AZƏRBAYCAN RESPUBLİKASI ƏDLİYYƏ NAZİRLİYİNİN RƏSMİ EMBLEMİ HAQQINDA
ƏSASNAMƏ
Azərbaycan Respublikası Prezidentinin
2008-ci il 21noyabr tarixli
Fərmanı ilə təsdiq edilmişdir
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rəsmi emblemi ədliyyə orqanlarının rəmzidir. O, ədliyyə orqanlarının hər bir işçisinə nazirliyin fəaliyyət istiqamətlərinə uyğun məsələlər üzrə öz xidməti vəzifələrini vicdanla və layiqincə yerinə yetirmək borcunu xatırladır.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rəsmi emblemi ədliyyə orqanları işçilərinin, həmçinin silah, xüsusi vasitə, texnika və digər əmlakın Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə mənsubiyyətini bildirən nişandır.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rəsmi emblemi nazirliyin blanklarında, ədliyyə orqanlarının inzibati binalarının adı göstərilən lövhələrində, fərqlənmə və əməkdaşların fərqləndirmə nişanlarında, xüsusi geyim formasında yerləşdirilir.
4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rəsmi emblemindən
istifadəyə aşağıdakı hallarda yol verilir:
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin çap məhsullarında, kino, video, foto materiallarında;
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin sifarişi ilə hazırlanan reklam-informasiya məhsullarında (prospektlər, bukletlər, təqvimlər, nişanlar, vımpellər, saatlar, medalyonlar, dəftərxana ləvazimatları və digər məhsullar).