AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT GÖMRÜK KOMİTƏSİNİN STRUKTURUNA ƏLAVƏ EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
1. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 510 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi strukturunun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, N-6, maddə 408) 2-ci bəndində “Statistika və İnformasiya Texnologiyaları İdarəsi” sözlərindən sonra “Tibbi Xidmət İdarəsi” sözləri əlavə edilsin.
2. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 6 may 2004-cü il.