RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN “STATOİL-HYDRO” ŞİRKƏTİNİN BAŞ İCRAÇI DİREKTORU İLƏ GÖRÜŞÜ
Davos, 28 yanvar (AZƏRTAC). Azərbaycan Prezidenti İlham
Əliyev “Konqress” mehmanxanasında “Statoil-Hydro” şirkətinin baş icraçı direktoru Helge Lund ilə görüşmüşdür.
Helge Lund bildirdi ki, “Şahdəniz-1” və “Şahdəniz-2” layihəsi çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti ilə əməkdaşlıq uğurla inkişaf edir. O, “Şahdəniz-2” layihəsi üzrə işlərin sürətləndirilməsinin zəruriliyini bildirdi.
Prezident İlham Əliyev ölkəmizin enerji sahəsində uğurlarından danışaraq dedi ki, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın önəmi daha da artır, beynəlxalq enerji əməkdaşlığı genişlənir. Dövlətimizin başçısı dünyanın aparıcı şirkətləri, o cümlədən “Statoil” ilə əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini vurğuladı.
######