Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN YEKUN NİTQİ

- Növbəti altı ayda, ilin sonuna qədər bütün qəbul edilmiş proqramlar icra olunmalıdır. Biz əsas diqqəti infrastruktur layihələrinə yönəltməliyik. İndi Azərbaycanda bütün sahələrdə infrastrukturun yeniləşməsi çox sürətlə gedir. Keçən il 5 elektrik stansiyasının tikilməsi və 450 meqavata yaxın əlavə gücün yaradılması, əlbəttə ki, energetika sahəsində vəziyyəti xeyli dərəcədə yaxşılaşdırıbdır.

Bu il isə bu layihələr davam edir. Sumqayıtda böyük elektrik stansiyasının tikintisi davam edir. Növbəti planlarımızda “Şimal-2”, Əli Bayramlı, Səngəçal elektrik stansiyalarının tikintisi durur və Azərbaycanda çox böyük enerji potensialı yaranacaqdır. Biz indi, demək olar ki, özümüzü elektrik enerjisi ilə tam şəkildə təmin edirik və gələcəkdə elektrik enerjisinin ixracı ilə də məşğul olacağıq. Bu, həm böyük iqtisadi fayda gətirəcək və həm də, əlbəttə, siyasi baxımdan bizim üçün çox əlverişli olacaqdır.

Enerji sahəsində, xüsusilə ödəmələr məsələsində irəliləyiş, tərəqqi var. Mənə verilən məlumata görə, iyul ayında yığım 80 faizdən yuxarı olmuşdur. Nəzərə alsaq ki, uzun illər ərzində bizim ən ağrılı yerimiz kommunal ödənişlərin yığılmaması idi, bu, yaxşı göstəricidir. Bunun da müxtəlif səbəbləri var idi. Bəzi hallarda o vəsait insanlardan yığılırdı, sadəcə, kassaya mədaxil edilmirdi, ciblərə gedirdi. Bu sahədə əlbəttə ki, bizə çox böyük zərbə vuran “Barmek” şirkətinin fəaliyyəti olmuşdur. Faktik olaraq, paytaxtın enerji təsərrüfatını dağıtmışdır. İndi biz məcburuq böyük həcmdə əlavə vəsait ayıraq ki, “Bakıelektrikşəbəkə” şirkəti öz fəaliyyətini bərpa etsin, gücləndirsin. Yeni xətlər çəkilir, yeni transformatorlar quraşdırılır, yardımçı stansiyalar tikilir. Yəni budur, bizim gördüyümüz işlərin real nəticəsi.

Guya ki, bazar iqtisadiyyatına uyğun şəkildə fəaliyyət göstərən, amma əslində, öz şəxsi maraqlarını və bəzi keçmiş rüşvətxor məmurların şəxsi maraqlarını güdən “Barmek” şirkəti Azərbaycanda bu sahədə yenilik gətirəcəkdi. Sadəcə olaraq, böyük zərbə vurmuşdur və biz o zərbənin acı nəticələrini hələ ki, çəkməkdəyik. Amma bu sahədə vəziyyət xeyli dərəcədə yaxşılaşıbdır.

Bakı şəhərində elektrik təsərrüfatı dövlət nəzarətinə qayıtdıqdan sonra bu sahədə islahatlar da uğurla gedir. Həm dövlət tərəfindən əlavə vəsait ayrılır, həm də şirkət özü qazanır və beləliklə, enerji sahəsində vəziyyət sağlamlaşdırılır. Bu, çox gözəl hadisədir. Görülən işlərin gözəl nəticəsidir. Elə etməliyik ki, Azərbaycanda bütün enerji təsərrüfatı ən yüksək səviyyədə olsun. İndi yeni elektrik stansiyalarının tikintisi imkan verir ki, mövcud güclər müasir səviyyəyə cavab versin. Paylayıcı şəbəkələr də gərək yeniləşsin, təzə xətlər çəkilməli və bütün lazımi avadanlıqlar da quraşdırılmalıdır.

Qazlaşdırma sahəsində də işlər gedir. Bu vaxta qədər qazlaşdırılmayan rayonlara qaz xətləri çəkilir. Xüsusilə bu növbəti altı ayda biz Bakı kəndlərinin qazlaşdırılmasına daha da böyük fikir verməliyik. Nəzərə alsaq ki, bu, Bakının ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafı proqramında da öz əksini tapıb, gərək çalışmalıyıq ki, ilin sonuna qədər, yaxud da uzaqbaşı, gələn ilin birinci yarısında Bakının bütün qəsəbələrinin qaz problemləri həll edilsin.

İndi sayğaclar da quraşdırılır və bu sahədə, enerji və qaz təsərrüfatında qayda-qanun yaradılır. İnsanlar da bilməlidirlər ki, onlar enerji və qaz pulunu vaxtlı-vaxtında ödəməlidirlər. Sayğaclara müdaxilə etməməli, onları sındırmamalıdırlar. Yəni burada heç bir qanun pozuntusuna yol vermək olmaz. Məndə olan məlumata görə, görülən tədbirlər nəticəsində istehlak da, xüsusilə enerji istehlakı da xeyli dərəcədə aşağı düşübdür. Nə qədər aşağı düşübdür?

ETİBAR PİRVERDİYEV (”Azərenerji” Səhmdar Cəmiyyətinin prezidenti): 1,6 milyard kilovat-saat.

İLHAM ƏLİYEV: Faizlə nə qədər?

ETİBAR PİRVERDİYEV: 12,5 faiz.

İLHAM ƏLİYEV: 12,5 faiz aşağı düşübdür. Bu onu göstərir ki, artıq israfçılığa da yol verilmir və insanlar qənaətlə istifadə edirlər. Eyni zamanda, ölkədə enerji ilə bağlı problem yoxdur. Biz indiki qiymətlə 300 milyon dollar qənaət etmişik.

Digər infrastruktur layihələri də icra edilir və olunmalıdır. Xüsusilə yol tikintisi - həm magistral, həm də şəhərlərarası, şəhərdaxili yollar, körpülər. Biz hamımız bu gözəl inkişafı görürük. Bu işlər davam etməlidir. Kifayət qədər vəsait ayrılır. Ciddi maliyyə nəzarəti olmalıdır və növbəti mərhələ haqqında artıq təkliflər hazırlanıb təqdim edilməlidir.

Bakı şəhərində tıxaclar probleminin aradan qaldırılması çox böyük əhəmiyyət kəsb edən məsələdir. Bu sahədə kifayət qədər işlər görülür. Yollar, körpülər salınır, yeni avadanlığın alınması nəzərdə tutulubdur ki, yol hərəkətinin tənzimlənməsi daha da səmərəli olsun və insanlar bu tıxaclar problemindən əziyyət çəkməsinlər. Bir sözlə, bu, əsas infrastruktur layihələrimizdir və bundan başqa, əlbəttə, digər sahələrə də investisiyalar olacaqdır.

Gələn ilin büdcəsi haqqında mən artıq giriş sözümdə qeyd etdim ki, ciddi işləməliyik, büdcə çox sanballı olmalıdır. Artıq bizim dövlət büdcəmiz kifayət qədər böyükdür. Şübhəsiz ki, iqtisadi artım bizə imkan verir ki, gələn ilin büdcəsi həcm baxımından daha da böyük olsun. Orada investisiya layihələri mütləq öz əksini tapmalıdır. Əlbəttə ki, insanların sosial problemlərinin həlli, o cümlədən pensiyaların, maaşların minimum pensiyanın və əmək haqqının artırılması mütləq öz əksini tapmalıdır.

İnvestisiya layihələrində həm sənaye sahəsinə, eyni zamanda, humanitar sahəyə sərmayə qoyulmalıdır. Məktəb tikintisi, xəstəxanaların tikintisi - bütün bunlar lazımdır. Biz bunu edirik və son illər ərzində Azərbaycanda misli görünməmiş tikinti gedir.
Nazir Misir Mərdanov dedi ki, yalnız bu il 200-dən çox məktəb istifadəyə veriləcək, əlavə korpuslar tikiləcək, təmir işləri gedəcəkdir. Son üç ildə Azərbaycanda 1200 məktəb tikilib istifadəyə verilibdir. Bu, böyük nailiyyətdir və davam etməlidir. Çünki hələ yararsız vəziyyətdə olan məktəblərin sayı kifayət qədərdir. Uşaqlar yaxşı məktəblərdə oxumalı, müəllimlər də yaxşı məktəblərdə işləməlidirlər.
Rayonlarda müasir xəstəxanaların tikintisi davam edir. Həm Səhiyyə Nazirliyi xətti ilə, həm də Dövlət Neft Şirkəti tərəfindən. Bilirsiniz ki, bir müddət bundan əvvəl şirkətə göstəriş verilmişdir, onlar öz vəsaiti hesabına müasir xəstəxanalar tiksinlər. Artıq bu il bir neçə rayonda böyük tikinti gedir.
Bir sözlə, həm bu ilin sonuna qədər, həm bütövlükdə bütün fəaliyyətimizdə sosial məsələlərə çox böyük diqqət verilməlidir.
Bununla bərabər, abadlıq işləri də gedir. Bu gözəl şəhərimiz, paytaxtımız daha da gözəlləşir, abadlaşır. Bildiyiniz kimi, bir müddət bundan əvvəl mən bu məsələyə dair xüsusi sərəncam imzalamışam. O sərəncamda Bakının tarixi binalarının bərpası, təmizlənməzi, qorunması, işıqlandırılması məsələləri öz həllini tapmışdır və bu gün də biz bunu əyani şəkildə görürük. Biz hələ işin ilkin mərhələsindəyik. Planlarımızda, əlbəttə ki, Bakının bütün tarixi binalarının bərpası durur. Eyni zamanda, şəhərin mərkəzində yerləşən, lakin heç bir gözəl memarlığı ilə fərqlənməyən, köhnə, sovet tipli standart binaların gözəlləşdirilməsi məsələsi də gündəlikdə var. Bu sahədə artıq müəyyən işlər görülüb. Şəhərimizin mərkəzi Bakıya xas olan üslubda gözəlləşməlidir. Buna kifayət qədər vəsait də ayrılıb və bu işlər davam etməlidir.
Bununla bərabər, şəhər təsərrüfatına da əlavə investisiyalar qoyulmalıdır. Bu sahə də çox vacibdir. Yeni tikintilərə gəldikdə, onların hamısının çox gözəl memarlıq əlamətləri olmalıdır və standart tipli, “qutu” adlandırdığımız binalar artıq tikilmir, onlar qadağan edilibdir, dayandırmışıq. Bütövlükdə, bu sahəyə biz gərək fərdi qaydada yanaşaq ki, həm memarlıq baxımından gözəl binalar tikilsin, həm də onların yerləşməsi də şəhərin planına, bütün müasir şəhərsalma normalarına uyğun şəkildə təmin olsun.
Qanunsuz tikililərə artıq son qoyulmalıdır, qanunsuz tikililər sökülməlidir. Azərbaycanda hüquqi dövlət qurulur, bu hüquqi dövlət bütün sahələri ehtiva edir və heç bir qanunsuz hərəkət olmamalıdır, o cümlədən torpaqların qanunsuz zəbt edilməsi, qanunsuz sərəncamların verilməsi, yaxud da ki, heç bir sənədi olmayan şirkətlər tərəfindən qanunsuz binaların tikintisi. Bu baxımdan həm şəhər icra hakimiyyəti, həm də, rayon icra hakimiyyəti başçıları fərdi məsuliyyət daşıyırlar. Çünki bir çox hallarda onların şifahi razılığı ilə bu işlər görülür. Buna son qoyulmalıdır. Bu, mənim axırıncı xəbərdarlığımdır. Nə Bakıda, nə də ölkəmizin başqa yerlərində heç bir qanunsuz bina tikilməməlidir və tikilməyəcəkdir. Kim bunu edəcəksə, o, öz cəzasını alacaqdır!
Bakı ilə bərabər, bizim başqa şəhərlərimiz də gözəlləşir, abadlaşır. Mən tez-tez rayonlarda oluram, bu yenilikləri görürəm. Çox sevinirəm ki, rayonlarımızın da siması dəyişir. Onu da demək istəyirəm ki, rayonlarda binaların və ümumiyyətlə, şəhər təsərrüfatının müasir səviyyədə olması üçün mənim təşəbbüsümlə rayon icra hakimiyyəti başçıları Avropanın aparıcı ölkələrinə, şəhərlərinə ezam edilir və orada ən müasir təcrübə ilə tanış olurlar.
Zeynal, bu günə qədər onlar hansı ölkələrə ezam olunmuşlar?
ZEYNAL NAĞDƏLİYEV (Prezidentin İcra Aparatının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri): İsveçrə, Belçika, Yunanıstan, Rusiya, Almaniya və Avstriyaya.
İLHAM ƏLİYEV: Artıq bütün icra hakimiyyəti başçıları olublar?
ZEYNAL NAĞDƏLİYEV: İndiyə qədər əlli üç rayonun icra hakimiyyətinin başçıları xaricdə olub və bu istiqamətdə işlər davam etdirilir.
İLHAM ƏLİYEV: Bəli, bu proses davam etməlidir. Yəni bir dəfə ilə kifayətlənilməməlidir. Həm icra hakimiyyəti başçıları üçün də maraqlı olar, həm də əsas odur ki, onlar orada o gözəl təcrübəni, necə deyərlər, götürsünlər və tətbiq etsinlər.
Digər infrastruktur layihələrinin icra olunması da davam edir. Oğuz-Qəbələ-Bakı su xəttinin tikintisi gedir, bu, çox böyük layihədir. Bakını gözəl, təmiz içməli su ilə təmin edəcəkdir. Samur-Abşeron kanalının tikintisi də davam edir, bu da böyük infrastruktur layihəsidir. Bu məsələlərə də böyük diqqət göstərilməlidir və bütövlükdə su təsərrüfatına, onun inkişafına biz daha da böyük həcmdə vəsait qoymalıyıq.
İndi enerji sahəsində vəziyyət normallaşır, yeni xətlər çəkilir, elektrik stansiyaları kifayət qədər tikilibdir. Qaz təsərrüfatında da işlər gedir və Azərbaycanda qazın hasilatı artır. Beləliklə, yeni kəndlərə, məntəqələrə qazın verilməsi mümkün olacaqdır. Düzdür, bizdən qat-qat çox qaz hasil edən ölkələrdə qazlaşdırma bizdən aşağı səviyyədədir. Bizdə isə bu rəqəm çox yüksəkdir. Qazlaşdırma nə qədərdir?
ƏLİXAN MƏLİKOV (”Azəriqaz” Səhmdar Cəmiyyətinin sədri): Cənab Prezident, 92 faizdir.
İLHAM ƏLİYEV: 92 faiz, deməli, ölkəmizin, demək olar ki, əksər hissəsi qazlaşdırılıbdır.
Vaxtilə, məhz 1970-ci illərdə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə qazlaşdırmanın əsas hissəsi öz həllini tapıbdır. Əlbəttə ki, indi bu xətləri biz yeniləşdiririk, onların bəziləri sıradan çıxıbdır. Ancaq qaz hasilatı artdıqca, əlbəttə ki, Azərbaycanda qazlaşdırma prosesi davam etməlidir.
Yəni elektrik enerjisi sahəsində, qaz təsərrüfatında irəliləyiş var. Biz indi diqqəti daha çox içməli su, meliorasiya, kanalizasiya məsələlərinə yönəltməliyik. Bu, ölkəmizin hərtərəfli inkişafı üçün, kənd təsərrüfatının inkişafı üçün, ekoloji vəziyyətin sabitləşməsi üçün, insanların sağlamlığı üçün prioritet məsələdir.
Qeyri-neft sektorunun inkişafında yaxşı nəticələr var. Deyə bilərəm ki, bu ilin 6 ayında Azərbaycanın iqtisadiyyatına 2,7 milyard manat investisiya qoyulmuşdur. Onlardan 1,6 milyard manatı neft sektoruna, 1,1 milyard manatı qeyri-neft sektorunadır. Bu, çox gözəl göstəricidir. Yəni, onu göstərir ki, Azərbaycanın iqtisadiyyatı çoxşaxəli şəkildə inkişaf edir. Bizim iqtisadiyyatımız, sadəcə, neftin əsasında qurulmur. Bizim məqsədimiz məhz bundadır ki, neft amilindən asılılığımız maksimum dərəcədə azalsın və qeyri-neft iqtisadiyyatı Azərbaycanın bütün əsas iqtisadi tələbatını ödəyə bilsin.
Onu da deyə bilərəm ki, 2,7 milyard manat investisiyadan 1,4 milyard manatı daxili investisiyadır. Bu da çox gözəl göstəricidir. Əvvəlki illərdə xarici investisiyalar bizdə 90 faiz təşkil edirdi. İndi əksəri daxili investisiyadır. Əlbəttə, dövlət xətti ilə görülən işlər də bunun içindədir, həm də özəl sektor tərəfindən kifayət qədər vəsait qoyulur.
Özəl sektora bizim dəstəyimiz davam etməlidir. Bütün dövlət qurumları sahibkarlığın inkişafında fəal iştirak etməlidir. Sahibkarlara verilən güzəştli kreditlər davam edəcəkdir. Artıq bir neçə ildir ki, bu kreditlər verilir, yəqin, vaxt gəlib çatıb ki, o kreditlər qaytarılsın.
Bu günə qədər sahibkarlığın inkişafı istiqamətində verilən kreditlərin həcmi yəqin ki, 200 milyon manatdan çox olubdur. Əlbəttə, bu, dövlət tərəfindən sahibkarlara göstərilən böyük diqqətdir. Gələn illərdə, yəqin ki, 2008-ci ildə yenə də biz o kreditləri verəcəyik. Amma yəqin bir ildən, iki ildən sonra artıq o kreditlər qayıtmağa başlayacaq və onun hesabına yeni kreditlər veriləcəkdir. Yəni kreditlərin qaytarılması ona görə lazımdır ki, başqa sahibkarlara yeni kreditlər verilsin. Biz dövlət tərəfindən olan bu dəstəyin əyani nəticələrini rayonlarda gedən işlərdə görürük. İri müəssisələr, fabriklər, zavodlar tikilir, iş yerləri açılır - bütün bunlar bizə də, sahibkarlara da lazımdır.
Dövlət İnvestisiya Şirkətinin fəaliyyəti çox vacibdir və bilirəm ki, onun artıq bir neçə hazır layihəsi var. Onların icrasına başlanmalıdır. Bu, bizim üçün yeni bir sahədir. Dövlət İnvestisiya Şirkəti bu yaxınlarda yaradılıbdır. Onun əsas məqsədi ondan ibarətdir ki, xarici investorları stimullaşdırsın, təşviq etsin və Azərbaycana lazım olan, ölkəmizin iqtisadiyyatına lazım olan sahələrə investisiyalar daha böyük həcmdə gəlsin.
Yarmarkalar öz müsbət nəticələrini verir, insanlar bundan faydalanırlar. Bu, davam etməlidir. Bilirəm ki, yarmarkalara çıxarılan məhsulların miqdarı da, növləri də artır. Bu, çox müsbət təşəbbüsdür və bunun çox gözəl nəticələri vardır.
Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları (İKT) sürətlə inkişaf edir. Mən çox şadam, görürəm ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin çox böyük proqramları var. Mən bu il dünyanın aparıcı İKT şirkətlərinin başçıları ilə görüşlər keçirmişəm. Azərbaycana çox böyük maraq var, Azərbaycan çox perspektivli yer kimi qəbul olunur. Bir tərəfdən, bizim ümumi iqtisadi inkişafımız, ümumi daxili məhsulun yüksək səviyyədə olması, Azərbaycanda iş görmək istəyən bütün şirkətləri, əlbəttə, təəccübləndirir və eyni zamanda, onları Azərbaycana gəlməyə sövq edir. Digər tərəfdən, bu sahədə görülən işlər, qəbul edilmiş proqramlar və bizim praktik uğurlarımız, əlbəttə, böyük İKT şirkətlərinin Azərbaycana gəlməsini təmin edəcəkdir. Bu, müasirlikdir, iqtisadi cəhətdən çox əlverişli sektordur. Nazir Əli Abbasov bu barədə məlumat verdi, Azərbaycan gələcəkdə bu sahənin inkişafından milyardlarla dollar pul qazanacaqdır. Eyni zamanda, bu, müasirlikdir, inkişafdır, savaddır, bilikdir.
Azərbaycan müasir ölkədir və iqtisadi, siyasi - bütün başqa sahələrdə müasirlik prinsipləri əsas olmalıdır. Öz doğma tarixinə, mədəniyyətinə, milli köklərinə bağlı olan, eyni zamanda, müasir Azərbaycan. Müasir Azərbaycan kimi ölkəmiz artıq dünyada tanınır. İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı məhz ölkənin müasirliyini göstərir. Bizim bütün imkanlarımız var ki, Azərbaycan İKT sahəsində bölgənin mərkəzinə çevrilsin. Daha doğrusu bu, bizim istəyimizdir, niyyətimizdir. Yeni texnoparkların yaradılması, İKT-nin bütün əlamətlərinin Azərbaycanda tətbiq olunması həm bu sahədə böyük sıçrayışa gətirib çıxaracaq, həm də başqa sektorlara öz müsbət təsirini göstərəcəkdir. Necə ki, vaxtilə uğurlu neft strategiyamız bütün başqa sektorlara öz təsirini göstərmişdir, mən tam əminəm ki, İKT-nin inkişafı bütün başqa sektorlara, xüsusilə xidmət sektorlarının inkişafına çox böyük təsir göstərəcəkdir.
Beləliklə, demək istəyirəm ki, bütövlükdə, ilin 6 ayının yekunları çox müsbətdir, çox qənaətbəxşdir. Qəbul edilmiş bütün qərarlar, büdcənin icrası növbəti altı ayda təmin olunmalıdır, bütün infrastruktur layihələri təmin edilməlidir. Artıq indidən 2008-ci ilin büdcəsinə və ümumiyyətlə, 2008-ci ildə görüləcək işlərə diqqət yetirməliyik. Bütün nazirliklər, bütün dövlət qurumları öz təkliflərini verməlidir, son anda yox, özü də vaxtında verməlidir.
Bəzi hallarda, - mən bunu da qeyd etmək istəyirəm, - bəzi dövlət qurumları son anda təklifini verir və deyir ki, bu qədər vəsait lazımdır və onu heç cür əsaslandırmır. Bilirsiniz, bu da çox ciddi məsələdir. Mən istəyirəm xüsusilə bu barədə deyim. İndi bizim maddi imkanlarımız, büdcəmiz artır. Ancaq bu, o demək deyil ki, qeyri-real sifarişlər verilsin, görüləcək işlərin xərcləri süni şəkildə artırılsın. Bizim maddi imkanlarımız, sadəcə olaraq, imkan verir ki, bütün qarşıda duran vəzifələr icra edilsin. Amma bütün təkliflər, bütün sifarişlər vaxtlı-vaxtında verilməlidir. İndidən dövlət qurumları tərəfindən Maliyyə Nazirliyinə, Nazirlər Kabinetinə təkliflər verilməlidir ki, 2008-ci ildə hansı işlər görüləcəkdir və bu, real təkliflər olmalıdır, onsuz da onlar təftiş ediləcəkdir. Amma indidən deyirəm, şişirtmələrə yol vermək olmaz, burada əsassız iddialar olmamalıdır. Hər şey reallıq əsasında olmalıdır və görüləcək bütün işlər maksimum səmərə verməlidir.
Bununla iclasımız başa çatır. Sizə uğurlar arzulayıram.
Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib

Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin məzunları “Son zəng”in sevincini yaşayıblar

İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib

Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub

Vüqar Rəhimzadə: Qurtuluşdan başlanan yol Azərbaycanı yeni zirvələrə və qələbələrə aparacaq

Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb

Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub

Ünal Üstel: Azərbaycanda ortaq mədəniyyətimiz və gələcəyimiz naminə çalışırıq

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb

Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub

Ağcabədidə tam orta təhsil səviyyəsini bitirən 1466 məzun üçün “Son zəng” çalınıb

Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır

Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq

Ağdam şəhərində 33 il sonra “Son zəng” çalınıb

Milli Qurtuluş Günü müasir Azərbaycanın siyasi, iqtisadi və ideoloji dayağıdır - ŞƏRH

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Nazir müavini: Gənclərin texnologiyaların yalnız istifadəçisi deyil, həm də yaradıcısı olmağını istəyirik

Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır

Bu saata olan əsas xəbərlər

Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza

Füzuli şəhər məktəbində “Son zəng” sevinci

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

ÜST Ümumdünya Qan Donoru Günü ilə bağlı hesabat hazırlayıb

Şimal bölgəsində 6 minə yaxın şagird məzun olub - FOTOLAR

Azad edilmiş ərazilərdə 47 müəssisədə əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri aparılıb

Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir

Qarabağ və Şərqi Zəngəzurda iki yeni qan bankı fəaliyyət göstərəcək

Ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB VİDEO

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB VİDEO

TDT-yə üzv və müşahidəçi ölkələrin ümumi ÜDM-i 2,4 trilyon ABŞ dollarını ötüb

TDT-yə üzv dövlətlərlə qarşılıqlı investisiyaların həcmi 40 milyard dollara yaxındır

Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur VİDEO

Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur VİDEO

Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO

Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO

TDT-yə üzv ölkələrin rəqabət orqanları arasında qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi strateji əhəmiyyət kəsb edir

2025-ci ildə Azərbaycanın TDT dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7,3 milyard ABŞ dolları olub

Elnur Bağırov: TDT-yə üzv ölkələrin əməkdaşlıq təşəbbüsləri Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinə töhfə verir

AZAL Naxçıvana uçuşları bərpa edib

Elm və təhsil naziri Gəncədə "Son zəng" mərasiminə qatılıb

İlin 5 ayı ərzində donor sayı 50 mindən artıq olub

FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib

Qəbələdə Milli Qurtuluş Gününə dair məktəbdə görüş: Müstəqilliyimizin Heydər Əliyev strategiyası

Balakəndə yaş barama tədarükünə başlanılıb - artıq kümçülər 2 ton barama təhvil verib

Neftçilər Milli Qurtuluş Gününü qeyd ediblər

Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan gün - ŞƏRH

İyunun 13-ü Beynəlxalq Albinizm haqqında Məlumatın Yayılması Günüdür

ABŞ Avropadakı qırıcı təyyarələrinin üçdəbirini geri çəkməyi planlaşdırır

Milli Qurtuluş Günü xalqımızı nicata aparan dönüş nöqtəsi oldu

Cari ildə tədris prosesində iştirak edən müəllimlərin sayı açıqlanıb

Tramp “Tren de Aragua” təşkilatının liderinin öldürüldüyünü açıqlayıb

ABŞ millisi dünya çempionatına qələbə ilə başladı

ABŞ Mərkəzi Komandanlığı Hörmüz boğazında İrana məxsus kamikadze dronlarını vurub

Azərbaycan məktəblərində “Son zəng” sədaları VİDEO

Azərbaycan məktəblərində “Son zəng” sədaları VİDEO

Qusarın Avaran kəndində 384 ev mərkəzləşdirilmiş içməli su şəbəkəsinə qoşulub

İran XİN: Tehran Vaşinqtonla memorandumun razılaşdırılmasının son mərhələsindədir

Dünyanın ən təhlükəli 7 vulkanı

Konqo Demokratik Respublikasında “Ebola” virusundan ölənlərin sayı 139 nəfərə çatıb

Əraqçi: ABŞ memorandumda yeni münaqişəyə başlamamaq öhdəliyi götürür

Qafar Qənizadə: Hər bir insanın özünü tanımaq və mənəvi sağalma üçün vasitələrə ehtiyacı var

Dünya çempionatı: Neymar Mərakeşlə oyunu buraxacaq

Kanada millisi dünya çempionatları tarixində ilk xalını qazanıb

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılış mərasimi olub

Dünya çempionatı: Kanada - Bosniya və Herseqovina oyununda qalib müəyyənləşməyib

Natalya Jukova: Bu il “Nine Senses Fest” mindən çox iştirakçını bir araya gətirəcək

Misirdə təlim təyyarəsi qəzaya uğrayıb, pilot ölüb

Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib

Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb

BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir

“Sabah” braziliyalı müdafiəçini transfer edib

Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib

Fırat Arapoğlu: “Proqramlaşdırılmış izlər” sərgisində texnologiyanın yaratdığı yeni reallıq təqdim olunur

Azərbaycan və Slovakiya arasında siyasi məsləhətləşmələrin növbəti iclası olub

Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib

Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub

AZAL-ın Naxçıvan reyslərini icra edən təyyarələri hava şəraiti ilə əlaqədar Bakıya geri qayıdıb

Lənkəran və Astarada güləş zallarına baxış keçirilib

BDU-nu ən yüksək Ümumi Orta Müvəffəqiyyət Göstəricisi ilə bitirən məzunların adları açıqlanıb

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib VİDEO

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib VİDEO

Balakəndə möhtəşəm konsert proqramı VİDEO

Balakəndə möhtəşəm konsert proqramı VİDEO

MEDİA: Fransanın bəzi media qurumlarının Azərbaycana qarşı qarayaxma kampaniyasını qəti şəkildə pisləyirik

Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub

Naxçıvanda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub YENİLƏNİB VİDEO

Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub YENİLƏNİB VİDEO

Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb

Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır

Alparslan Bayraktar: TANAP Avropanın enerji təhlükəsizliyinin əsas təminatçısıdır

Ekspert: Azərbaycan “ağıllı şəhərlər”i və dayanıqlı infrastrukturu fəal şəkildə inkişaf etdirir - MÜSAHİBƏ

Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib

Fransalı vəkil “ayrı-seçkilik” və “nifrətə təhrik” ittihamları üzrə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası: müzakirəyə 10 məsələ çıxarılıb VİDEO

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası: müzakirəyə 10 məsələ çıxarılıb VİDEO