Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

-Əziz xaçmazlılar!

Əziz bacılar və qardaşlar!

Mən sizin hamınızı ürəkdən salamlayıram. Sizə öz dərin hörmət və məhəbbətimi bildirirəm.

Bu, mənim Xaçmaza ilk gəlişim deyildir. Mən Xaçmazda dəfələrlə olmuşam və hər dəfə çox böyük təəssüratla Bakıya dönmüşəm. Xalqımızın ümummilli lideri Heydər Əliyev demişkən, Xaçmaz Azərbaycanın ən gözəl guşələrindən biridir. Bu, həqiqətən belədir. Buranın çox gözəl təbiəti, iqlimi var. Amma hesab edirəm ki, Xaçmazın ən böyük sərvəti sizlərsiniz, qəhrəman, vətənpərvər insanlar, zəhmətkeş xaçmazlılardır.

Mən son dəfə Xaçmazda keçən ilin sentyabrında olmuşdum. Burada yeni böyük emal müəssisəsi açılırdı, mən də açılışda iştirak edirdim. O zaman mən bildirdim ki, vaxtilə belə bir müəssisənin yaradılması ilə əlaqədar xalqımızın ümummilli lideri Heydər Əliyevə müraciət olunmuşdu. Onun məsləhətinə ehtiyac var idi ki, bu zavod hansı rayonda tikilsin. Xatırlayıram, Heydər Əliyev demişdi ki, bunu Xaçmazda tikin. Bu zavod Xaçmazda tikildi və bu gün “Qafqaz” konserv zavodu çox gözəl fəaliyyət göstərir. Orada insanlar çalışır, kəndlilər öz məhsulunu zavoda təhvil verirlər. Beləliklə, Azərbaycanda ən yüksək standartlara cavab verən yeni müəssisə yaranmışdır. Mən bu gün oraya gedəcək, zavodun fəaliyyəti ilə tanış olacağam.

Bilirsiniz ki, seçkilərdən sonra Azərbaycanda qəbul edilmiş proqramlar çərçivəsində böyük işlər görülür. Bu işlərin təməli 1993-cü ildə qoyulmuşdur. 1993-cü ildə Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəlişindən sonra ölkə iqtisadiyyatına böyük həcmdə xarici sərmayə qoyuldu. Ölkə iqtisadiyyatı inkişaf etməyə başladı. Xüsusilə kənd təsərrüfatı inkişaf etməyə başladı. Torpaq islahatı aparıldı. Bu gün bu siyasət davam etdirilir, o cümlədən kənd təsərrüfatının inkişafı istiqamətində bu yaxınlarda çox ciddi addımlar atılacaqdır.

Azərbaycanda kənd təsərrüfatı məhsullarının həcmi ildən-ilə artır. Hamımız onu da bilirik ki, texnikamız kifayət qədər yoxdur, bu texnikanın alınması üçün müəyyən tədbirlər görüləcəkdir. Əminəm ki, bu addımlar atılandan sonra bu istiqamətdə daha da böyük işlər görüləcəkdir.

Azərbaycanın hər bir bölgəsi inkişaf edir. Minlərlə, on minlərlə yeni iş yerləri açılır. Seçkilərdən keçən dövr ərzində Xaçmaz rayonunda da iş yerlərinin açılması üçün böyük səylər göstərilmiş, böyük uğurlar əldə edilmişdir.

Dünən Qubada böyük bir tədbir keçirildi. Orada Xaçmazdan olan sahibkarlar da iştirak edirdilər. Mən onlarla da görüşdüm, məhsulları ilə tanış oldum. Görürəm ki, bu meyllər güclənir. Azərbaycanda sahibkarlar sinfi yaranır, güclənir. Bu bizim gələcək inkişafımızın ən başlıca amilidir.

Azərbaycanın neft strategiyası uğurla inkişaf edir və bu istiqamətdə görülmüş işlər göz qabağındadır. Heydər Əliyev tərəfindən həyata keçirilən neft strategiyası uğurla davam edir. Qeyri-neft sektorunun inkişafı, bölgələrin, rayonların inkişafı, abadlaşması indi bizim prioritet məsələmizdir. Bu məqsədlə seçkilərdən sonrakı real vəziyyətlə, problemlərlə tanış olmaq üçün, insanların həyatı ilə yaxından tanış olmaq, problemləri dinləmək üçün bölgələrə səfərlər edirəm. Artıq müxtəlif rayonlarda olmuşam, bu gün də Xaçmazdayam. Dünən Qubadaydım, bu gün səhər Qusarda olmuşam. Dünən səhər gələrkən Siyəzəndə, Dəvəçidə də əhali ilə görüşmüşəm. Hər şeyi öz gözlərimlə görməliyəm. Harada problem varsa, aradan qaldırılmalıdır. Harada uğur varsa, gərək o, təqdirlə qarşılansın.

Mən seçkilərdən əvvəl söz vermişdim ki, Azərbaycanın hərtərəfli inkişafı üçün əlimdən gələni əsirgəməyəcəyəm. Seçkilərdən sonra qəbul olunmuş proqramlar, xüsusilə regional inkişaf proqramı bu gün uğurla həyata keçirilir. Qarşımıza qoyduğumuz bütün vəzifələr öz həllini tapır. O cümlədən sosial məsələlər həllini tapır, əmək haqları qaldırılır, minimum əmək haqqı artırılıbdır. Gələn il yenə də qaldırılacaq və ildən-ilə Azərbaycan vətəndaşları daha yaxşı yaşayacaqlar. Beşillik proqram həyata keçiriləndən sonra Azərbaycan iqtisadi cəhətdən daha da güclənəcək, inkişaf edəcəkdir. Bizim məqsədimiz Azərbaycanın dövlət müstəqilliyini daha da möhkəmləndirmək, ölkənin milli maraqlarını daha da yüksək səviyyədə qorumaq, ordumuzu gücləndirməkdir.

Bu gün sərhəd dəstəsində idim. Orada böyük işlər görülübdür. Bizim Sərhəd Qoşunlarımızın da fəaliyyəti çox yüksək səviyyədədir. Bu, məni çox sevindirir. Mən istəyirəm ki, Azərbaycanın bütün vətəndaşları - kənd təsərrüfatı ilə məşğul olanlar, müəllimlər, həkimlər, hərbçilər, – bir sözlə, hamı ildən-ilə daha da yaxşı yaşasın.

Büdcədən maliyyələşən təşkilatlarda işləyən insanların həyat səviyyəsinin yaxşılaşdırılması üçün onların əmək haqları qaldırılacaqdır. Qeyri-dövlət neft sektorunda çalışanlara, sahibkarlıqla məşğul olanlara da dövlət tərəfindən qayğı göstərilir. Bu il 100 milyard manat kredit nəzərdə tutulmuşdur. Bu kreditdən istifadə nəticəsində minlərlə yeni iş yerləri açılacaqdır.

Azərbaycanın iqtisadi potensialı ildən-ilə güclənir. Büdcəmiz artır. Gələn ilin büdcəsi də artacaqdır. Bu da, öz növbəsində, kreditlərin daha böyük həcmdə verilməsinə imkanlar yaradacaqdır. Mən verdiyim bütün vədlərə sadiqəm. Seçkilərdən əvvəl verdiyim hər bir sözümün üstündə dururam və bunların hamısını da sizlərin dəstəyi ilə yerinə yetirəcəyəm.

Azərbaycanda Heydər Əliyev siyasəti davam etdirilir. Bu siyasət xalqımız tərəfindən dəstəklənir. Prezident seçkilərində mən bu dəstəyi bir daha hiss etdim. Mən bu böyük etimadı doğruldacağam.

Əziz dostlar!

Mən çox şadam ki, bu gün sizinlə birlikdəyəm, Xaçmazdayam, sizinlə görüşürəm. Mən bundan sonra da Xaçmaza gələcəyəm, bütün bölgələrə gedəcəyəm. Mənim səfərlərim hansısa təbliğat, yaxud da seçkiqabağı kampaniya xarakteri daşımır. Azərbaycanın Prezidenti kimi Azərbaycan xalqı ilə birlikdə olmalıyam və birlikdəyəm. Azərbaycanın hər bir rayonu, hər bir kəndi mənim üçün doğmadır, əzizdir. Ona görə bundan sonra biz sizinlə tez-tez görüşəcəyik, birlikdə doğma Vətənimizi, müstəqil Azərbaycanımızı daha da gücləndirəcəyik.

Sizə cansağlığı, xoşbəxtlik arzulayıram. Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB

Azərbaycan nefti 124 dollara satılır

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb