RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ATƏT-İN HAZIRKI SƏDRİ, BELÇİKANIN XARİCİ İŞLƏR NAZİRİ KAREL DE QUXT İLƏ GÖRÜŞÜ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 8-də Brüsseldə, onun üçün ayrılmış iqamətgahda ATƏT-in hazırkı sədri, Belçikanın xarici işlər naziri Karel de Quxt ilə görüşmüşdür.
Görüşdə Azərbaycan ilə ATƏT arasında əməkdaşlıq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli və qarşılıqlı maraq doğuran bir sıra başqa məsələlər müzakirə olundu.