AZƏRBAYCAN RESPUBLİKASI BAŞ NAZİRİNİN MÜAVİNLƏRİNİN TƏYİN EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
1. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:
Yaqub Abdulla oğlu Eyyubov Azərbaycan Respublikası Baş nazirinin birinci müavini;
Abid Qoca oğlu Şərifov Azərbaycan Respublikası Baş nazirinin müavini;
Elçin İlyas oğlu Əfəndiyev Azərbaycan Respublikası Baş nazirinin müavini;
Əli Şamil oğlu Həsənov Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edilsinlər.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 oktyabr 2008-ci il.