Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASI ƏDLİYYƏ NAZİRLİYİNİN PENİTENSİAR XİDMƏTİNİN MÜHAFİZƏ ALAYININ BAYRAĞI HAQQINDA ƏSASNAMƏ

 Azərbaycan Respublikası Prezidentinin

2008-ci il 21 noyabr tarixli

Fərmanı ilə təsdiq edilmişdir

1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə alayının Bayrağı (bundan sonra - Bayraq) şərəf, şücaət və şöhrət rəmzidir. O, Mühafizə alayının hər bir əməkdaşına və hərbi qulluqçusuna Vətəninə sədaqətlə xidmət etmək, öz qanını və canını belə əsirgəmədən onu mərdlik və bacarıqla müdafiə etmək, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına sadiqlik, insan hüquq və azadlıqlarına riayət etmək, Mühafizə alayına həvalə olunmuş xidməti tapşırıqlarını əzmlə yerinə yetirmək borcunu xatırlatmaq üçündür.

2.Mühafizə alayının adının dəyişdirilməsindən asılı olmayaraq, Bayraq alayda həmişəlik qalır. Mühafizə alayının adının dəyişdirilməsi Bayraq ilə birlikdə verilən Təqdimata yazılır.

3.Bayraq hər vaxt Mühafizə alayında olmalıdır.

4.Mühafizə alayının bütün şəxsi heyəti Bayrağı fədakarlıq və mərdliklə qorumalı, onun kənar şəxslər tərəfindən ələ keçirilməsinə yol verməməlidir.

5.Bayrağın qorunmasına Mühafizə alayının komandiri və digər məsul şəxsləri cavabdehdirlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin