Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

“Azərbaycan” qəzetinin 1918-1920-ci illərdə çap olunmuş tam külliyyatından IX cildi işıq üzü görüb

“Azərbaycan” qəzetinin 1918-1920-ci illərdə çap olunmuş tam külliyyatından IX cildi işıq üzü görüb

Bakı, 31 yanvar, AZƏRTAC

Azərbaycan Xalq Cümhuriyyətinin orqanı olan və müstəqillik tariximizi əks etdirən “Azərbaycan” qəzetinin bütün nömrələri öz dövründə həyata keçirdiyi missiya ilə yanaşı, bu gün də qiymətli mənbələr kimi tarixi əhəmiyyətini qoruyub saxlayır. Özündə tariximizin parlaq səhifələrini əks etdirən “Azərbaycan” qəzetinin bir mənbə kimi dərindən və hərtərəfli tədqiqi, orada yer alan materialların bugünkü və gələcək nəsillər üçün daha rahat şəkildə əlçatanlığının təmin olunması məqsədilə qəzetin ərəb əlifbasından latın qrafikalı müasir Azərbaycan əlifbasına çevrilməsi (transliterasiyası) həyata keçirilir. Bu mühüm layihənin ideya müəllifi ADA Universitetinin rektoru səfir Hafiz Paşayevdir.

AZƏRTAC xəbər verir ki, ADA Universitetinin təşəbbüsü və dəstəyi ilə “Azərbaycan” qəzetinin 1918-1920-ci illərdə çap olunmuş tam külliyyatından IX cildi latın qrafikasında nəşr edilərək oxucuların ixtiyarına verilib. Doqquzuncu cild 1919-cu ilin iyun ayını (192-214-cü nömrələri) əhatə edir.

ADA Universitetinin rektoru Ha¬fiz Paşayev topluya yazdığı “Ön söz”də layihənin əhəmiyyətindən bəhs edib, “Azərbaycan” qəzetinin tariximizdəki müstəsna rolunu dəfələrlə vurğulayıb. O, 1918-1920-ci illərdə nəşr olu¬nan “Azərbaycan” qəzetinin tam külliyyatının ǝrǝb qra¬fikalı ǝlifbadan latın qrafikalı müasir Azǝrbaycan ǝlifbasına köçürülǝrǝk lüğǝt, izahlar, şǝrhlǝr vǝ adlar göstǝricisi ǝlavǝ edilmǝklǝ nǝşrǝ hazırlanmasının önəmini və belə bir nəşrin tədqiqatçılar, bütövlükdə isə oxucular üçün böyük ma-raq doğuracağını vurğulayıb.

Topluya daxil edilmiş nömrələrdə hökumət əmrləri, xarici və yerli xəbərlər, xarici mətbuatdan xülasələr, müxtəlif məsələlərə dair müəllif yazıları, Azərbaycan Parlamentində müzakirə olunan qanun layihələri barədə materi¬allar, həmçinin bədii ədəbiyyat nümunələri yer alıb. Bu nömrələrin hər birində qonşu ermənilərin xalqımıza qarşı apardığı işğalçılıq və se¬paratçılıq siyasətini əks etdirən məqalələr də dərc olunub. Həmin məqalələr öz əhəmiyyəti, tarixi faktların zənginliyi, bir çox hallarda ilkin mənbə funksiyası daşıması ilə müasir araşdırma¬çılar, xüsusilə tarixçilər üçün olduqca qiymətli mənbələrdir. Bəhs olunan məqalələri diqqətdən keçirərkən tarixin təkrarlandığının, əsrin əvvəllərindəki Azərbaycanda baş verən hadisələrlə bugün¬kü Azərbaycanda baş verən hadisələr arasındakı paralellərin, oxşarlıqların, müəyyən məqamlarda eyniyyətin şahidi oluruq. Məsələn, “Erməni Cümhuriyyətində müsəlmanların halı” başlıqlı məqalədə oxuyuruq: “Sövqi-tale ilə erməni cümhuriyyəti daxilində qalmış müsəlmanların halı olduqca faciəli bir haldır.

İrəvanın ən gözəl və böyük bağları, evləri əksəriyyətlə müsəlmanlara məxsus idi. Bahardan başlamış payızın son ayına qədər İrəvan şəhərini yaşıl qanadları altında sayələndirən [kölgələndirən] ağacların, bağçaların ən çoxu müsəlmanların malı idi. Qafqazın bir çox yerlərində ad qazanmış İrəvan məhsulatı meyvələrin 4-də 3 payı müsəlmanların yetirməsi idi.

İrəvan müsəlmanları bu son illər zərfində ticarətcə də çox böyük tərəqqilər etmişdilər. Rusiyanın, İranın, Osmanlının, Germaniyanın ticarət mərkəzləri ilə əlaqəyə girişmişdilər. İçlərindən bir neçə "tarqovı dom - ticarət evi" sahibləri və bir neçə kəsbkar [qazanan] milyonerlər zühura gətirmişdilər. Çoxdan bəri özlərini Qafqazın tacirləri adlandıran ermənilərlə İrəvan şəhərində müsəlmanlar böyük rəqabətə başlamışdılar. Müsəlmanlar dəxi hər növ mallara aid mütəəddid [çoxsaylı] mağazalara malik olmuşdular.

Ticarət meydanı İrəvanda yavaş-yavaş müsəlmanların ixtiyarına keçməkdə idi. Əkinçilikdə, bağçılıqda, dabbağlıqda, arıçılıqda, maldarlıqda dəxi ən böyük mövqe müsəlmanlarınkı idi.

İrəvan müsəlmanları ticarətə baxdıqları kimi, maarifə dəxi xoş nəzərlə baxmaqda idilər. Yaxın zamanlardan bəri bir çox oxumuş qızlar, ali məktəblər görmüş, darülfünun [universitet] qurtarmış oğlanlar yetirmişdilər”(6 iyun, nömrə 197).

Göründüyü kimi, məqalə tarixdən nəticə çıxarmaq üçün olduq¬ca əhəmiyyətli və vacibdir. Bu mənada ADA Universitetinin xeyir¬xah təşəbbüsü Azərbaycan xalqının tarixi mirasını qorumaq və gələcək nəsillərə ötürmək baxımından alqışa layiqdir.

Qəzetin mətnlərini filologiya üzrə fəlsəfə doktoru Mehdi Gəncəli, filoloq, tərcüməçi Azad Ağaoğlu transliterasiya edib. Nəşrin elmi redaktoru isə akademik Teymur Kərimlidir.

Qeyd edək ki, "Azərbaycan" qəzetinin 1918-1920-ci illərdə nəşr olunmuş 443 nömrəsinin transliterasiya ilə 20 cilddə çapı nəzərdə tutulub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

MN: Cənubi Qafqazda vəziyyətin gərginləşməsinə görə məsuliyyəti revanşist siyasət yürüdən Ermənistan rəhbərliyi və Makron diktaturası daşıyacaq

ŞKTR parlamentinin sədri Milli Məclisin spikerini Lefkoşaya dəvət edib

Saatlıda gənc oğlan Araz çayında boğularaq ölüb

Allahşükür Paşazadə yeni təyin olunmuş Yepiskop Aleksiyi qəbul edib

Qazaxıstan Transxəzər marşrutunun səmərəliliyini artırmaq üçün danışıqlar aparır

Avropa Liqası: “Zirə”nin rəqibi müəyyənləşib

Son beş ayda pensiya ödənişlərinə yönəldilən vəsaitin həcmi açıqlanıb

Cəlilabadın “şəfa” gölü FOTO VİDEO

Macarıstan Milli Assambleyasının üzvləri Ağdamda olublar - YENİLƏNİB

Leysan yağışları nəticəsində Gürcüstanın bəzi bölgələrində torpaq sürüşməsi baş verib

Çin və Cənubi Koreyanın 2+2 formatında dialoqu olub

"Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi" Bolnisidə soydaşlarımızın təhsilə marağının artırılmasında mühüm rol oynayır

Türkiyə Azərbaycana 100 min ağac tingi göndərib

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib

Naxçıvanın dağ kəndinə dolu düşüb, leysan davam edir

AZƏRBAYCANIN SƏNƏTKARLARI
İsmayıl Babayev: Papaqlar qədimdən qeyrət rəmzi olub

COP29-un Yaşıl Zona üzrə tərəfdaşlıq və sərgiləmə müraciətlərinin qəbuluna başlanılır

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsi yad edilib

Azərbaycan və Qazaxıstanın 50 milyon dollar sərmayəsi ilə Xəzərin dibinə optik xətt çəkilir

Milli Kitabxanada “18 iyun - Milli İnsan Hüquqları Günü” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub

Tədqiqat: Qədim mayyaların qurban ayinlərində oğlan uşaqları öldürülüb

Bakıda mikroavtobus yandı

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətləri ilə təmin edilmək üçün ölkəmizə gətirilib

Fransa Ermənistanı silahlandırmaqda davam edir

David Smith: İqlimlə bağlı problemləri həll etmək üçün maliyyə çatışmazlığı var

“Baku Piano Festival” çərçivəsində ədəbi müsabiqəyə yekun vurulub

Almaniyanın Süryani Ortodoks Kilsəsinin nümayəndə heyəti Multikulturalizm Mərkəzində olub

Moskvada gənc şairə Səidə Rəhimlinin kitabının təqdimatı keçirilib

Kelli Uillis: Azərbaycan iqlim dəyişikliyindən müdafiə istiqamətində çoxsaylı investisiya yatırır

Azərbaycanın boks millisi “BRİCS Sports Games Kazan 2024”də tam heyətlə çıxış edəcək

Malmöda soydaşlarımıza səyyar konsulluq xidməti göstərilib

Çində torpaq sürüşmələrində 21nəfər itkin düşüb, 9 nəfər ölüb

Türkiyədə aeroportlara girişdə təhlükəsizlik tədbirləri gücləndirilir

İsmayıllıda 17 yaşlı oğlan itkin düşüb

İlqar Qurbanov: Gürcüstan millisi Türkiyə ilə matçda sürpriz edə bilər

Türkiyə çimərliklərində “mavi bayraq” olan dünyanın üç ölkəsindən biridir

Avro-2024: Mbappenin burnu sınıb, qalan matçlarda maska ilə oynayacaq

Azərbaycan insan hüquqlarını, ədaləti və sülhü özünün inkişaf yolu seçib ŞƏRH

RF XİN: Qərb Ermənistandan Cənubi Qafqaz ölkələrinə qarşı hibrid müharibədə alət kimi istifadə edir

Avropa Liqası: Bu gün "Zirə"nin rəqibi bəlli olacaq

“DİM 4-ə doğru irəliləyişin sürətləndirilməsi: transformativ təhsilin nəticələri” adlı iclasda elm və təhsil nazirinin videomüraciəti yayımlanıb

Kelli Uillis: Azərbaycanda “yaşıl iş” yerlərinin yaradılması səhiyyə sektoruna töhfədir

Ucqar kənddə çalışan fədakar gənc müəllim FOTO VİDEO

DİN: Ötən gün ölkə ərazisində 38 kiloqram narkotik aşkarlanıb

Bakıda “Sağlam Gələcəklərin Proqnozlaşdırılması” Qlobal Sammiti keçirilir

COP29-un baş danışıqçısı: İqlim dəyişikliyinin sağlamlığa mənfi təsirləri artıq bütün dünyada özünü göstərir

Qanunsuz saxlanılan odlu silahların təhvil verilməsi ilə bağlı profilaktik tədbirlər davam etdirilir

DİN: Cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb

Bu il Ombudsmanın “916” nömrəli Çağrı Mərkəzinə daxil olan müraciətlərin sayı açıqlanıb

Avro-2024: Türkiyə turnirdə mübarizəyə başlayır

NBA: "Boston Seltiks" çempion olub

Qusarda qəbirləri dağıdan şəxs həbs olunub

Ombudsman: İnsan Hüquqları Aylığı dövründə qarşıya qoyulan məqsədlərə, hədəflərə nail ola bildik - MÜSAHİBƏ

Hacıqabulda altı fermadan oğurluq edən dəstə saxlanılıb VİDEO

Ekvadorda torpaq sürüşməsi baş verib, 7 nəfər ölüb

18 İyun Azərbaycanda İnsan Hüquqları Günüdür

Şimali Koreya əsgərləri demarkasiya xəttini keçməyə cəhd edib

Perunun şimalında 5,5 bal gücündə zəlzələ olub

Salvadorda daşqın nəticəsində 11 nəfər ölüb

ABŞ Prezidenti NATO Baş katibi ilə Ukraynadakı vəziyyəti müzakirə edib

“Euronews”: Azərbaycandakı konfransda minaların təmizlənməsi ilə bağlı vahid qlobal çağırış edilib

BMM-də Milli Qurtuluş Günü qeyd olunub

Bakıda mənzildən meyit tapılıb

Ermənistan Fransanın KNDS şirkəti ilə hərbi-texniki sahədə əməkdaşlıq edəcək

Avro-2024: Fransa millisi Avstriyanı avtoqolla məğlub edib

Stoltenberq: Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı yekdil qərar verilməlidir

Nazir: Moldova səhiyyəsində ciddi kadr böhranı yaşanır

Türkiyə müdafiə sənayesinin yenilikləri Avropanın ən böyük silah sərgisində təqdim olunub

Avro-2024: Slovakiya Belçikanı məğlub edib

Azərbaycan cüdoçuları Avropa Kubokunda birinci yeri tutublar

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin geostrateji əhəmiyyətini daha da artırıb

Türkiyə Prezidenti: Biz gələcək nəsillərə ekoloji cəhətdən təmiz ölkə ötürmək niyyətindəyik

Nikol Paşinyan: Ermənistan ilə Azərbaycan arasında sərhədlərin delimitasiyasına dair referendum keçirilə bilər

Azərbaycanın Ukraynadakı səfiri Xmelnitski şəhərinin tələbələri üçün mühazirə oxuyub

Ermənistan parlamentinin növbədənkənar sessiyası baş tutmayıb

Son beş ayda əlilliyi olan şəxslərə 50,8 min reabilitasiya vasitəsi verilib

Muxtar respublikanın iki rayonunda yanğınlar olub

Qazaxıstan XİN: Qazaxıstan Ukrayna üzrə sammitdə qrafikə görə iştirak etməyib

Tbilisidə keçirilən festivalda Azərbaycan guşəsi açılıb

Avro-2024: Rumıniya turnirə qələbə ilə başlayıb

Azərbaycan Milli Kitabxanası CENL-in növbəti illik iclasında təmsil olunur

Abşeron rayonunda tibb işçilərinin bir qrupu mükafatlandırılıb

Gürcü deputat: Gürcüstanda Qurban və Ramazan bayramlarına rəsmi status verilməlidir

Ceyhun Bayramov və Hakan Fidan TDT-nin Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşünə hazırlıq məsələlərini müzakirə ediblər

Çexiyada poliqonda baş verən partlayış nəticəsində doqquz hərbçi yaralanıb

Azərbaycan könüllüləri “Go Camp” piknik layihəsi çərçivəsində Quba rayonunda olublar

Fransada partiya sədrinə qarşı dövlət vəsaitinin mənimsənilməsi iddiası üzrə cinayət işi açılıb

® “İlahi ibadət”in xoş məramı

Macarıstan Milli Assambleyasının üzvləri Milli Məclisdə olublar

“Paris-2024”: Azərbaycan basketbol millisinin oyunlarının təqvimi açıqlanıb

Moskvada Azərbaycan Milli Məclisinin və Rusiya Federal Məclisinin parlamentlərarası komissiyasının növbəti iclası keçiriləcək

Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-26 dərəcə olacaq VİDEO

Türkiyə meşə yanğınlarının monitorinqində süni intellektdən istifadə edir

Ağdamda 10 tüfəng polisə təhvil verilib

Ursula Fon der Lyayen ikinci müddətə Avropa Komissiyasının prezidenti kimi qala bilər

Salyanda şəhid qardaşı yeni avtomobil modelinin dizaynını hazırlayıb VİDEO

Almaniyada “Alman-Azərbaycan Mədəniyyət Sinerqiyası” adlı orqan konserti keçirilib

İlin sonunadək Türkiyənin hava limanlarında sərnişin axını 236 milyon nəfəri ötəcək

Fövqəladə Hallar Nazirliyi və TƏBİB birgə məlumat yayıb VİDEO

Attila Tilki: Türk dövlətləri arasındakı dostluq əlaqələrinin getdikcə dərinləşməsi həssas dönəmdə çox mühümdür