Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin əməkdaşlarına fəxri adların verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Ədliyyə orqanlarında səmərəli fəaliyyətlərinə görə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları verilsin:

                               “Əməkdar hüquqşünas”

 Musayev Toğrul Sirac oğlu

                                          “Əməkdar həkim”

 Hüseynov Füzuli Fazil oğlu.

 

 İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 20 noyabr 2014-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin