarşılandı).

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH

Şotlandiya Milli Partiyasına yeni lider seçilib

Nazir: Ülviyyə Fətəliyevanın Avropa çempionluğu şahmatın inkişafına töhfə verəcək

Alman dili fənni üzrə sertifikatlaşdırma imtahanına dair vebinar keçiriləcək

Ulu Öndər Heydər Əliyev Ukraynada böyük sevgi ilə anılır - AZƏRTAC-ın VİDEOREPORTAJI

Lionel Messi MLS-də yeni rekorda imza atıb

Ümummilli Lider Heydər Əliyevin Şərq siyasəti - elmi sessiya

Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb

Şəhid qardaşı: Otuz ildir ki, gözümüz yollarda idi

BMU məzunları ilə növbəti görüş təşkil olunub

DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb

Si Cinpin Avropa siyasətçilərini anti-Çin ritorikasından çəkindirməyə çalışır

Hava şəraiti ilə əlaqədar təsərrüfatlara zərər dəyməsi barədə son üç gündə 20 müraciət daxil olub

Banqladeşdə isti hava dalğası nəticəsində 15 nəfər ölüb

Azərbaycanın turizm imkanları Dubayda sərgilənir

Naxçıvanda “İpəkyolu Beynəlxalq Gənclər Forumu - 2024” keçirilib

Sülhün alternativi və hüquq - ŞƏRH

Azərbaycan millisi daha bir yoldaşlıq oyunu keçirəcək

Azərbaycan üzgüçüləri beynəlxalq turnirdə 9 medal qazanıblar

Müdafiə Nazirliyi: Hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin təkmilləşdirilməsi məqsədilə müxtəlif tapşırıqlar icra ediləcək VİDEO

Azərbaycan və Rusiya Xalqlarının Dostluq Klubunun iclası keçirilib

Təhsil İnstitutunda doktoranturaya və dissertanturaya sənəd verənlər üçün “Açıq qapı” günü

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılır

Gənc heykəltaraş: Ən böyük arzum Azərbaycan heykəltaraşlığını dünyada tanıtmaqdır - MÜSAHİBƏ

Bakı Olimpiya Stadionu dünyanın ən yaxşı 50 arenası sırasına düşüb

Qazaxıstan və Vyetnam arasında vizasız rejim mayın 25-də qüvvəyə minəcək

Heydər Əliyev siyasi irsinin etik və sosial-psixoloji aspektləri - doktorantlar üçün mühazirə