SİYASƏT
Azərbaycan prezidentinin seçkiləri ilə əlaqədar Tbilisidə yaradılmış seçki məntəqəsində səsvermə yüksək fəallıqla başlamışdır
Tbilisi, 9 oktyabr (AZƏRTAC). Azərbaycan Respublikası prezidentinin seçkiləri ilə əlaqədar Gürcüstandakı səfirliyin yeni binasında təşkil olunmuş 33 saylı seçki məntəqəsində səsvermə yüksək fəallıq və mütəşəkkilliklə başlanmışdır.
Məntəqəni Azərbaycanın Gürcüstandakı səfiri, məntəqə seçki komissiyasının sədri Azər Hüseyn açmış və komissiya üzvlərinin iştirakı ilə səsvermənin yüksək səviyyədə keçirilməsi üçün bütün hazırlıq işlərini bir daha nəzərdən keçirmişdir.
Sonra diplomat bu məntəqədə ilk səs vermişdir. O, ölkəmizdə keçirilən hər bir seçkinin demokratiyanın daha da inkişafı istiqamətində mütərəqqi addım olduğunu vurğulamışdır. Azər Hüseyn məntəqədə seçkilərin demokratik, şəffaf keçirilməsi üçün hər bir şəraitin yaradıldığını diqqətə çatdırmışdır.
Tbilisidəki 33 saylı seçki məntəqəsində 275 nəfər seçici qeydiyyata alınmışdır.
Səsvermə davam edir.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi