SİYASƏT
Azərbaycan Prezidenti Misir dövlətinin başçısını və xalqını təbrik etmişdir
Bakı, 21 iyul (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasının milli bayramı - İnqilab Günü münasibətilə Prezident Məhəmməd Mursiyə təbrik məktubu göndərmişdir.
Milli bayram münasibətilə Misir dövlətinin başçısına və xalqına öz adından və Azərbaycan xalqı adından təbriklərini çatdıran Prezident İlham Əliyev ölkələrimiz arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmlənməsinin və inkişafının daim xalqlarımızın mənafelərinə xidmət edəcəyinə əminliyini bildirmişdir.
Dövlətimizin başçısı Prezident Məhəmməd Mursiyə möhkəm cansağlığı, uğurlar, dost Misir xalqına əmin-amanlıq və tərəqqi arzulamışdır.