Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN AZƏRBAYCAN TELEVİZİYASINA MÜSAHİBƏSİ

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN AZƏRBAYCAN TELEVİZİYASINA MÜSAHİBƏSİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 28-də MDB dövlət başçılarının Minskdə keçirilən zirvə görüşü başa çatdıqdan sonra Bakıya qayıdarkən təyyarədə Azərbaycan Televiziyasına müsahibə vermişdir. AZƏRTAC həmin müsahibənin mətnini oxuculara təqdim edir.

- Cənab Prezident, Minskdə keçirilən MDB dövlət başçılarının sammiti zamanı Sizin Ermənistan Prezidenti ilə görüşünüz oldu. Bu görüşün nəticələri barədə nə deyə bilərsiniz?

- Artıq üç ilə yaxındır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ danışıqları Praqa prosesi çərçivəsində aparılır. Bu müddət ərzində həm prezidentlər, həm də xarici işlər nazirləri səviyyəsində kifayət qədər görüşlər olmuşdur. Təbii ki, bu görüşlərdə məsələnin həlli yolları müzakirə olunmuşdur. Müəyyən mərhələlər olmuşdur və deyə bilərəm ki, biz danışıqların son mərhələsinə yaxınlaşırıq. Çünki bilirsiniz, üç ilə yaxın müddət ərzində aparılan danışıqlarda, demək olar, bütün məsələlər müzakirə edildi, tərəflərin mövqeləri, demək olar ki, tamamilə formalaşdı. Artıq biz elə mərhələdəyik ki, danışıqların gələcəyi bizim addımlarımızdan asılıdır. Mən bu baxımdan görüşün nəticələrini bütövlükdə normal qiymətləndirirəm.

Bildiyiniz kimi, bu yaxınlarda Minsk qrupunun həmsədrləri Bakıda və Yerevanda olmuşlar. Azərbaycan tərəfi onların təklifinə, yəni görüşün keçirilməsinə müsbət cavab vermişdir. Görüşün özünə gəldikdə isə, danışıqlar bütövlükdə konstruktiv şəkildə aparıldı, mübahisəli məsələlər müzakirə edildi. Demək olar ki, onlar diqqət mərkəzində olmuşdur. Çünki son müddət ərzində biz bir sıra məsələlərin həllinə nail olmuşuq, əvvəllər razılaşdırılmamış məsələlər artıq razılaşdırılıbdır. Amma elə prinsipial məsələlər var ki, bunların ətrafında hələ ki, fikir ayrılığı var. İki prezident məhz bu məsələlər ətrafında söhbət aparmışdır.

Azərbaycanın mövqeyinə gəldikdə isə, bir daha demək istəyirəm ki, bizim mövqeyimizdə heç bir dəyişiklik yoxdur. Azərbaycan məsələnin bizim ərazi bütövlüyümüz çərçivəsində həll olunmasında israrlıdır. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra olunmalıdır, Azərbaycanın torpaqları işğalçı qüvvələrdən təmizlənməlidir və 1 milyondan artıq azərbaycanlı öz doğma torpaqlarına qayıtmalıdır.

Deyə bilərəm ki, beynəlxalq təşkilatların son müddət ərzindəki fəaliyyəti də bütövlükdə bizi qane edir. Mötəbər beynəlxalq təşkilatlar məsələnin ərazi bütövlüyü çərçivəsində həlli üçün öz sözünü demişlər. Əlbəttə ki, bu, bizim mövqeyimizi möhkəmləndirir. Bütövlükdə, hər bir məsələ müəyyən çərçivədə - beynəlxalq qanun, norma və prinsiplər çərçivəsində həll oluna bilər. Bundan kənarda heç bir məsələ öz həllini tapa bilməz və hər hansı bir presedentin yaranması gələcəkdə başqa ölkələr üçün də çox böyük problemlərə gətirib çıxara bilər. Ona görə bir daha demək istəyirəm ki, Azərbaycanın prinsipial mövqeyi dəyişməz olaraq qalır, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Dağlıq Qarabağda yaşayan insanlara Azərbaycanın ərazi bütövlüyü çərçivəsində yüksək idarəetmə statusu verilməlidir.

- Cənab Prezident, son iki ayda Sizin bir sıra xarici dövlətlərə uğurlu səfərləriniz olmuşdur. Bu səfərlərinizin nəticələrini necə qiymətləndirirsiniz?

- Bütövlükdə, Azərbaycanın xarici siyasəti çox çevik və uğurlu siyasətdir. Deyə bilərəm ki, son iki ay ərzində ölkədaxili səfərlər də kifayət qədər olmuşdur, xüsusilə oktyabr ayında mən bölgələrə daha çox səfərlər etmişəm. Ancaq noyabr ayında xarici səfərlər daha da çox olmuşdur. İndiki səfər artıq beşincidir. Ayın əvvəlində Avropa İttifaqının və NATO-nun qərargahlarının yerləşdiyi Brüsselə səfərim olmuşdur. Səfər çox uğurlu keçdi, çox mühüm nəticələr əldə edildi. Bildiyiniz kimi, artıq biz Avropa İttifaqı ilə qonşuluq siyasətinə başlamışıq, bu, çox geniş, beşillik proqramdır. Orada həm iqtisadi, həm də siyasi məsələlər öz əksini tapmışdır. Azərbaycanda iqtisadi və siyasi islahatların davam etdirilməsi nəzərdə tutulubdur. Əminəm ki, proqramın icrası nəticəsində Azərbaycanda demokratikləşmə prosesi daha da sürətlə gedəcəkdir.

NATO ilə “Fərdi tərəfdaşlığın fəaliyyət planı” çərçivəsində əməkdaşlıq edirik və hər iki tərəf bu əməkdaşlıqdan çox məmnundur. Bütövlükdə, Brüsselə səfərim Azərbaycanın Avratlantik strukturlarına inteqrasiyasının güclənməsi deməkdir. Bu, bizim strateji xəttimizdir və uğurla icra edilir, Azərbaycanın mövqeləri getdikcə daha da möhkəmlənir.

Ondan sonra Rusiyaya rəsmi səfərim olmuşdur. O səfər də çox mühüm idi. Çünki Rusiya bizim strateji tərəfdaşımızdır, bizi həm siyasi, həm də iqtisadi sahədə çox böyük əlaqələr bağlayır. Prezident Putinlə mənim görüşüm də hər iki tərəf üçün çox əhəmiyyətli olmuşdur. Deyə bilərəm ki, səfər və onun nəticələri ikitərəfli münasibətlərimizin daha da dərinləşməsinə xidmət edəcək və əminəm ki, bölgədə gedən proseslərə də müsbət təsir göstərəcəkdir.

Ondan sonra mənim Türkiyəyə səfərim olmuşdur. Orada türkdilli dövlətlərin başçılarının zirvə görüşü keçirilmişdir. Biz buna çox böyük önəm veririk. Bildiyiniz kimi, bir neçə ay bundan əvvəl Türkiyədə türkdilli dövlətlərin və topluluqların qurultayı keçirilmişdir və mən orada iştirak etmişdim. Bu səfər isə Türkdilli dövlətlərin başçılarının zirvə görüşü idi və səfər çərçivəsində Türkiyə, Qazaxıstan, Qırğızıstan prezidentləri ilə ikitərəfli görüşlərimiz olmuşdur. Türk dünyasının güclənməsi çox böyük əhəmiyyət kəsb edir. Bildiyiniz kimi, uzun illər ərzində zirvə görüşləri keçirilmirdi. Bu dəfə keçirildi və növbəti görüş Azərbaycanda olacaqdır. Bu, mənim təklifim idi və qəbul edildi. Həm Türkiyə ilə, həm də digər türkdilli dövlətlərlə bizim əlaqələrimiz möhkəmlənir, zənginləşir. Həm ikitərəfli formatda, həm də regional müstəvidə bu əlaqələrin böyük əhəmiyyəti vardır. Bildiyiniz kimi, Azərbaycan da bu istiqamətdə çox fəaldır.

Ondan sonra Birləşmiş Ərəb Əmirliklərinə səfərim olmuşdur. Bu səfər ikitərəfli münasibətlərin inkişafı üçün çox böyük əhəmiyyət kəsb edir. Əminəm ki, əldə edilmiş razılaşmalar yaxın zamanlarda iqtisadi əlaqələrimizin güclənməsinə gətirib çıxaracaq, nümayəndə heyətləri qarşılıqlı səfərlər edəcək və əlbəttə, siyasi əlaqələrimiz də möhkəmlənəcəkdir. Digər tərəfdən, mən bu səfərə Azərbaycanın İslam dünyası ilə əməkdaşlığı çərçivəsində yanaşıram. Biz İslam Konfransı Təşkilatı çərçivəsində çox fəal işlər aparırıq. Bu il Azərbaycanda iki mötəbər konfrans keçirilmişdir. Xarici işlər və turizm nazirlərinin görüşləri Azərbaycanda keçirildi. İslam ölkələri ilə əməkdaşlığımızın bizim üçün çox böyük əhəmiyyəti var. Azərbaycan bu istiqamətdə böyük işlər aparır və Birləşmiş Millətlər Təşkilatında, İslam Konfransı Təşkilatında, digər beynəlxalq təşkilatlarda biz daim islam dövlətlərinin dəstəyini hiss edirik. Bütün səsvermələrdə o ölkələr bizi dəstəkləyir, biz onları dəstəkləyirik. İslam həmrəyliyi daha da güclənməlidir. Bu, həm bizim üçün, həm də bütün İslam dünyası üçün lazımdır.

Bu gün Minskdə MDB dövlət başçılarının zirvə görüşü keçirilmişdir. Bu görüş çərçivəsində Ukrayna, Gürcüstan və Belarus prezidentləri ilə çox səmərəli, işgüzar görüşlər olmuşdur. Yəni noyabr ayı, demək olar ki, bizim xarici siyasətimizin əsas istiqamətlərini özündə cəmləşdirir. Xarici siyasətimizin nə qədər fəal, çevik, məqsədyönlü və uğurlu olduğunu bir daha göstərir. Bu, çox önəmli bir məsələdir. Xarici siyasət hər bir ölkənin daxili siyasətini gücləndirir, daxili siyasətinin davamıdır.

Bizim ölkəmizdə çox uğurlu proseslər gedir. Siyasi islahatlar, iqtisadi islahatlar, sosial məsələlərin həlli, insanların rifah halının yaxşılaşması, sabitliyin, əmin-amanlığın möhkəmlənməsi - biz bütün bunlara nail oluruq və ölkəmizi gücləndiririk. Bu uğurları möhkəmləndirmək üçün xarici siyasətimiz də mütləq uğurlu olmalıdır, Azərbaycan bölgədə gedən proseslərdə fəal iştirak etməlidir, qonşu dövlətlərlə, tərəfdaşlarla, beynəlxalq təşkilatlarla - bütün aidiyyəti təşkilatlarla bizim işbirliyimiz, əməkdaşlığımız ən yüksək səviyyədədir. Azərbaycanın beynəlxalq mövqeləri möhkəmlənir, beynəlxalq imici güclənir. Azərbaycan etibarlı tərəfdaş, dost ölkə kimi beynəlxalq təşkilatlarda və dünyada öz yerini möhkəmləndirir.

- Cənab Prezident, son vaxtlar bəzi müxalifət qüvvələri tərəfindən kütləvi informasiya vasitələri ilə bağlı iddialar irəli sürülür, ittihamlar səsləndirilir. Mümkünsə, bununla bağlı fikirlərinizi bilmək istərdik.

- Bilirsiniz, bütövlükdə Azərbaycanda siyasi proseslər müsbət məcrada inkişaf edir. Biz siyasi islahatlarla yanaşı, iqtisadi islahatları da davam etdiririk və mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, siyasi islahatlar iqtisadi islahatları tamamlamalıdır. Hər iki proses paralel şəkildə aparılmalıdır. Artıq bizim çox böyük iqtisadi potensialımız var, biz bunu yaratmışıq. Siyasi islahatlar, ölkədə demokratiyanın inkişafı, söz, mətbuat azadlığı, vicdan azadlığı, qanunun aliliyi - bütün bunlar bizim üçün başlıca məsələlərdir. İqtisadi islahatların aparılması bizim üçün nə qədər vacibdirsə, siyasi islahatların aparılması da bir o qədər böyük önəm daşıyır. Əgər güclü ictimai nəzarət olmasa, əgər Azərbaycanda azad cəmiyyət formalaşmasa, bizim iqtisadi uğurlarımızın gələcəyi olmayacaq, ancaq müvəqqəti xarakter daşıyacaqdır. Ona görə son illər ərzində Azərbaycanda aparılan siyasi islahatların əsas mənası, məqsədi ondan ibarətdir ki, ölkəmiz hərtərəfli inkişaf etsin, ölkədə yaşayan hər bir vətəndaş bütün azadlıqlardan istifadə etsin. Azərbaycanda o cümlədən mətbuat azadlığı da mövcuddur. Azərbaycanda 500-dən çox mətbuat orqanı var və sərbəst şəkildə fəaliyyət göstərirlər. Bu məsələdə biz çox ciddi addımlar atırıq. Söz azadlığının, mətbuat azadlığının təmin olunması bizim prioritet məsələmizdir və deyə bilərəm ki, Azərbaycan bu sahədə böyük uğurlara nail olmuşdur. Bildiyiniz kimi, biz Avropa İttifaqı ilə yeni qonşuluq siyasətinə qoşulduq. O fəaliyyət proqramında o cümlədən siyasi islahatların davam etdirilməsi öz əksini tapır, yəni bu bizim seçimimizdir. Əgər biz bu fikirdə olmasaydıq, heç kim bizi məcbur edə bilməzdi ki, bu razılaşmalara gedək. Bu bizim seçimimiz, bizim istəyimizdir, bizim iradəmizdir. Ona görə bəzi mətbuat orqanları ilə əlaqədar yaranmış vəziyyəti biz siyasiləşdirməməliyik. Bütün məsələləri hüquqi çərçivədə həll etməliyik.

Bu yaxınlarda “Azadlıq” qəzetinin başqa ofisə köçürülməsi məsələsi müxalifət mətbuatı tərəfindən kifayət qədər çox müzakirə olunmuşdur. Bu texniki məsələ müxalifət tərəfindən süni şəkildə siyasiləşdirilir və sanki Azərbaycan iqtidarı müxalifət mətbuatını boğmaq istəyir. Əksinə, biz “Azadlıq” qəzeti üçün çox yararlı və gözəl şərait yaratmışıq. “Azərbaycan” nəşriyyatında onları yerləşdirəcəklər. Məhz o yerdə ki, bütün başqa mətbuat orqanları orada yerləşir. Bu məsələyə yalnız və yalnız hüquqi çərçivədə yanaşmaq lazımdır. Azərbaycanda söz azadlığı var, mətbuat azadlığı var və bununla əlaqədar heç kimdə şübhə olmamalıdır. Mən əminəm ki, Azərbaycanda bu proseslər gələcəkdə daha da sürətlə gedəcəkdir. Çünki ölkəmiz müasirləşir, zənginləşir, müasir dövlətə çevrilir və mətbuatı məhdudlaşdırmaq bütövlükdə mümkün deyildir. Qloballaşan dünyada mətbuatı məhdudlaşdırmaq mümkün deyildir.

ANS telekanalı ilə yaranmış vəziyyət də, əlbəttə, müzakirə mövzusudur və mən hesab edirəm ki, burada da məsələyə siyasi nöqteyi-nəzərdən yanaşmaq düzgün deyildir. Mən müxtəlif dövrlərdə - əvvəllər və Prezident seçiləndən sonra azad mətbuatın möhkəmlənməsinə həmişə dəstək vermişəm, o cümlədən ANS kanalının fəaliyyəti üçün lazım gələndə öz səylərimi göstərmişəm. Kanalın çox çətin dövrlərində, - hər halda, kanalın rəhbərliyi bunu təsdiq edə bilər, - həmişə onların yanında olmuşam. Bunu ona görə etmişəm ki, hesab edirəm, Azərbaycanda azad, müstəqil mətbuatın möhkəmlənməsi zəruridir və çox vacibdir.

Ancaq bununla yanaşı, hər bir məsələ qanun çərçivəsində həll olunmalıdır. Qanun hamı üçün qanun olmalıdır. Biz Azərbaycanda hüquqi dövlət yaradırıq. Mən bütün məmurlardan, bütün vəzifəli şəxslərdən tələb edirəm ki, hamı qanuna tabe olmalıdır. Adi vətəndaşdan tutmuş dövlət başçısına qədər, adi jurnalistdən tutmuş, kanal rəhbərinə qədər hamı qanuna tabe olmalıdır. Qanun kiminsə xoşuna gələ bilər, kiminsə xoşuna gəlməyə bilər. Amma bu qanundur, cəmiyyət, ölkə bu qanunlarla idarə olunur. Heç kim özünü qanundan üstün tuta bilməz. Bəzi hallarda müəyyən mətbuat orqanlarında belə bir fikir var ki, mətbuat nümayəndəsi olmaqla, jurnalist olmaqla, yaxud da mətbuat orqanının sahibi olmaqla hansısa xüsusi imtiyaz əldə edir. Bu, belə deyil, hamı eyni olmalıdır. Dövlət qurumları var, Milli Televiziya və Radio Şurası var, onların haqlı iradları var, əsaslanmış təklifləri var və gərək hər bir mətbuat orqanı bunları təmin etsin. Ona görə mən hesab edirəm ki, işgüzar şəraitdə, xoş niyyətlə bu məsələlər öz həllini tapa bilər. Əgər bütün iradlar, xəbərdarlıqlarda göstərilən tələblər yerinə yetirilərsə, onda bu kanalın fəaliyyəti davam etdirilə bilər.

Bilirsiniz, bir daha buna qayıtmaq istəyirəm, indiki zəmanədə heç bir mətbuat orqanını bağlamaq, məhdudlaşdırmaq mümkün deyildir. Biz internet dövründə yaşayırıq. İndi biz Azərbaycanın hər bir məktəbini internetə nə üçün qoşuruq?! Çünki bizim insanlarımız, uşaqlarımız, gənclərimiz körpə yaşlarından dünyada gedən proseslərə bələd olsunlar, dünyadakı yenilikləri görsünlər, götürsünlər, tətbiq etsinlər.

Mən bölgələrdə, ən ucqar kəndlərdə tez-tez oluram. Ən ucqar kəndlərdə peyk antenaları var, özü də tək-tük yox, kütləvi şəkildə. Yəni hansısa mətbuatı məhdudlaşdırmaq artıq mümkün deyildir. Bir müddətdən sonra televiziya kanalları artıq əl telefonlarında yayımlanacaqdır. Yəni məhdudlaşdırmaq məqsədi qoyulmur, belə niyyət də yoxdur. Sadəcə olaraq, hamı qanuna tabe olmalıdır, hamı qanun çərçivəsində fəaliyyət göstərməlidir. Heç kimə heç bir xüsusi şərait yaradılmayacaqdır. Bu, mənim prinsipial mövqeyimdir və bu mövqedən dönməyəcəyəm. Hər bir məsələ qanun çərçivəsində həll olunmalıdır. Belə olan halda, heç bir problem qalmaz. Əgər bunu hamı dərk etsə və qanunlara riayət etsə, bütün məsələlər öz həllini tapacaqdır.

Bir daha demək istəyirəm ki, mənim dünyagörüşüm belədir, mənim fəlsəfəm belədir. Mən Azərbaycanı müasir dövlət kimi görmək istəyirəm. Zəngin, iqtisadi cəhətdən möhkəm, siyasi cəhətdən azad, müasir, dünyaya açıq, əməkdaşlığa hazır, öz mövqeyini müdafiə edən, qüdrətli ordu potensialına malik olan, öz ərazi bütövlüyünü bərpa edən ölkə kimi görmək istəyirəm və bu yolda əlimdən gələni edəcəyəm. Məni bu yoldan heç kim və heç nə döndərə bilməz. Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyədə çay tullantılarından kömür və gübrə əldə olunur

Vitkoff və Kuşnerin Moskvaya səfərinin təxirə salınmasının səbəbi açıqlanıb

Hörmüz boğazında neft tankeri minaya düşüb

İndoneziya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

ABŞ Ukraynaya silah tədarükünü və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla hədələyir

Bill Qeyts süni intellekt səbəbindən kiberhücumların artacağını proqnozlaşdırır

Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 4387 nəfərə çatıb

“Bloomberg”: Səudiyyə Ərəbistanı Qərbin dəstəyindən narazıdır

İran: Hörmüz boğazında naviqasiya sistemlərini söndürən gəmilər cəzalandırılacaq

Oman sahillərində tankerə dron hücumu olub, iki dənizçi itkin düşüb

Özge Gürel: “44” filmindəki hekayədə var olduğum üçün qürur duyuram

Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq

Azərbaycan üçün əsas məsələ etimadı və uzunmüddətli tərəfdaşlığı möhkəmləndirməkdir ŞƏRH

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO