Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycan Prezidentinin xarici siyasətinin konturları dağınıq beynəlxalq münasibətlər sistemində nizamın və səmərəli qərarqəbuletmənin necə yaradıla biləcəyi sualına cavab verir

Azərbaycan Prezidentinin xarici siyasətinin konturları dağınıq beynəlxalq münasibətlər sistemində nizamın və səmərəli qərarqəbuletmənin necə yaradıla biləcəyi sualına cavab verir

Bakı, 10 yanvar, AZƏRTAC

Bu gün beynəlxalq münasibətlər sisteminə nəzər yetirdiyimiz zaman o, radikal fikir ayrılıqları olsa da, birgə yaşamaq məcburiyyətində olan çoxsaylı siyasi vahidlərdən ibarət olub, mövcud siyasi reallıqlar kontekstində əsas kimi vahid deyil, parçalanmış və dağınıq bir mühitdə nizamın və səmərəli qərar qəbuletmənin necə yaradıla biləcəyi sualı üzərində dayanır. Prezident İlham Əliyevin illər ərzində yürütdüyü çoxşaxəli, balanslaşdırılmış, konstruktiv, ən əsası isə konkret hədəflərə istiqamətlənmiş nəticəyönümlü diplomatiya və xarici siyasətin əsas konturları bu suala cavab verir. 2021-ci ildə əldə olunan nəticələr Azərbaycanın xarici siyasət istiqamətlərinin olduqca düzgün müəyyənləşdirildiyindən xəbər verir. Heç şübhəsiz, bu uğurlu diplomatiya piramidasının sonuncu və zirvə mərhələsində Qarabağ Zəfəri və onun leqallaşdırılması dayanırsa, digər pillələrdə Azərbaycanın beynəlxalq münasibətlər sisteminin digər aktorları kimi individual olaraq dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətlərini daha da dərinləşdirməsi durur. Bu baxımdan 2022-ci ildə də beynəlxalq münasibətlər sistemində mövqelərimizin möhkəmləndirilməsi əsas hədəf olacaq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri politoloq Şəbnəm Həsənova söyləyib.

Politoloq deyib: “İndiki məqamda reallıq ondan ibarətdir ki, beynəlxalq sistem parçalanmış olsa da, bu, siyasi vahidlərin bir-biri ilə qarşılıqlı əlaqəsinə mane olmur. Bu qarşılıqlı əlaqələr bir-birini müstəqil olaraq tanıyan diskret siyasi vahidlər arasında nizamlı mübadilə təcrübələri kimi bilinən beynəlxalq sifarişləri təşkil edir. Məsələn, koronavirus pandemiyası, onun yaratdığı iqtisadi çətinliklər və onlara qarşı mübarizədə təcrübə mübadiləsi beynəlxalq münasibətlər sisteminin aktorlarının bir-birindən qarşılıqlı asılılıq prinsipini daha da aydın şəkildə üzə çıxardı və aktual etdi. Məlum oldu ki, beynəlxalq sifarişlər siyasi vahidlərin ticarət, diplomatiya və ya fikir mübadiləsi yolu ilə müntəzəm olaraq bir-biri ilə qarşılıqlı əlaqədə olmağa başlamasından bəri mövcuddur. Bu mənada, dünya tarixi çoxlu regional və beynəlxalq sifarişlər görmüşdür. Bu tendensiyanın reallığını dünya iqtisadiyyatının qlobal genişlənməsi və obrazlı şəkildə desək, pandemiyanın təsiri ilə daha da kiçilməsi kimi beynəlxalq proseslərdə izləmək olar. Burada digər məsələ və qlobal çağırış odur ki, müasir beynəlxalq münasibətlər sistemi dünya liderlərindən alışdıqları konvensional, yəni, ənənəvi yanaşmadan kənar, tamamilə yeni, modern çağırışlara çevik və adekvat cavab verən yanaşma tələb edir. Bu tələbi yerinə yetirən güclü tərəflər aktor kimi mövcudluğunu qoruyub saxlayırsa, onu yerinə yetirə bilməyənlər də sistemdən sürüşüb çıxır, ya da indiki mənzərəyə nəzər yetirib daha dəqiq ifadə etsək güclü aktorların icraçısına çevrilirlər. Son illərdə bu beynəlxalq dinamika az sayda güclü dövlətlərə öz güclərini bütün dünyada proyeksiya etməyə daha geniş imkan yaratdı. Bütün bu kompleks mövcudluqların olduğu, regionda və dünyada artan iqtisadi böhranların və siyasi kataklizmlərin hökm sürdüyü bir zamanda Azərbaycan Prezidentinin dünyanın modern trendlərinə cavab verən yenilikçi idarəçilik sistemi və xalqın monolit birliyi nəticəsində dövlətimiz balanslaşdırılmış, səmərəli siyasət yürüdür, xalqımız isə qurucu xalq missiyasını uğurla icra edir. Daha empirik nümunələr kimi bu amillər Ümumdünya Səhiyyə Təşkilatının koronavirus pandemiyasına qarşı mübarizədə dövlətimizin səylərini və aldığı qərarları “Azərbaycan modeli” adı altında digər ölkələrə nümunə gətirməsi ilə yüksək dəyərləndirməsində və xalqımızın Vətən müharibəsindən sonra da Qarabağı dirçəltmək olan bir amal uğrunda birləşməsində büruzə verdi”.

Ş.Həsənova qeyd edib ki, Azərbaycan müxtəlif beynəlxalq platformalarda yalnız qarşılaşdığımız məsələlərin deyil, habelə, bütün dünyanı yaxından maraqlandıran qlobal miqyaslı problemlərin həllinə töhfə verməyə çalışır. Dövlətimizin başçısının “vaksin millətçiliyini” sərt tənqid etməsi, varlı və kasıb ölkələr arasında vaksinləşmə məsələsinin ədalətsiz bölgüsünü pisləməsi, Azərbaycanın 2020-ci ildə Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar yardım etməsi, pandemiya ilə mübarizədə ayrı-ayrı dövlətlərə maliyyə və humanitar yardımlar göstərməsi Azərbaycan dövlətinin ümumbəşəri məsələlərdə beynəlxalq münasibətlər sisteminin etibarlı tərəfdaş obrazını daha da gücləndirdi. Dünya siyasətinin reallıqlarını və beynəlxalq münasibətlər sisteminin kompleksliyini aydın dərk edən Azərbaycan Prezidenti bir daha bütün dünyaya göstərdi ki, hər şeyə baxmayaraq qlobal həmrəylik göstərərək qlobal disfunksiyanın qarşısının alınması üçün hələ də gec deyil.

Müasir qloballaşma elə bir dünya yaradır ki, burada transmilli münasibətlərin və şəbəkələrin geniş əhatə dairəsi onların yüksək intensivliyi, sürəti, iqtisadi və sosialdan ətraf mühitə qədər həyatın bir çox aspektləri üzrə təsir meyili ilə uyğunlaşdırılır. Dəyişən qlobal şəraitdə siyasət, iqtisadiyyat və sosial əlaqələrin bütün və hətta yeni sahələrində beynəlxalq əlaqələr şəbəkəsi güclənir. Qloballaşma iqtisadi, siyasi, mədəni yaxınlaşma və ya homogenləşmə prosesini özündə ehtiva edir. Bütün bu məsələlərin həllində modern çağımızda beynəlxalq təşkilatlar özləri də ayrılıqda müasir beynəlxalq sisteminin, qlobal iqtisadiyyatın hər yerdə mövcud olan bir xüsusiyyəti və aktoru kimi qəbul olunur. Heç şübhəsiz ki, beynəlxalq institutların yayılması adətən qloballaşma, transmilli mübadilə və kommunikasiya səviyyələrinin artması ilə əlaqələndirilir. Qloballaşan dünyada yaranan kollektiv fəaliyyətin getdikcə mürəkkəbləşən dilemması ilə məşğul olmaq üçün qurumlara ehtiyac daha da artır, həmin mürəkkəb məsələlərin konkret həllini zəruri edən və regional aktorları özündə birləşdirən regional təşkilatlar daha ön plana çıxır. Bu baxımdan da regional və beynəlxalq təşkilatlarla aktiv şəkildə çalışmaq Azərbaycanın xarici siyasətində də son illərdə əsas prioritetlərdən birinə çevrilmişdir. Çünki müasir siyasi reallıqlar sübut edir ki, suverenlik getdikcə daha çox öz dövlətini xarici təsirlərdən təcrid etmək gücü ilə deyil, bütün növ beynəlxalq təsisatlarda səmərəli iştirak etmək gücü ilə müəyyən edilə bilər. Bütün bu reallıqları çevik dəyərləndirməyi bacaran, müasir çağırışlara adekvat cavab verməyi bilən görkəmli diplomat Prezident İlham Əliyev Azərbaycanın sıx əməkdaşlıq etdiyi təşkilatlarla olduqca effektiv sayılan bir prinsip üzərində işləmişdir. Belə ki, dövlətimiz təşkilatların imkanlarından yararlandığı qədər, biz də o təşkilatların dünyadakı nüfuzunun artırılmasına xidmət etməyi qarşımıza məqsəd qoymuşuq. Bu baxımdan da təşkilatlarda sədrlik etdiyimiz dövrdə irəli sürülən yeni təşəbbüslər təşkilatların dünyada cərəyan edən proseslərin idarə edilməsində və dizaynında olan rolunu əhəmiyyətli dərəcədə artırmışdır. Məhz bu amili əsas tutaraq əminliklə deyə bilərik, Azərbaycanın BMT-dən sonra ikinci ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına sədrliyi dövründə təşkilatın nüfuz dairəsi və beynəlxalq münasibətlərdə gedən proseslərə təsir mexanizmi daha da güclənmiş, bu effektiv və rasional davranış modeli də Azərbaycana müsbət mənada geri dönüş etmiş, dünya nizamında mövqeyimiz möhkəmlənmişdir.

Azərbaycanın ötən ildə diplomatik masada mövqelərini möhkəmləndirməyinin nəticəsidir ki, bu gün Azərbaycan regionun yeni geosiyasi mənzərəsini formalaşdırmaqla yanaşı, region tarixində yeni səhifələrin açılmasını təmin edir. Belə ki, Azərbaycan-Rusiya-İran, Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Türkiyə-Pakistan, Azərbaycan-Türkiyə-Türkmənistan kimi üçtərəfli dialoq platformaları ölkəmizin beynəlxalq statusunun artırılması ilə yanaşı, region ölkələri üçün yeni iqtisadi perspektivlər vəd edir. Dövlət başçımızın aldığı müdrik qərarların nəticəsidir ki, region dövlətləri arasında daha etibarlı münasibətlər bərqərar olur və regionun investisiya cəlbediciliyi artır.

2021-ci ildə Azərbaycanın xarici siyasətində daha bir uğuru yeni adı ilə Türk Dövlətlər Birliyi olan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına uğurla sədrlik etməsi idi ki, burada da ən tarixi hadisə 2021-ci il noyabrın 12-də Prezident İlham Əliyev Qarabağın azad edilməsi işində göstərilən səylərə və türk birliyinin daha da güclənməsi işinə töhfələrinə görə Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi oldu. Bundan əlavə, Azərbaycan BMT, ATƏT, Avropa İttifaqı, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalarda öz mövqeyini daha da gücləndirməklə, həm də qeyd olunduğu kimi bu təşkilatların beynəlxalq münasibətlər sistemində nüfuzunun daha da artırılmasına əvəzsiz töhfələr verdi.

2021-ci ilin başlanğıcında Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Moskva görüşü, ilin sonuna doğru Soçi görüşü, ardınca Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə keçirilən görüş Azərbaycanın mövqeyini gücləndirməklə yanaşı, əldə etdiyimiz Zəfərin leqallaşdırılması işində əhəmiyyətli rol oynadı. Aydın oldu ki, Azərbaycanın mövqeyi beynəlxalq aktorlar tərəfindən də qəbul olunur.

Dövlət başçımız hər zaman çıxışlarında bildirib ki, təəssüflər olsun ki, biz beynəlxalq hüququn yox, güc faktorunun işlək mexanizmə sahib olduğunun şahidi oluruq. Yeni qlobal reallıqlar kontekstində beynəlxalq hüquqa sektoral və selektiv yanaşma dünyada böyük suallar doğurur. Müəyyən dairələrin bəlli və konkret maraqlarına ehtiyac yarandıqda “ləğv et və dəyişdir” funksiyasından istifadə etmək adi hal almış, beynəlxalq hüququn bu və ya digər məsələlərə reaksiyası adekvat olmamışdır. Bütün bu mənfi tendensiyalar və reallıqlar fonunda Azərbaycan dövləti bu illər ərzində bir tərəfdən həm siyasi və iqtisadi cəhətdən gücləndisə, həm də beynəlxalq hüquq sahəsində də sistematik işlərə imza atdı, ötən ildə beynəlxalq hüquqi müstəvidə də böyük bir uğur əldə etdi. Belə ki, Azərbaycan Ermənistanı hüquqi müstəvidə, BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində də məğlub etdi. Daha sadə dillə desək, Ermənistan dövlətinin yalan üzərində qurulduğu rəsmi şəkildə sübuta yetirildi. Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın “müharibə məhbuslarının dərhal geri qaytarılmasına”, “Hərbi Qənimətlər Parkının bağlanmasına”, “guya Azərbaycan tərəfindən törədilmiş müharibə cinayətlərinin araşdırılmasına dair” iddialarını təmin etmədi. Beynəlxalq məhkəmə bildirdi ki, Ermənistanın Azərbaycan tərəfindən müharibə cinayətlərinin araşdırılması iddiasına dair əsaslandırılmış sübutlar təqdim edilməyib. Əslində, məhkəmə sadə formada Ermənistanın yalan danışdığını ifşa etdi.

Ölkə daxilində rəsmi qəbullar, işğaldan azad edilmiş ərazilərə mütəmadi səfərlər, regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar olaraq digər regionlara səfərlər, ölkədən kənar xarici səfərlər olaraq Belçikaya, Türkmənistana, Türkiyəyə, Rusiyaya səfərləri, Füzuli Beynəlxalq Hava limanının açılışı və sair kimi əhəmiyyətli hadisələri nəzərə alıb, Prezident İlham Əliyevin 2021-ci il üçün iş qrafikinə nəzər yetirdiyimiz zaman onun nə qədər dolğun olduğunun şahidi oluruq. İlin sonunda dövlətimizin başçısının hər il olduğu kimi, bu il də doğum gününü sadə formada, ailə üzvləri ilə birlikdə, xalq arasında keçirməsi isə xalqımız tərəfindən təqdir edildi.

Əldə etdiyimiz konkret nəticələr onu deməyə əsas verir ki, 2022-ci il eyni müsbət tendensiya ilə davam edəcək və növbəti uğurlu il kimi tarixə düşəcək. 2022-ci ilin “Şuşa İli” elan edilməsi həm daxili siyasətimizin, həm də xarici siyasətimizin bundan sonra da uğurla reallaşdırılacağından, dövlət başçımızın bütün qərar və addımlarında hər zaman olduğu kimi Azərbaycan xalqının maraqlarının təmin ediləcəyindən xəbər verir. Çünki Prezident İlham Əliyev tərəfindən 2022-ci ilin “Şuşa İli” elan edilməsi həm insanlarımızın doğma yurd-yuvalarına dönüşünü sürətləndirəcəksə, həm də bütün dünyaya sübut edəcək ki, torpaq əsil sahibinin əllərində olanda inkişaf edir və insanların rifah içində yaşaması, sadəcə, Azərbaycan vətəndaşına deyil, bütün bəşəriyyətə nümunəvi fayda gətirir. İndi bütün dünya görəcək ki, dağıtmaq yox, qurub-yaratmaq, torpaq dirçəltmək, tarixi saxtalaşdırmamaq, tarixi hadisələrin gedişini yanlış istiqamətə sürükləməmək, düzgün siyasət yürütmək və insanlığa töhfə vermək nə deməkdir.

Regionda və dünyada artan iqtisadi böhranların və siyasi kataklizmlərin hökm sürdüyü bir zamanda Qarabağın qısa zaman kəsiyində abadlaşdırılması, insanlarımızın doğma yurd-yuvalarına geri dönməsi və üçrəngli bayrağımızın bütün tarixi torpaqlarımızda əbədi dalğalanması Azərbaycanda mövcud olan xalq-hakimiyyət birliyi nəticəsində davamlı və dayanıqlı olacaq.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp rəqibi Baydenin seçki yarışdan çəkiləcəyini düşünür

Paytaxt məktəblərinin məzunlarına attestatlar verilir

İranda prezident seçkilərinin ikinci turu öncəsi sükut günü başlayıb

6 qitədən, 65 ölkədən 350-yə yaxın çaynik kolleksiyası - Azərbaycanda bir ilk REPORTAJ

AFFA rəsmisi Emin Cəfərov UEFA-dan təyinat alıb

Hindistanın Assam ştatında daşqınlar 1,6 milyon insana ziyan vurub

® “Bakcell” ölkədə ilk dəfə VoWiFi texnologiyasını təqdim edib

Dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnun verilməsi üçün ixtisas imtahanı təşkil olunacaq

Lionel Messi Amerika Kubokunun 1/4 final mərhələsinin oyununu buraxa bilər

BANM-də “Açıq qapı” günü

Çindən Bakıya Orta Dəhlizlə müntəzəm konteyner blok qatarların göndərilməsinə başlanılıb

Azərbaycan Prezidenti: Bölgədə davamlı sülhün bərqərar olunması prosesinə ABŞ-ın hər zaman dəstək vermək əzmini təqdir edirik

Prezident İlham Əliyev: Azərbaycan ABŞ ilə münasibətlərinə xüsusi əhəmiyyət verir

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Cozef Baydenə

Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında görüş keçirilib

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə bağlı bir sıra qaydalar təsdiqlənib

AQTA sədri Ağdam rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edəcək

Lənkəranın bir sıra kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Qarsda “Qərbi Azərbaycana qayıdış” mövzusunda forum keçirilib

Bu il “SABAH” qruplarından 1066 tələbə məzun olur

Azərbaycan ilə Özbəkistan mərkəzi bankları arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnun verilməsi üçün ixtisas imtahanının təşkili və keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Bülbül vokal məktəbi” tələbə qəbulu elan edir

Taxıl sahələrinin 62,8 faizində biçin başa çatıb - 2 milyon tondan çox məhsul yığılıb

Dəmiryol nəqliyyatında hərəkətin təşkilində birbaşa iştirak edən şəxslərin vəzifələrinin siyahısının, onların geyim formasının, fərqlənmə nişanlarının təsvirinin və daşınması Qaydasının təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Braziliya millisinin tanınmış üzvü İtaliya klubuna keçib

Sürət qatarı sayəsində Ankaradan İstanbula 80 dəqiqə ərzində çatmaq mümkün olacaq

Ötən gün 2 kiloqramdan çox narkotik vasitə aşkar olunaraq götürülüb

Azərbaycan və Ukrayna münasibətlərinə həsr olunan kitabın növbəti cildi çapdan çıxıb

DİN: İyulun 3-də 3 tüfəng təhvil götürülüb, axtarışda olan 2 nəfər istintaqa təhvil verilib

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində ötən dövrdə 570-dək benefisiar təlimlərə cəlb olunub

DİN: Ötən gün 31 cinayətin üstünün açılması təmin olunub

Azərbaycan millisinin futbolçusu Polşa klubundan ayrılıb

Birinci yarımildə Energetika Nazirliyinə 3 minə yaxın zəng daxil olub

XİN: İQAK-ın Azərbaycanla bağlı ictimai bəyanatı hüquqi baxımdan sual yaradır

Belarus ŞƏT-in tamhüquqlu üzvü oldu

İyulun 7-də 47500-dən çox abituriyentin II və III ixtisas qrupları üzrə imtahan verməsi gözlənilir

Bu gün Böyük Britaniyada növbədənkənar parlament seçkiləri keçirilir

Qobustan rayonunda təsərrüfatların 90 faizinin genişzolaqlı internetə çıxışı təmin edilib

Astanada ŞƏT-in Zirvə toplantısı keçirilir

İraqın Ali Məhkəmə Şurasının sədri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib VİDEO

Dünya birjalarında neft ucuzlaşıb

Astanada Şanxay Əməkdaşlıq Təşkilatının sammiti başlayıb

FHN qeyri-çimərlik ərazilərdən istifadə ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Göyçayda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan 9 nəfər saxlanılıb

Azərbaycan nefti ucuzlaşıb

Bu ilin 6 ayı ərzində 10 rayonda keçirilmiş Aqrar Biznes festivallarında 6756 fermer iştirak edib

Paytaxtın 4 rayonunun qaz təchizatında fasilə yaranacaq

Çində süni intellekt sənayesinin həcmi 70 milyard dolları ötüb

Əlilliyi olan daha 18 gənc Türkiyəyə təcrübə kursuna yola salınıb

Otuz ildən artıq məhkumluq həyatı yaşayan Saatlı sakinindən “Makarov” götürülüb

Prezident İlham Əliyevin Astana Sammitində iştirakı Azərbaycana bir sıra üstünlüklər qazandırır - ŞƏRH

ABŞ Yaponiyada 48 ədəd F-35A qırıcısı yerləşdirməyi planlaşdırır

Yaponiyada 5,4 bal gücündə zəlzələ baş verib

CNN: İsrail və HƏMAS atəşkəs razılaşmasına yaxındır

Ali Radanın deputatı: Ukraynaya F-16 qırıcıları bu ay gətiriləcək

Paytaxtın Mikayıl Müşfiq küçəsində avtobusların hərəkəti məhdudlaşdırılır

Sorğu: Amerikalıların 80 faizi Baydenin yenidən prezident seçilmək üçün çox yaşlı olduğunu düşünürlər

Beyindəki zaman hüceyrələri alimləri təəccübləndirib

Estoniya əcnəbilərin ölkədə hərbi təlim keçməsinə icazə verilməsini təklif edib

İspaniyadakı qəbiristanlıqlar Günəş enerjisi sahələrinə çevriləcək

ABŞ Ukraynaya 2,3 milyard dollarlıq yardım paketini təsdiqləyib

COP29 iştirakçı ölkələr üçün iqlim böhranının həlli istiqamətində konkret addımlar atmağa bir fürsətdir

ABŞ-da sursat istehsal edən zavodda partlayış olub, xəsarət alanlar var

İsraildə Qərbi Nil qızdırmasından 11 nəfər ölüb

Araşdırma: 390 min insanın məlumatları əsasında multivitaminlərin ömrü uzatmadığı müəyyənləşib

İsrail girovlarla bağlı HƏMAS-dan cavab aldığını bildirib

Ağ ev: Bayden seçki kampaniyasını tərk etməyi düşünmür

Altı nəfərin həyatına son qoyan “Beril” qasırğası Yamaykaya doğru irəliləyir

Avropa çempionatı: Azərbaycan güləşçisi ikinci olub

Astanada nümayəndə heyətlərinin başçılarının şərəfinə qeyri-rəsmi şam yeməyi verilib

Prezident İlham Əliyev: Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsinin artması bizi sevindirir

Si Cinpin: Azərbaycan və Çin yaxşı dostlardır, yaxşı tərəfdaşlardır

Bayden Ukraynaya əlavə 150 milyon dollar hərbi yardım göndərilməsi barədə göstəriş verib

XİN: Astana görüşü Azərbaycanın, Pakistanın və Türkiyənin strateji tərəfdaşlıq əlaqələrinin yeni istiqamətlərdə genişlənməsinə təkan verəcək

Ayxan Hacızadə: Azərbaycan və Çin liderlərinin görüşü bir daha göstərdi ki, ölkələrimizin siyasi əlaqələri tarixinin ən yüksək səviyyəsindədir

Özbəkistanda Qeyri-Maddi Mədəni İrs İnstitutu yaradılır

Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi finala vəsiqə qazanıb

Ankarada keçirilən təlimlərdə media nümayəndələrinə müdafiə mexanizmlərindən istifadənin yolları öyrədilib

Türkiyə və Rusiya prezidentləri ticarət əlaqələrinin genişləndirilməsini müzakirə ediblər

Türkiyə müdafiə şirkətlərinin məhsulları dünyanın 185 ölkəsində uğurla istifadə edilir

Zaqatala Suvarma Sistemləri İdarəsinin əməkdaşı iş başında dünyasını dəyişib

Türkiyə inşaatçıları 6 ayda xaricdə 7,6 milyard dollarlıq sifarişlər alıblar

Çinin Sian şəhərindən Bakıya həftəlik yük qatarı marşrutu istifadəyə verilib VİDEO

Peterburq Beynəlxalq Hüquq Forumunda cinayətlərin profilaktikası barədə Azərbaycan təcrübəsindən danışılıb

Yazıçı Vladimir Boqomolovun anadan olmasının 100 ili tamam olur

Londonda avtobus dayanacağında tapılan tablo 17.5 milyon funt sterlinqə satılıb

A.Mirzoyan: Ermənistan Türkiyə ilə münasibətləri tam şəkildə normallaşdırmağa hazırdır

Britaniyada parlament seçkiləri: Leyboristlər qalib olacaqları təqdirdə nələr vəd ediblər?

Məscidlərdə vakant vəzifələrin tutulması məqsədilə keçirilən müsahibənin nəticəsi açıqlanıb

İrakli Kobaxidze: Gürcüstan regionda təhlükəsiz və sabit mühitin yaradılmasına töhfə verməyə hazırdır

BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə Məzun Günü

"İTi Zəka-2" hakatonunun növbəti mərhələsi başa çatıb

Avstriyada Millətlər Festivalında Azərbaycan mədəniyyəti təbliğ olunub

Astanada Azərbaycan Prezidenti, Türkiyə Prezidenti və Pakistanın Baş naziri arasında üçtərəfli görüş olub YENİLƏNİB-2 VİDEO

Türkiyə XİN: Tarixi və mədəni simvola siyasi məqsədlərlə verilən reaksiyaları qınayırıq

“Qəmər bəyim Şeyda. Zülmün daşqını” kitabı çapdan çıxıb

Yaponiyada holoqrafik portretli əsginaslar buraxılır

Astana Zirvə görüşü təmasların daha da sıx qurulması baxımından çox əhəmiyyətlidir ŞƏRH