RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN AVROPA YENİDƏNQURMA VƏ İNKİŞAF BANKININ PREZİDENTİ TOMAS MİROV İLƏ GÖRÜŞÜ
Davos, 29 yanvar (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev “Konqress” mehmanxanasında Avropa Yenidənqurma və İnkişaf Bankının Prezidenti Tomas Mirov ilə görüşmüşdür.
Görüşdə Azərbaycanın Avropa Yenidənqurma və İnkişaf Bankı ilə uğurlu əməkdaşlığından məmnunluq ifadə olundu, əlaqələrin hazırkı vəziyyəti və gələcək perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.
######