RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN AVROPA KOMİSSİYASININ ENERJİ MƏSƏLƏLƏRİNƏ DAİR MƏSUL KOMİSSARI ANDRİS PYEBALQS İLƏ GÖRÜŞÜ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Brüsseldə Avropa Komissiyasının enerji məsələlərinə dair məsul komissarı Andris Pyebalqs ilə görüşmüşdür.
Görüşdə dövlətimizin başçısı Azərbaycanda enerji sahəsində görülən işlərdən, o cümlədən qlobal enerji layihələrindən ətraflı bəhs etdi.
Gələcəkdə Avropanın enerji təchizatçısı kimi Azərbaycanın əhəmiyyətinin xüsusi vurğulandığı görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.